Qalmaqal teleserialının ikinci mövsümünün premyerası 27 sentyabr 2012-ci ildə ABŞ-nin ABC telekanalında baş tutmuş[1], mövsümün final seriyası isə 16 may 2013-cü ildə efirə verilmişdir. Mövsüm iyirmi iki seriyadan ibarətdir. Şonda Rayms ikinci mövsümdə də serialın şouranneri olmuşdur; ABC Studios mövsümün istehsalını ShondaLand Production Company ilə birgə həyata keçirmişdir. İkinci mövsümün seriyaları ABŞ və Kanadada eyni vaxtda efirə verilmişdir.
Qalmaqal II Mövsüm | |
---|---|
Ölkə | ABŞ |
Seriya sayı | 22 |
Ekranlaşdırma | |
Orijinal kanal | ABC |
Orijinal efir | 27 sentyabr 2012 | – 16 may 2013
Mövsüm xronologiyası | |
← Əvvəlki I mövsüm Sonrakı → III mövsüm | |
Qalmaqal teleserialının seriyaları |
İkinci mövsümdə Ağ ev sakinləri və Oliviya Poupun şirkət işçilərinin süjet xəttləri inkişaf etdirilir. Serialın on nəfərdən ibarət aktyor heyətində ikinci mövsümdə dəyişiklik baş verir. Henri Yan Küsik şounu tərk edir, birinci mövsümdə ikinci plan rolları fa etmiş Coşua Malina və Bellami Yanq isə əsas aktyor heyətinə qatılmışdır.[2][3] 10 may 2013-cü ildə telekanal serialın üçüncü mövsümünün çəkiləcəyini elan etmişdir.[4]
"Qalmaqal" serialının ikinci mövsümü iki əsas süjet xəttinə malikdir. Birinci süjet xətti sonuncu prezident seçkilərində yol verilən saxtalaşdırma ilə bağlıdır. Bu haqqda məlumat izləyicilərə, baş qəhrəmanların həyatlarına aid fleşbeklər vasitəsiylə çatdırılır. Jurnalist və Sayrus Binin həyat yoldaşı Ceyms Novak saxtalaşdırmanın baş verdiyi Defayns dairəsindəki hadisələri araşdırır. Məlum olur ki, saxtalaşdırma Oliviya, Sayrus, Melli və Hollis Doylun iş birliyi sayəsində mümkün olub. Ceyms, Sayrus və Fitsə qarşı iş açaraq onların istefasına nail olmaq istəyən Devid Rouzenə kömək edir. Lakin, sonda həyat yoldaşını xilas etmək niyyəti ilə Ceyms yalan danışır.
Prezident Fitceralda qarşı sui-qəsd həyata keçirilir və o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilir. Fits ölüm və həyat arasında qaldığı müddətdə, vitse-prezident Salli Lenqston hakimiyyəti ələ alır. Sağaldıqdan sonra Fits həyatın ona ikinci şans verməsini düşünərək Melli ilə boşanıb, Oliviya ilə evlənmək istəyir. Lakin, birinci xanım olmaq üçün hər şeyə razı olan Melli, hamiləliyin vaxtından dörd ay əvvəl dayandırılması üçün ginekoloqa müraciət edir. Qeki prezidentə qarşı sui-qəsddə təqsirləndirirlər; Oliviya və onun komandası müəyyən edirlər ki, Qekin üzərinə günahı onun münasibətdə olduğu qız atıb. Rouzen Qekin azad edilməsinə kömək edir, daha sonra onlar birlikdə tələ quraraq Qekin sevgilisi Bekkini ələ keçirirlər. Fits sui-qəsd sifarişçisinin Verna olduğunu öyrənir. Verna prezidentə saxtalaşdırma yolu ilə seçildiyini deyir və Fits onu öldürür. Dəfn zamanı Fits Oliviyaya deyir ki, daha arvadı ilə boşanmaq haqqında düşünmür və Oliviyanın saxtakarlıq etməsini bilir.
