Qalib Qasımov

Qalib Əhməd oğlu Qasımov (31 mart 1978, Zod kəndi) — Sənətşünas, qalerist, mentor, ekspert, Contemporary Baku şirkətinin təsisçisi və direktoru.

Qalib Qasımov
Contemporary Baku şirkətinin təsisçisi və direktoru
Vəzifədədir
1 avqust 2022-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi (45 yaş)
Doğum yeri Zod kəndi, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Elmi fəaliyyəti
Elm sahəsi Sənətşünaslıq
Elmi adı fəlsəfə doktoru

Təltifləri “Fəxri mədəniyyət işçisi”

Həyatı[redaktə | mənbəni redaktə et]

Qalib Qasımov 31 mart 1978-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. Orta məktəbi 1995-ci ildə Xanlar rayonunda bitirmişdir. 1997-1999-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsini bakalavr, 2004-2006-cı illərdə isə magistr pilləsi üzrə fərqlənmə diplomları ilə bitirmişdir. 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dissertanturasında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının 17 mart 2022-ci il tarixli qərarına əsasən sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

25-i elmi olmaqla, Azərbaycan, Türkiyə, QazaxıstanRusiyada çap olunmuş onlarla məqalənin, Azərbaycan rəssamlarının kataloq və kitablarının ön sözlərinin, "Təsviri sənətdə ənənə və müasirlik" (Bakı-2022) kitabının müəllifi, beynəlxalq səviyyəli elmi konfransların iştirakçısıdır. 2021-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının 24-cü qəbul SADİMAK-nu bitirmişdir.

Karyerası[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan İstiqlal Muzeyində başlamışdır. 2006-cı ildən 2018-ci ilədək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsində məsləhətçi, aparıcı məsləhətçi, Təsviri və dekorativ sənət sektorunun müdiri vəzifəsində çalışmışdır. 2018-ci ildən 2021-ci il iyul ayının 1-dək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsi Təsviri və dekorativ sənət sektorunun müdiri vəzifəsində çalışmışdır. 2017-ci ilin yanvarından 2021-ci il iyul ayının 1-dək Mədəniyyət Nazirliyindəki vəzifəsinə paralel olaraq Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsini icra etmiş, 1 iyul 2021-ci ildən 11 avqust 2022-ci ilədək Qalereyanın direktoru olmuşdur. 1 avqust 2022-ci ildən Contemporary Baku şirkətinin təsisçisi və direktorudur. 2022-ci ilin oktyabrından Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycanın rayonları üzrə kənd və rayon icmaları ilə iş şöbəsinin müdiri, 2023-cü il mart ayının 31-dən Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri vəzifəsində çalışır.

2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Muzeylər Şurasının (ICOM ) Azərbaycan Milli Komitəsinin, Mədəniyyət Nazirliyinin Dövlət Ekspert Komissiyasının üzvü, Dövlət qulluğunun kiçik müşaviridir.

2012, 2019-cu illərdə Bakıda keçirilmiş “Alüminium” Beynəlxalq İncəsənət Biennalesinin, 2011, 2013 və 2015-ci illərdə isə “Fusion doll” Beynəlxalq Müəllif Kuklaları Binennalesinin direktoru və təşkilatçısı olmuşdur. 2009, 2011-ci illərdə 1-ci və 2-ci Respublika Dekorativ-Tətbiqi Sənət Festivallarının təşkilatçısı olub. Bundan əlavə Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycanda və xarici ölkələrdə keçirilən çoxsaylı sərgilərin kuratoru və təşkilatçısıdır. 2019-cu ildə Azərbaycanda ilk dəfə keçirilmiş incəsənət əsərlərinin auksionunun (“Auction Baku”) ideya müəllifi və təşkilatçısıdır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 2011, 2013, 2014, 2015-ci illərdə fasilələrlə pedaqoji fəaliyyət göstərmişdir.

Azərbaycan Rəssamlarının Vahid Elektron İnformasiya Bazasının (www.infosourceazgallery.az) yaradılması ideyasının müəllifi və təşəbbüskarıdır. Çapa hazırlanmış Azərbaycan Dövlət Rəsm Qalereyası kitab-albomunun ideya müəllifi və layihə rəhbəridir.

2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Qalib Qasımov: Təsviri sənətdə ənənə və müasirlik

academia.edu

https://azgallery.az/az

https://infosourceazgallery.az

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Dövlət Rəsm Qalereyasının rəhbəri: “Bəzi rəssamlarımızın əsərlərinin ölkədən çıxarılması məqsədəuyğun sayılmır”

Rəsm qalereyaları mədəni irs kimi

"Auction Baku" hərracı s