Beynəlxalq Muzeylər Şurası

Beynəlxalq Muzeylər Şurası — (ing. International Council of Museums, ing. ICOM) 1946-cı ildə Parisdə (Fransa) yaradılmış qeyri-hökumət beynəlxalq təşkilatdı. ICOM — dünya təbii və mədəni irsinin, maddi və qeyri-maddi irsin qorunması, inkişafı və cəmiyyətnən qarşılıqlı əlaqələri yaradılması ilə məşğul olan muzey və muzey mütəxəssislərinin beynəlxalq təşkilatıdır. 137 ölkədən təxminən 35,000 üzvü olan ICOM, muzey və mirasla əlaqəli müxtəlif intizam daxilində fəaliyyət göstərən muzey işçilərin şəbəkəsidir.

Beynəlxalq Muzeylər Şurası
ICOM

ing. International Council of Museums
fr. Conseil international des musées
isp. Consejo internacional de museos

çin. 国际博物馆协会
rus. Международный совет музеев
Loqonun şəkli
Növü Beynəlxalq
Yaranma tarixi 1946
Mərkəzi Paris, Fransa
Üzvləri 35.000
icom.museum
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ICOM-un məqsəd və vəzifələri

[redaktə | mənbəni redaktə et]

Nizamnaməyə əsasən, ICOM-un məqsəd və vəzifələri aşağıdakılardır:

  • bütün dünyada muzey işinin inkişafının təşviqi;
  • mirasın qorunması və mədəni mülkiyyətdə qanunsuz ticarətlə mübarizə;
  • muzey işçilərin təlimi və peşəkar standartlarına uyğun təkmilləşdirilməsi;
  • muzey və muzey işçilərinə kömək göstərilməsi;
  • muzey təşkilatları və müxtəlif ölkələrin mütəxəssisləri arasında əməkdaşlığın qurulması.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

1946-cı ildə təsis edilmiş ICOM, UNESCO[1] ilə rəsmi əlaqələri davam etdirən və Birləşmiş Millətlər Təşkilatıının İqtisadi və Sosial Şurası ilə məsləhətçi statusu olan qeyri-hökumət təşkilatıdır. ICOM həmçinin, beynəlxalq mülki xidmət missiyalarının yerinə yetirilməsi məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı[2], INTERPOL[3] və Ümümdünya Gömrük Təşkilatı kimi təşkilatlarla əməkdaşlıq edir. Mədəni əmlakın qanunsuz dövriyyəsi ilə mübarizə və təbii və ya texnogen fəlakətlər zamanı dünya mədəni irsinin qorunması üçün risklərin idarə edilməsinə və fövqəladə hallara hazırlığa kömək etmək ICOM-un missiyasına daxildir.[4]

Etik davranış kodeksi

[redaktə | mənbəni redaktə et]

ICOM 1986-cı ildə muzeylər üçün ICOM Etik davranış kodeksi qəbul etdi və təşkilatın bütün üzvlərinə riayət etməsi lazım olan təcrübə standartlarını təyin etdi. Etik davranış kodeksi ICOM və beynəlxalq muzey icmasının dəyər və prinsipləri müəyyənləşdirir. Bu standartlar muzey idarəçiliyinin əsas prinsiplərini, kolleksiyaların alınması və idarə edilməsini və peşə davranış qaydalarını da əhatə edir.

ICOM Ümumi Konfransı hər üç ildə keçirilir və bir neçə ölkədən muzey işçiləri toplayır. İlk görüş [1948-ci il]də Parisdə keçirildi. 2004-cü ildə Seulda (Asiyada ilk görüş), 2007-ci ildə Vyanada və 2010-cu ildə Şanxayda Baş Konfranslar keçirilmişdir. Baş Konfrans 2013-cü ildə Rio-de-Janeyroda və 2016-cı ildə Milanda keçirilmişdi. Növbəti görüş 2019-cu ildə Kioto şəhərində keçiriləcək.

Beynəlxalq Muzeylər Günü

[redaktə | mənbəni redaktə et]

ICOM təşəbbüsü ilə 1977-ci ildən hər il 18 may Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Bu bayram tədbirləri dünyanın 100-dən artıq ölkəsində keçirilir. Hər il Beynəlxalq Muzeylər Günü müxtəlif deviz altında baş tutur. Muzey əməkdaşları daha da yaxınlaşır, ictimayyətin diqqəti muzey probleminə yönəlir, bayram günləri muzeylər öz qapılarını ziyarətçilərin üzünə açır və insanlara pulsuz xidmət göstərirlər. Beynəlxalq Muzeylər Günündə iştirak etmək beynəlxalq muzey icması arasında daha çox müxtəliflik və mədəniyyətlərarası dialoqa kömək edir.

Hal-hazırda ICOM Prezidenti xanım Suay Aksoydur.[5] Baş Direktor — Peter Kellerdir.[6]

No. Period Adı Ölkə
1 1946–1953 Çaunsi Hemlin ABŞ ABŞ
2 1953–1959 Corc Salles Fransa Fransa
3 1959–1965 Fillip Hendi Böyük Britaniya Birləşmiş Krallıq
4 1965–1971 Artur van Şendel Niderland Niderland
5 1971–1977 Cen Celinek Çexoslovakiya Çexoslovakiya
6 1977–1983 Hubert Landais Fransa Fransa
7 1983–1989 Ceffri Lyuis Böyük Britaniya Birləşmiş Krallıq
8 1989–1992 Alfa Omar Konari Mali Mali
9 1992–1998 Saroj Çoze Hindistan Hindistan
10 1998–2004 Jak Perot Fransa Fransa
11 2004–2010 Alissandra Kummins Barbados Barbados
12 2010–2016 Gans-Martin Ginz Almaniya Almaniya
13 2016 — Suay Aksoy Türkiyə Türkiyə

Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi 1993-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmişdir. Milli Komitə Azərbaycan muzeyləri ilə beynəlxalq muzeylər arasında Azərnaycanın mədəni irsinin tanıdılması məqsədilə sıx əməkdaşlıq əlaqələri yaradıb. Ötən illər ərzində YUNESKO — İCOM tərifindən Azərbaycanda 7 beynəlxalq miqyaslı konfrans, dəyirmi masa, seminar keçirilmişdir.[7][8]

ICOM Azərbaycan Milli Komitəsinin sədri — Şirin Məlikova. ICOM Azərbaycan Milli Komitəsinin 80 nəfər üzvü vardır. 13 nəfər — regionlardan, 3 — kollektiv üzvlərdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1.  (ing.) "ICOM among UNESCO's Partners". unesco.org. 2012-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-30. (#apostrophe_markup)
  2.  (ing.) "Partnership between ICOM and WIPO". wipo.int. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-30. (#apostrophe_markup)
  3. "Partnership between ICOM and INTERPOL". interpol.int. 2015-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-30. (#apostrophe_markup)
  4. "Protecting cultural heritage in conflict situations" (PDF). 2021-05-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-30.
  5.  (ing.) "Dr Suay Aksoy, ICOM President". icom.museum. 2016. 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31. (#apostrophe_markup)
  6.  (ing.) "Peter Keller appointed Director General of ICOM". icom.museum. 2017-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31. (#apostrophe_markup)
  7. "Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsi fəaliyyətini genişləndirir". 2017-12-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-30.
  8. "Azərbaycan Xalça Muzeyinin direktoru Beynəlxalq Muzeylər Şurası Baş Assambleyasının konfransında iştirak edib". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-30.