Qanmen (ing. The Gunman) — rejissor Pera Morelya tərəfindən çəkilmiş triller-döyüş janrında filmdir. Film Jan-Patrik Manşetin romanının motivləri əsasında ekranlaşdırılmışdır. Filmdə baş rolları Şon Penn və İdris Elba ifa etmişdirlər. Filmin premyerası ABŞ-də 20 mart 2015-ci ildə,[2][3] Rusiyada isə 18 iyun 2015-ci ildə baş tutmuşdur.[4]
Qanmen | |
---|---|
ing. The Gunman | |
Janr | triller filmi, döyüş filmi, cinayət filmi, roman ekranlaşdırması[d] |
Rejissor | Pera Morelya |
Prodüserlər |
Endrü Rona Coel Silver Adrian Herra Piter Makalis |
Ssenari müəllifləri |
Roman: Jan-Patrik Manşet Adaptasiya: Pit Trevis Don Makferson |
Baş rollarda | |
Operator | Flavio Martinez Labiano |
Bəstəkar | Marko Beltrami |
İstehsalçılar | StudioCanal[d], Canal+ |
Distribütor | Open Road Films[d], Netflix |
İlk baxış tarixi | 2015 |
Müddət | 117 dəq. |
Büdcə | 40 mln. $[1] |
Gəlir | 24 177 137 $[1] |
Ölkələr | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Barselona |
IMDb | ID2515034 |
Cim Terrye yüksək peşəkarlığa malik beynəlxalq muzdlu qatildir. Keçmişdə Konqonun Neft nazirinə qarşı sui-qəsddə əli olduğuna dair dəlillər tapıldığına görə casusluq peşəsini atan Cim artıq Afrika qəsəbələrini içməli su ilə təmin edən təşkilatda işləyir. Lakin keçmiş rəhbərliyi cinayətdə rolu olduğuna görə ondan əl çəkmir və yerini öyrənir. Cim adını təmizə çıxartmaq qərarına gəlir. Barselonadakı sevgilisinin yanına qayıdır, lakin onu şəhər-şəhər axtarmalı olur. Lakin ağlına gətirmədiyi bir şey var — sevgilisini ona qarşı istifadə etmələri. Çünki təqib olunduğu ərəfədə keçmiş tərəfdaşı Feliksə müraciət edir. Lakin Feliksin öz məqsədi var — Cim onun həyatından çıxmalıdır. Çünki ikisi də Ennini sevir. Beləliklə, Cim hamıya qarşı mübarizəyə başlamalı olur.