Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 4 saat əvvəl Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Qanıx-Əyriçay ekogeokimyəvi landşaft rayonu-Baş Qafqaz silsiləsinin cənub yamacından başlanan çayların gətirmə materiallarının akkumulyasiya sahəsi kimi səciyyələnir.[1]
Rayonun qərbində sulfatlı-maqneziumlu-natriumlu,mərkəzində sulfatlı-kalsiumlu-natriumlu,şərqində isə sulfatlı-hidrokarbonatlı-natriumlu duzlar yayılmışdır.Rayon ərazisinin Laləli,Almalı,Muğanlı kimi akkumulyasiya sahələrində sərbəst (avtonom) landşaftlardan trans-akkumulyativ və ellüvial-akkumulyativ landşaft sahələrinə daşınan bir sıra kimyəvi elementlərin burada toplanması üçün əlverişli şəraiti olduğundan həmin yerlərdə mis,sink,qurğuşun,civə,mərgümüş,molibden və s.mikroelementlərin müsbət anomaliyaları yaranmışdır.Ərazidən axan çayların təsiri ilə bu anomaliyalardakı kimyəvi elementlərin mütəmadi olaraq akval landşaftlara daşınması müşahidə edilir.
Qanıx-Əyriçay ekogeokimyəvi landşaft rayonu ərazisində formalaşan torpaqların tərkibində bir sıra mikroelementlərin,o cümlədən mis,sink,qurğuşun,vanadium,mərgümüş və nikelin miqdarı çox vaxt yol verilən konsentrasiya həddini aşıb keçir.Bu isə rayon ərazisinin ekoloji-geokimyəvi şəraitinə mənfi təsir göstərir və buradakı canlılar arasında bir sıra xəstəliklərin, o cümlədən insanlarda və heyvanlarda hemolitik sarılıq,qaraciyər zədələnməsi,sinir sistemi xəstəliklərinin,bitkilərdə isə xloroz xəstəliyinin əmələ gəlməsi təhlükəsinin yaranmasına gətirib çıxarır.Lakin,belə xəstəliklərə rayon ərazisində hələlik nadir hallarda təsadüf edildiyindən bütün bunlar Qanıx-Əyriçay ekogeokimyəvi landşaft rayonunun ekoloji cəhətdən gərginliyi nisbətən zəif olan rayon kimi səciyyələndirməyə əsas verir.