İkinci süjet xətti Ağ evdən məxfi məlumatları sızdıran krotun kimliyinin müəyyənləşdirilməsi ilə bağlıdır. oliviya və onun komandası bu işi araşdıraraq müəyyən edirlər ki, Mərkəzi Kəşfiyyat İdarəsi rəisi Qreyden Osbornun intiharı əslində qətl imiş. Oliviya kapitan Ceyk Ballardla tanış olur; sonradan məlum olur ki, o, B613 adlı gizli dövlət təşkilatının rəhbəri Rouenin əmri ilə işləyir və onun Oliviya ilə yaxınlaşması da iştapşırığı imiş. Melli bildirir ki, Fits ya Oliviyanı ataraq ona sadiq olmalıdır, ya da o, müsahibə verərək onların münasibətlərini ictimayətə açıqlayacaq. Fits Oliviyanı seçir və Melli təhdidini həyata keçirir. Fits bildirir ki, ikinici dəfə prezident seçkilərində iştirak etmək istəmir.
Qek Çarlini əsir götürür və o, krotun Billi Çembers olduğunu danışır.Sonradan məlum olur ki, Çembers Oliviyanın ofisində gizlənən Devid Rouzenlə əlbirdir. Rouzen seçkilərin saxtalaşdırılması ilə bağlı sübutların toplandığı "Saytron" kartını Oliviyanın seyfindən oğurlayaraq Sayrus Binin yanına gedir. O, Sayrusa krotun kimliyini deyərək, kartı təhvil verir və əvəzində federal prokuror təyin edilməsini tələb edir. Mövsümün finalında mətbuat Fitsin sevgilisinin Oliviya olmasını, izləyicilər isə Rouenin Oliviyanın atası olmasını öyrənirlər.
Əsas heyət[redaktə | mənbəni redaktə et]
|
İkinci heyət[redaktə | mənbəni redaktə et]
|
Qonaq ulduzlar[redaktə | mənbəni redaktə et]
|
No. | # | Ad | Rejissor | Ssenari müəllifi | İlk efir tarixi | İstehsal kodu |
ABŞ-da izləyicilər (milyon) |
---|---|---|---|---|---|---|---|
8 | 1 | Ağ şlyapa çıxarılıb | Tom Verika | Cenna Bens | 27 sentyabr 2012 | 201 | 6.74[5] |
Kuinin əsl kimliyi ortaya çıxsa da, Oliviyanın partnyorlarının bir çoxu ona və onun keçmişi ilə bağlı danışdıqlarına inanmırlar. Bu arada, intim həyatı ilə bağlı məlumat ictimayətə sızmış senator Oliviyadan kömək istəyir, Melli və Sayrusun televiziya müsahibəsi zamanı prezidenti çıxılmaz vəziyyətə salmalarından sonra, o, seçim etməyə məcburdur. | |||||||
9 | 2 | Digər qadın | Stefan Kreqq | Hezer Mitçell | 4 oktyabr 2012 | 202 | 6.56[6] |
Nüfuzlu ictimai xadim çoc həssas vəziyyətdə ölü tapılır. Oliviya və komandası mərhumun nüfuzunun saxlanması üçün onun hansı vəziyyətdə ölməsini ört-basdır eləməyə çalışırlar. Oliviya prokuraturanın qərarına təsir edir və Devid onun buna necə nail olmasını öyrənməyi qarşısına məqsəd qoyur. Ağ evdə Fits və Sayrus xarici siyasətlə bağlı həssas məsələni həll edirlər. | |||||||
10 | 3 | Ov mövsümü | Ron Andervud | Mett Birn | 18 oktyabr 2012 | 203 | 6.17[7] |
