Rimma Əli qızı Abdullayeva ((24 oktyabr 1931, Ağdam – 27 yanvar 2017, Bakı) — Azərbaycanın əməkdar mədəniyyət işçisi (2007), film direktoru, prodüser.
Rimma Abdullayeva | |
---|---|
Rimma Əli qızı Abdullayeva | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam, Azərbaycan SSR, Zaqafqaziya SFSR, SSRİ |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | kinorejissor |
Fəaliyyət illəri | 1957–2017 |
Təhsili | |
Mükafatları |
Rimma Abdullayeva 24 oktyabr 1931-ci ildə Ağdamda anadan olub. 1953-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirdikdən sonra "Mosfilm" kinostudiyasında film direktoru ixtisası üzrə ali kurslarda təhsil alıb.
Rimma Abdullayeva "Bir cənub şəhərində", "Qətldən sonra yeddi gün", "Yol əhvalatı", "Qaladan tapılan mücrü", "Qəm pəncərəsi", "Avqust gələndə", ЭSahilsiz gecəЭ və digər ekran əsərlərində film direktoru işləyib, Azərbaycanın görkəmli kino xadimləri ilə çiyin-çiyinə çalışıb, bu gün də sevilərək izlənilən filmlərin ərsəyə gəlməsində yaxından iştirak edib.
Rimma Abdullayeva 27 yanvar 2017-ci ildə vəfat etmişdir.[1]