586-cı qırıcı aviasiya alayı

586-cı qırıcı aviasiya alayıİkinci Dünya müharibəsinin başlanğıcında Marina Raskova İosif Stalini qadınlardan ibarət aviasiya alaylara yaratmağa razı saldıqdan sonra əsası qoyulan üç sovet qadın aviasiya alayından biri. Alay əvvəlcə Yak-1 təyyarələri ilə təchiz edilmiş, 1943-cü ildə isə Yak-7Yak-9 təyyarələrini əldə etmişdir. Alayın bütövlükdə qadınlardan ibarət olması nəzərdə tutulsa da, alay komandiri Tamara Kazarinova 1942-ci ilin oktyabrında başqa bir hissəyə köçürüldükdən sonra onun yerinə Aleksandr Qridnev gətirilir. Alayın üzvlərindən Lidiya Litvyak və Yekaterina Budanova ölümündən sonra müvafiq olaraq Sovet İttifaqı QəhrəmanıRusiya Federasiyası Qəhrəmanı adlarına layiq görülmüşdürlər.[1][2][3]

586-cı qırıcı aviasiya alayı
rus. 586-й истребительный авиационный полк
Yaranma tarixi 1951–1945
Ölkə  SSRİ
Tabedir SSRİ SSRİ Hərbi Hava Qüvvələri
Təchizatı Yak-1
Yak-7
Yak-9
Döyüşlər İkinci Dünya müharibəsində Şərq cəbhəsi
Komandanlıq
Məşhur komandirləri Yevgeniya Proxorova (1941–1942)
Tamara Kazarinova (1942)
Aleksandr Qridnev (1942–1945)

Tarixi[redaktə | mənbəni redaktə et]

Alay SSRİ Xalq Müdafiə Komissarlığının 08.10.41-ci il tarixli 0099 saylı “Qırmızı Ordu Hərbi Hava Qüvvələrinin qadın aviasiya alaylarının formalaşdırılması haqqında” əmri ilə yaradılmışdır.[4] Alaya Marina Raskova rəhbərlik edirdi. 9 dekabr 1941-ci ildə 586-cı alaya təyin edilmiş iyirmi beş pilot Yak-1 qırıcısında imtahanlardan keçdi. Pilot Yevgeniya Proxorova 1941-ci ilin dekabrından 1942-ci ilin martına qədər 586-cı alayın komandiri vəzifəsində çalışmışdır. Rəsmi mənbələrə görə Tamara Kazarinova alaya yalnız 23 fevral 1942-ci ildə gəlmişdir.

Alayın ilk vəzifəsi 23 fevral 1942-ci ildə Saratovda Volqa üzərindəki dəmir yolu körpüsünün müdafiəsi olur. 24 sentyabr 1942 -ci ildə leytenant Valeriya Xomyakova[5] Saratov üzərindəki gecə döyüşündə alman bombardmançısını vurur.[6] Bu, qadın aviasiya alayının ilk qələbəsi idi. 6 oktyabr 1942-ci ildə gecə döyüşü zamanı Valeriya Xomyakova ölür və ölümündən sonra "Qırmızı Bayraq" ordeni ilə təltif edilir.

9 oktyabr 1942-ci ildə SSRİ Xalq Müdafiə Komissarının müavini general-leytenant Mixail Qromadin alay komandiri T. Kazarinovanı tutduğu vəzifədən uzaqlaşdırır.

Bu dövrdə Sergey Savenkov və Vitali Belyakov müvəqqəti olaraq alayın komandiri kimi fəaliyyət göstərirlər. Müharibənin son iki il yarımı və İkinci Dünya müharibəsindən sonra alayın komandiri Aleksandr Vasilyeviç Qridnev olur. Onun rəhbərliyi altındakı 586-cı qırıcı alayı Voronejə köçürülür.