Oliviyanın ofisinə kömək üçün paranoyalı dövlət işçisi kömək üçün müraciət edir. Məlum olur ki, onun saxladığı sirr o qədər həssas məsələ ilə bağlıdır ki, hətta Oliviya belə çıxış yolu tapamağa çətinlik çəkir. Məhkəmə tərəfindən bəraət almış Kuinnin günahsızlığına şübhə edilməsi ofisdə gərgin əhbal yaradır. Ağ evdə isə, prezidentin Oliviynın keçmiş sevgilisi ilə danışan şəkillərini görməsindən sonra Sayrus onu sakitləşdirməyə çalışır. | |||||||
11 | 4 | Gəginliyin azalması | Mark Tinker | Mark Fiş | 25 oktyabr 2012 | 204 | 6.11[8] |
Kollecli qız itir və onun valideynləri övladlarının tapılması üçün Oliviya və onun partnyorlarına müraciət edirlər. Devid isə "Saytron" işini araşdırmağa davam edir və bu işdə ona gözlənilməz bir adam kömək edir. Ağ evdə Melli Fitsə təzyiq edərək siyasətçi olduğunu isbat etməyə çalışır. | |||||||
12 | 5 | Bütün yollar Fitsə aparır | Stiv Robin | Raamla Mohamed | 8 noyabr 2012 | 205 | 6.06[9] |
Evə gələn qubernator həyat yoldaşının zorlandığını görür və təcavüzkarı cəzalandırır. Oliviya isə fəsadları aradan qaldırmaqla məşğul olur. Sayrusun həyat yoldaşı jurnalist kimi Ağ evdə işə qayıtmağa çalışır. | |||||||
13 | 6 | Bizim kimi casuslar | Betani Runi | Kris Van Dusen | 15 noyabr 2012 | 206 | 6.02[10] |
Oliviyaya gələn anonim məktubda qaranlıq keçmişinə görə Qekin həyatının təhlükədə olduğu bildirilir. Bu arada Oliviyanın ən qorxunc sirri açıla bilər və bunun baş verməməsi üçün o, Harrisondan kömək istəyir. Ağ evdə Sayrus həyat yoldaşı tərəfindən yazılmış qəzet məqaləsinin fəsadlarını aradan qaldırmaqla məşğul olur. | |||||||
14 | 7 | Defayns | Tom Verika | Piter Noa | 29 noyabr 2012 | 207 | 6.64[11] |
Harrison qohumları tərəfindən əqli çatışmazlığı olması iddia edilən milyaderin işinə başçılıq edir. Bütün Ağ ev, o cümlədən Oliviya prezidentin əlli illik yubileyini qeyd etməyə çalışır. "Saytron" işinin araşdırmasına qoşulan Ceyms bütün ölkənin taleyinə təsir edə biləcək faktlar aşkarlayır. | |||||||
15 | 8 | Ad günün mübarək, Cənab Prezident | Oliver Bokelberq | Şonda Rayms | 6 dekabr 2012 | 208 | 7.39[12] |
Milli faciə Oliviyanı Ağ evdə işə qayıtmağa məcbur edir. Prezident Fitsin hakimiyyətinin ilk günləri haqqında məlumatlar verilir. | |||||||
16 | 9 | Sovrulmuş | Cessika Yu | Mark Uildinq | 13 dekabr 2012 | 209 | 7.14[13] |
Ağ evdə işləyən Oliviya vitse-prezident Salli Lenqstondan göstərişlər alır, Sayrus isə Ceymsin araşdırmaları haqqında məlumat alır. Oliviyanın partnyorlarından biri satqınlığın qurbanı olur. | |||||||
17 | 10 | Bir it üçün | Stiv Robin | Hezer Mitçell | 10 yanvar 2013 | 210 | 8.37[14] |
Qekin Pentaqonun zirzəmisində saxlanıldığı müddətdə Oliviya və onun komandası köhnə tanışdan gözlənilməz kömək alır. Oliviya Melliyə, onun və Fitsin gələcəyinə təsir edə biləcək həssas vəziyyətdən çıxmağa kömək edir. Oliviya və Edisonun münasibətləri daha da yaxınlaşır. | |||||||
