Qanlı gədik

Qanlı gədik — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda aşırım.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Oronim qanlı sifəti ilə Azərbaycan dilində «dağ belində batıq»[2], «hündür dağ arasında yol», «dağ keçidi, aşırım»[3] mənasında işlənən gədik sözündən əmələ gəlmişdir. 1918-ci ildə ermənilər həmin ərazidə azərbaycanlıları vəhşicəsinə qırmış, qan su yerinə axmışdır. Ona görə də bu dağ keçidi Qanlıgədik adlanmışdır.

Tarixi hadisə ilə bağlı yaranan mürəkkəb oronimdir.

Ədəbiyyatda[redaktə | mənbəni redaktə et]

Hamlet Əsədov bir şeirində yazır:

Qanlı gədik, burda bir vaxt qan düşüb,
Neçə igid vurulub atdan düşüb,
Dildən-dilə indi bu dastan düşüb:
Bir igidin al qanıdır hər lalə,
O vaxtdandır qəmli axır şəlalə.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, «Elm», 1966. s.126
  3. Məmmədov N. Azərbaycanın yer adları (oronimiya), Bakı, «Azərnəşr», 1993. s.39