Alayın heyəti Kursk döyüşü zamanı şiddətli hava döyüşlərində iştirak edir. 7 sentyabr 1943-cü ildə Starı Oskol ərazisindəki hava döyüşündə kiçik leytenant Taisiya Smirnovanın təyyarəsi vurulur. Pilot yanaraq enən təyyarədən yanıqlar içində qurtulur və sol ayağı sınır. Ayağı amputasiya olunan Smirnova 1-ci dərəcəli "Vətən Müharibəsi" ordeni ilə təltif olunmuşdur.[7]

20 iyul 1945-ci ildə alayın əsgərləriçavuşları tərxis edilir. Zabitlər isə Vyanaya, daha sonra isə Rumıniyanın İasi şəhərinə göndərilir. 1945-ci ilin noyabrında qadın zabitlər də tərxis olunur. Bir çox kişi pilotlar və ləğv edilmiş 586-cı qırıcı aviasiya alayının texniki heyəti komandir A.V.Qridnev ilə birlikdə Kiyevə, 39-cu qırıcı aviasiya alayına köçürülür.

Alayın pilotları ümumilikdə 4419 döyüş uçuşu həyata keçirmiş, 125 döyüşdə iştirak etmiş, 38 alman təyyarəsini vurmuşdur.

Heyət[redaktə | mənbəni redaktə et]

Soyadı, adı, atasının adı Hərbi rütbə Vəzifə
Kazarinova Tamara Aleksandrovna mayor Alay komandiri (09.12.1941 — 07.10.1942),[8]
Qridnev Aleksandr Vasileviç mayor, polkovnik-leytenant Alay komandiri (27.10.1942 — 15.07.1945)[8]
Tixomirova Vera İvanovna kapitan, mayor Komandirin siyasi işlər üzrə müavini
Kasatkina Klavdiya İvanovna baş leytenat, kapitan Partiya təşkilatçısı
Seyidməmmədova Züleyxa Həbib qızı baş leytenant, kapitan Şturman
Malaxov Vasili Mixayloviç kapitan Şturman
Slovoxotova Nina Arkadevna baş texniki leytenant Şturman köməkçisi
Durakov Nikolay Konstantinoviç kapitan Alay komandirinin köməkçisi
Kurapeyev Lev İliç mühəndis-kapitan Alay komandirinin köməkçisi
Lisiçina Valentina Mixaylovna baş leytenant Alay komandirinin köməkçisi
Slovoxotova Nina Arkadevna texnik-leytenant Kimya söbəsinin rəhbəri
Starqin Nikolay Matveyeviç baş leytenant Kimya şöbəsinin rəhbəri
Benqus Rakhil Aronovna tibb xidmətinin kapitanı Tibb söhbəsinin rəisi - alayın baş həkimi

İstinad siyahısı[redaktə | mənbəni redaktə et]

  1. "Боевой путь 586-го женского ИАП – Красные соколы: советские летчики-асы 1914–1953". airaces.narod.ru (rus). 2009-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-23.
  2. Stockton, Harold; Tyminski, Dariusz; Bergström, Christer. "Marina Raskova and Soviet Female Pilots". WWII Ace Stories (polyak). Elknet.pl. 1998-12-09. 2011-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-31. (#redundant_parameters)
  3. Noggle, Anne. A Dance With Death: Soviet Airwomen in World War II (ingilis). Texas A&M University Press. 1994. 157. ISBN 9781585441778.
  4. "Приказ «О сформировании женских авиационных полков ВВС Красной Армии»". 2009-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-12-31.
  5. (#empty_citation)
  6. "06 октября 1942 года лейтенант Хомякова В. Д. погибла в воздушном бою". 2012-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-07.
  7. Архивный реквизит на сайте «Подвиг народа» № 19912678.
  8. 1 2 Анохин В. А., Быков М. Ю. Все истребительные авиаполки Сталина. Первая полная энциклопедия. Яуза-пресс. 2014. səh. 655. ISBN 978-5-9955-0707-9.