18 | 11 | Cinayətkar, fahişə, idiot və yalançı | Stefan Kreqq | Mark Fiş | 17 yanvar 2013 | 211 | 7.93[15] |
Ağ evdə qeyri-sabitlik davam edir, Fitsin prezident seçilməsi zamanı saxtalaşdırmaya yol verilməsi haqqında detallar ortaya çıxır. Edisonun irəli sürdüyü iddiadan sonra onun Oliviya ilə münasibətləri pisləşir. | |||||||
19 | 12 | Həqiqət yoxsa nəticələr | Cennot Szvark | Piter Noa | 31 yanvar 2013 | 212 | 8.09[16] |
Seçkilərlə bağlı saxtalaşdırmanın ortaya çıxmasından sonra, Oliviyanın partnyorları onun heç də həmişə ədalətli və qanuna uyğun hərəkət etmədiyini öyrənirlər. Fitsin hakimiyyətinin saxlanılması üçün Melli təhlükəli addım atmağa məcbur olur. | |||||||
20 | 13 | Heç kim uşaqları sevmir | Tom Verika | Mark Uildinq | 7 fevral 2013 | 213 | 8.14[17] |
Devidin "Saytron" işi ilə bağlı həqiqətləri öyrənməsindən sonra Oliviya, Sayrus, Melli, Hollis və Verna təhlükəyə düşür. Əlbir olanlardan bəziləri özləri və yaxınlarını qorumaq üçün hər şeyə razıdırlar. | |||||||
21 | 14 | Viski, tanqo, fokstrot | Mark Tinker | Mett Birn | 14 fevral 2013 | 214 | 8.02[18] |
Defayns dairəsi ilə bağlı həqiqətlərin ortaya çıxmasından sonra, Fits kimə güvənə biləcəyi haqqında düşünür. Bu arada, Oliviya öz həyatını yaşamağa çalışır və cazibədar Ceyklə tanış olur. Lakin, Oliviya və Fits yenidən bir otaqda qaldıqda vəziyyət yenə nəzarətdən çıxır. Oliviyanın komandası yeni iş götürür və ilk dəfə Devid Rouzenə qarşı yox, onunla birlikdə çalışmağa başlayır. | |||||||
22 | 15 | Küyü dinamit gətirir | Rendall Zisk | Cenna Bens | 21 fevral 2013 | 215 | 7.68[19] |
Oliviya və onun komandasına müraciət edən siyasətçi Piter Koldvell qalmaqalın qarşısını almağı yox, şahidlik etmələrini xahiş edir. Devid keçmişini unutmağa çalışsa da, izlndiyini hiss etdikdə kömək üçün Oliviyaya müraciət edir. Fits ələ eçirilmiş sülhməramlıların azad edilməsi haqqında plan qurur, Ceyk isə Oliviyanın kimlə görüşməsi haqqında suala cavab verə bilmir. | |||||||
23 | 16 | Saatın başlanğıcı | Stiv Robin | Hezer Mitçell | 21 mart 2013 | 216 | 8.51[20] |
Oliviya yenidən media-qalmaqalın mərkəzindədir. Lakin, bu dəfə o, Oval kabinetə qarşıdır. Onun müştərisi olan top-menecer Sara Stenner Fits tərəfindən Ali Məhkəmənin sədrliyinə təqdim edilmiş namizədlə sevgi romanında günahlandırılır. Oliviya və Ceyk flirt etməyə davam edir. Qek Kuinni öz himayəi altına alır. Harrison və Ebbi isə dostluqlarının nəyə əsaslandığını müzakirə edirlər. Fitsin diqqəti üçün mübarizə aparan Melli və Sayrus təsadüfən kiminsə artıq həmin diqqəti cəlb etdiyini öyrənir. | |||||||
