Qalina Vasiliyevna Moskalets (ukr. Гали́на Васи́лівна Москале́ць), təxəllüsü ilə Qalina Paqutyak ((ukr. Гали́на Пагутя́к) — fantaziya, elmi fantastika və qotik roman janrlarında əsərlər ərsəyə gətirən Ukrayna yazıçısı. O, "Dobromildən olan qulluqçu" nəsr kitabına görə 2010-cu ildə Şevçenko adına Ədəbiyyat Mükafatına layiq görülmüşdür. Paqutyak "Uroj qotikası" romanının müəllifidir.
Qalina Paqutyak | |
---|---|
Doğum tarixi | 26 iyul 1958 (65 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | fantastika yazıçısı[d], nasir, yazıçı |
Əsərlərinin dili | ukrayn dili |
Janrlar | roman, Povest |
Üzvlüyü |
|
Mükafatları | |
pahutyak.com |
Qalina Vasiliyevna Moskalets 26 iyul 1958-ci ildə, SSRİ respublikalarından olan Ukrayna SSR-nin Lvov vilayətində yerləşən Zalokot kəndində bir müəllim ailəsində anadan olmuşdur. Qalina üç qızın ən kiçiyi idi. Onun atası Vasil Paqutyak, anası isə İvanna Basarab olmuşdur. Paqutyakın ailəsi əslən Storona kəndindəndir. Yazıçının sözlərinə görə, burada hər ikinci adam onun yaxın və ya uzaq qohumudur. İvanna Basaraba görə, o, qədim knyaz nəslindən gəlir. "Dobromildən gələn qulluqçu" (2006) romanı üzərində işləyərkən Qalina Paqutyak anasının ailəsini araşdıraraq belə nəticəyə gəlmişdir ki, o, Valaxiya hakimi Vlad Tsepeşin nəslindəndir.[1]
Paqutyak daha sonra ailə Uroj kəndinə köçmüşdür. Babasının sözlərinə görə, o, İkinci Dünya müharibəsindən əvvəl bir hadisə şahid olmuşdur. O, gecələr odun yanında atları otararkən alovun necə qıvrılmağa, yuxarıya doğru böyüməyə başladığını və ondan bir sütunun uçaraq bir neçə saniyədən sonra gözdən itdiyini demişdir. Daha sonra Qalina bu mövzunu araşdırmış və Avropa mifologiyalarında vəhşi ov olduğunu öyrənmişdir, bundan ilhamlanaraq "Ovsunlanmış musiqiçilər" romanını yazmışdır.[2]
Gəncliyində arxeoloq olmaq istəyən Paqutyak bunun üçün partiya biletinə malik olmaq məcburiyyətində idi, buna görə də bu yolu tutmamışdır. O, fəlsəfə fakültəsinə daxil olmaq üçün uğursuz cəhd göstərmiş, ardınca X sinif xatirələri haqqında bir roman yazmağa başlamışdır. Paqutyak bu əsəri Kiyevə, Yazıçılar İttifaqına göndərmişvə gənc müəlliflərin Ümumkrayna görüşünə dəvət almışdır. Orada ona əsərin yarıya qədər azaldılması şərti ilə nəşr olunması təklif olunmuş, lakin Paqutyak bununla razılaşmamışdır. O, 18 yaşında qışda evdən qaçaraq Odessaya, suvaqçılar və plitələr hazırlayan bir müəssisəyə getmişdir. O, burada Borislav Farfor Zavodunda işləmişdir. Paqutyak bu dövrdə "Uşaqlar" romanını yazmağa başlamışdır. O, bir il ərzində Lvov Milli Universitetinə daxil olmuşdur. Paqutyak Taras Qriqoreviç Şevçenko Kiyev Dövlət Universitetinin ukrayn filologiyası ixtisasını bitirmişdir.[2]
Paqutyak dövlət məktəbində, Droqobitsk Tarix-Diyarşünaslıq Muzeyində, özəl məktəbdə və Lvov İncəsənət Qalereyasında işləmişdir. O, Ukrayna Milli Yazıçılar Birliyinin üzvü olmuşdur. Paqutyak ilk kitablarını hələ Sovet İttifaqı dövründə çap etdirmişdir. O, yaradıcılıq fəaliyyətində həmişə naşirlərin iradəsinə zidd getmişdir və sovet adətlərini tənqid etməkdən çəkinməmişdir. Buna baxmayaraq, Kiyevin "Sovetski pisatel" nəşriyyatında çap olunan "Ustad" (1986) kitabı 65 min nüsxə ilə nəşr olunmuşdur. O, əsərlərini yazarkən tez-tez ümumi qəbul edilmiş nəsr qanunlarından yayınırdı, buna görə müstəqil Ukraynada da naşirlərlə problem yaşayırdı. Paqutyak həmçinin, bir neçə uşaq kitabınln müəllifi olmuşdur. Onun əksər kitabları Lvovda yerləşən "Piramida" nəşriyyatında "Prıvatna kolektsiya" seriyasında çap olunmuşdur.[3]
Paqutyak Ədəbiyyat İnstitutunun yazıçılara mükafatı üçün üç dəfə müraciət etmişdir. Onun ilk iki müraciəti uğursuz alınmışdır. Paqutyakın öz sözlərinə görə, bu, onun üçün böyük zövq olmuşdur, çünki institut adətən ədəbiyyatşünaslar üçün ərizə verirdi. O, 2010-cu ildə "Dobromildən olan qulluqçu" nəsr kitabına görə Şevçenko adına Ədəbiyyat Mükafatına layiq görülmüşdür.
2015-ci ildə Xarici Müstəqil Qiymətləndirilmədə ukrayn dilindən tapşırıqlarda müəllifin icazəsi olmadan Paqutyakın əsərindən bir parça istifadə edilmişdir. Beş tapşırıqda (№ 29—33) "Kiçik yol insanlar üçün deyil..." mövzusunda fəlsəfi mətni təhlil etmək və müəllifin konkret nə demək istədiyinə cavab vermək lazım idi. Paqutyak açıq məktubunda bu tapşırıqları "absurd və müəllifin mətninə təhqir" adlandırmışdır.[4]