24 | 17 | Bağdakı ilan | Ron Andervud | Raamla Mohamed | 28 mart 2013 | 217 | 7.97[21] |
Qaçırılmış Hollis Doylun əvəzinə pul ödənilməsi tələb edildikdə, komanda iblis üçün işləməli olacağını anlayır. Hələ də təhlükədə olan Devid Oliviyanın ofisində gizlənir. Oliviya və Ceykin münasibətləri yeni mərhələyə keçir, prezident isə Ceyk tərəfindən məlumatlanırılır. Sayrus prezidentin etibarını qaytarmaq üçün hə şeyə hazırdır, Melli isə Fitslə danışaraq pis tərəfə doğru dəyişdiyini deyir. | |||||||
25 | 18 | Molli, sən təhlükədəsən, qızım | Tom Verika | Kris Van Dusen | 4 aprel 2013 | 218 | 8.04[22] |
Köhnə işin detalı ümumi mozaikaya uyğun gəlmir, Oliviya və onun komandası harda səhv buraxıldığını müəyyənləşdirməyə çalışır. Bu səhv nların hamısını ciddi təhlükə altına salır. Oliviya və Ceykin münasibətləri daha isti, Melli və Fetsin münasibətləri isə daha soyuqlaşır. | |||||||
26 | 19 | Yeddi əlli iki | Allison Liddi-Braun | Mark Fiş | 25 aprel 2013 | 219 | 7.90[23] |
Qekin Oliviyanın komandasına qoşulmasından əvvəl nə işlə məşğul olmasının sirrləri açılır. Fits və Oliviya arasında emosional və gərgin söhbət baş tutur, lakin, onlar izlənildiklərini bilmirlər. Bu arada Oliviyanın komandası, komanda üzvlərindən birinə kömək etmək üçün güclərini birləşdirir. Sayrus Ceykə etibar etmir, Melli isə Ağ evdə qalmaqala səbəb olan qərar qəbul edir. | |||||||
27 | 20 | Səfil qadın | Tony Goldvin | Zahir MakQi | 2 may 2013 | 220 | 8.07[24] |
Krotun axtarışında olan komanda gözlənilməz məlumat alır. Fits, hələ də ciddi təhlükə altında olan Oliviyanın müdafiəsini Ceykə tapşırır. Melli tərəfindən verilmiş ultimatum, Sayrusu anti-böhran meneceri rolunu üzərinə götürməyə məcbur edir. | |||||||
28 | 21 | Sual varmı? | Mark Tinker | Mett Birn | 9 may 2013 | 221 | 8.87[25] |
Ağ ev nəhəng qalmaqalın mərkəzinə çevrilir, Sayrus xoş olmaya suallara cavab verməyə məcbur qalır. Oliviyaya yaxın şəxs onu və komandasını satır. | |||||||
29 | 22 | Ağ şlyapa yenidən başdadır | Tom Verika | Şonda Rayms | 16 may 2013 | 222 | 9.12[26] |
Krotun şəxsiyyətinin müəyyənləşdirilməsindən sonra, Oliviya və onun komandası ciddi təhlükə altında qalır. Ağ evdəki qalmaqal Sayrusu bacarrıq və imkanlarını maksimum istifadə etməyə məcbur edir. |
"Qalmaqal" serialının ikinci mövsümü çoxlu sayda müsbət rəylər almış, bəzi tənqidçilər isə onu triumf adlandırmışlar.[27][28] İkinci mövsümdə serialın reytinqləri əhəmiyyətli dərəcədə artaraq finalda 25%-ə çatmışdır ki, bunun da 39%-i 18-49 yaş arası şəxslər olmuşdur.[29] Rəy aqqreqatoru Rotten Tomatoes 13 rəy əsasında mösümü 92% təravətli 9.2/10 balla qiymətləndirmişdir. Saytın konsesusunda qeyd edilir ki, "Sabun həssaslığına malik olan Qalmaqal, cazibədar nəql xüsusiyyəti, süjet dönüşləri və maraqlı personajları ilə diqqət çəkir."[30]
Serialda No. |
Mövsümdə No. |
Seriya | Efir tarixi | Vaxt intervalı (EST) | Reytinq/yayım (18–49) | İzləyicilər (mil/) | 18–49 reytinq | İzləyici reytinqi | Drama reytinqi |
---|---|---|---|---|---|---|---|---|---|
8 | 1 | "Ağ şlyapa çıxarılıb" | 27 sentyabr 2012 | Cümə axşamı 10:00 P.M. |
2.0/6[5] | 6.74[5] | N/a | N/a | N/a |
9 | 2 | "Digər qadın" | 4 oktyabr 2012 | 2.0/6[6] | 6.56[6] | N/a | N/a | N/a | |
10 | 3 | "Ov mövsümü" | 18 oktyabr 2012 | 1.9/5[7] | 6.17[7] | N/a | N/a | N/a | |
11 | 4 | "Gəginliyin azalması" | 25 oktyabr 2012 | 2.0/6[8] | 6.11[8] | N/a | N/a | N/a | |
12 | 5 | "Bütün yollar Fitsə aparır" | 8 noyabr 2012 | 1.9/5[9] | 6.06[9] | N/a | N/a | N/a | |
13 | 6 | "Bizim kimi casuslar" | 15 noyabr 2012 | 2.0/6[10] | 6.02[10] | N/a | N/a | N/a | |
14 | 7 | "Defayns" | 29 noyabr 2012 | 2.2/6[11] | 6.64[11] | N/a | N/a | N/a | |
15 | 8 | "Ad günün mübarək, Cənab Prezident" | 6 dekabr 2012 | 2.5/7[12] | 7.39[12] | 23[31] | N/a | 4[31] | |
16 | 9 | "Sovrulmuş" | 13 dekabr 2012 | 2.4/7[13] | 7.14[13] | 22[32] | N/a | 7[32] | |
17 | 10 | "Bir it üçün" | 10 yanvar 2013 | 2.8/8[14] | 8.37[14] | 14[33] | 23[33] | 6[33] | |
18 | 11 | "Cinayətkar, fahişə, idiot və yalançı" | 17 yanvar 2013 | 2.6/7[15] | 7.93[15] | 16[34] | N/a | 6[34] | |
19 | 12 | "Həqiqət yoxsa nəticələr" | 31 yanvar 2013 | 2.7/8[16] | 8.09[16] | 13[35] | 21[35] | 6[35] | |
20 | 13 | "Heç kim uşaqları sevmir" | 7 fevral 2013 | 2.8/8[17] | 8.14[17] | 17[36] | N/a | 7[36] | |
21 | 14 | "Viski, tanqo, fokstrot" | 14 fevral 2013 | 2.7/8[18] | 8.02[18] | 13[37] | N/a | 3[37] | |
22 | 15 | "Küyü dinamit gətirir" | 21 fevral 2013 | 2.7/7[19] | 7.68[19] | 20[38] | N/a | 6[38] | |
23 | 16 | "Saatın başlanğıcı" | 21 mart 2013 | 2.7/8[20] | 8.51[20] | 11[39] | 20[39] | 4[39] | |
24 | 17 | "Bağdakı ilan" | 28 mart 2013 | 2.6/7[21] | 7.97[21] | 14[40] | 23[40] | 4[40] | |
25 | 18 | "Molli, sən təhlükədəsən, qızım" | 4 aprel 2013 | 2.6/8[22] | 8.04[22] | 15[41] | N/a | 4[41] | |
26 | 19 | "Yeddi əlli iki" | 25 aprel 2013 | 2.8/8[23] | 7.90[23] | 7[42] | 24[42] | 2[42] | |
27 | 20 | "Səfil qadın" | 2 may 2013 | 2.6/8[24] | 8.07[24] | 13[43] | N/a | 4[43] | |
28 | 21 | "Sual varmı?" | 9 may 2013 | 3.2/9[25] | 8.87[25] | 6[44] | 23[44] | 1[44] | |
29 | 22 | "Ağ şlyapa yenidən başdadır" | 16 may 2013 | 3.2/9[26] | 9.12[26] | 10[45] | 17[45] | 2[45] |
Serialda No. |
Mövsümdə No. |
Seriya | Efir vaxtı | Vaxt intervalı (EST) | 18–49 reytinq | İzləyicilər (mil.) | Ümumi 18-49 | Ümumi izləyicilər (mil.) |
İst. |
---|---|---|---|---|---|---|---|---|---|
8 | 1 | "Ağ şlyapa çıxarılıb" | 27 sentyabr 2012 | Cümə axşamı 10:00 P.M. |
0.9 | 2.56 | 3.0 | 9.31 | [46] |
9 | 2 | "Digər qadın" | 4 oktyabr 2012 | 0.8 | 2.26 | 2.8 | 8.82 | [47] | |
10 | 3 | "Ov mövsümü" | 18 oktyabr 2012 | 0.9 | 2.42 | 2.8 | 8.58 | [48] | |
11 | 4 | "Gəginliyin azalması" | 25 oktyabr 2012 | 0.8 | 2.28 | 2.0 | 8.38 | [49] | |
12 | 5 | "Bütün yollar Fitsə aparır" | 8 noyabr 2012 | 1.0 | 2.51 | 2.9 | 8.56 | [50] | |
13 | 6 | "Bizim kimi casuslar" | 15 noyabr 2012 | 0.9 | 2.32 | 2.9 | 8.33 | [51] | |
14 | 7 | "Defayns" | 29 noyabr 2012 | 0.9 | 2.38 | 3.1 | 9.02 | [52] | |
15 | 8 | "Ad günün mübarək, Cənab Prezident" | 6 dekabr 2012 | 0.9 | 2.33 | 3.4 | 9.72 | [53] | |
16 | 9 | "Sovrulmuş" | 13 dekabr 2012 | 1.0 | 2.52 | 3.4 | 9.70 | [54] | |
17 | 10 | "Bir it üçün" | 10 yanvar 2013 | 1.0 | 2.51 | 3.8 | 10.89 | [55] | |
18 | 11 | "Cinayətkar, fahişə, idiot və yalançı" | 17 yanvar 2013 | 1.1 | 2.49 | 3.7 | 10.42 | [56] | |
19 | 12 | "Həqiqət yoxsa nəticələr" | 31 yanvar 2013 | 1.2 | 3.03 | 3.3 | 11.13 | [57] | |
20 | 13 | "Heç kim uşaqları sevmir" | 7 fevral 2013 | 1.0 | 2.69 | 3.8 | 10.83 | [58] | |
21 | 14 | "Viski, tanqo, fokstrot" | 14 fevral 2013 | 1.1 | 2.87 | 3.8 | 10.89 | [59] | |
22 | 15 | "Küyü dinamit gətirir" | 21 fevral 2013 | 1.2 | 2.94 | 3.9 | 10.62 | [60] | |
23 | 16 | "Saatın başlanğıcı" | 21 mart 2013 | 1.0 | 2.61 | 3.7 | 11.12 | [61] | |
24 | 17 | "Bağdakı ilan" | 28 mart 2013 | 0.9 | 2.58 | 3.5 | 10.55 | [62] | |
25 | 18 | "Molli, sən təhlükədəsən, qızım!" | 4 aprel 2013 | 1.1 | 2.95 | 3.7 | 10.99 | [63] | |
26 | 19 | "Yeddi əlli iki" | 25 aprel 2013 | 0.8 | 2.37 | 3.6 | 10.27 | [64] | |
27 | 20 | "Səfil qadın" | 2 may 2013 | 0.9 | 2.51 | 3.5 | 10.58 | [65] | |
28 | 21 | "Sual varmı?" | 9 may 2013 | 0.8 | 2.27 | 4.0 | 11.14 | [66] | |
29 | 22 | "Ağ şlyapa yenidən başdadır" | 16 may 2013 | 0.8 | 2.48 | 4.0 | 11.60 | [67] |
Mükafat | Kateqoriya | Nominant | Nəticə |
---|---|---|---|
BET Awards | Ən yaxşı aktrisa | Kerri Vaşinqton | Qazandı |
Imagen Awards | Ən yaxşı aktyor/Televiziya | Gilyermo Diaz | Namizəd |
NAACP Image Award | Əlamətdar dram serialı | Qalmaqal | Qazandı |
Dram serialında əlamətdar aktrisa | Kerri Vaşinqton | Qazandı | |
Praymtaym Emmi mükafatı | Dram serialında əlamətdar baş rol aktrisası | Kerri Vaşinqton | Namizəd |
Kreativ sənətlər Emmi mükafatı | Dram serialında əlamətdar qonaq aktyor | Den Bukatinski | Qazandı |
Vision Award | Ən yaxşı dram | Qalmaqal | Namizəd |
| |||||
Dəstə daxildir | Xüsusi əlavələr | ||||
|
| ||||
Çıxış tarixi | |||||
Region 1 | Region 2 | ||||
3 sentyabr 2013 | 17 fevral 2014 |