Şon Penn

Şon Penn (ing. Sean Justin Penn; 17 avqust 1960[1][2][…], Santa-Monika, Kaliforniya[3])—Amerika aktyoru və kinorejissoru.

Şon Penn
ing. Sean Penn
Doğum adı Sean Justin Penn
Doğum tarixi 17 avqust 1960(1960-08-17)[1][2][…] (64 yaş)
Doğum yeri
Həyat yoldaşı
Partnyorları
Fəaliyyəti kino aktyoru, kinorejissor, ssenarist, film prodüseri, teatr aktyoru, televiziya aktyoru, aktyor, siyasi fəal[d], səsləndirmə aktyoru[d], rejissor
Fəaliyyət illəri 1974-cü ildən
Təhsili
  • Santa Monika Kolleci[d] (1920–),
  • Santa-Monika Ali Məktəbi[d]
Boyu 1,73 m
Mükafatları Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeni
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı
IMDb ID0000576
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hollivudun ən istedadlı aktyorlarından olan Şon Pennin yəqin, qazanmadığı mükafat yoxdur. Dünyanın ən prestij festivalları sayılan Oskar, Kann, Venesiya, Berlin kimi festivalların mükafatlarını qazanıb. Həm aktyor kimi, həm də rejissor kimi uğurları saysız hesabsızdır.

Bu aktyor mədəniyyət dünyasının ən dəlisov, ən çılğın insanlarından biri kimi tanınır. O gah küçədə şəklini çəkmək istəyən paparazzini tutub təpiyin altına salır, gah arvadını döyür, gah hökuməti söyür. Hətta Oskar təltifetmə mərasimində qazandığı mükafatdan dolayı ona söz verilərkən, Akademiya üzvlərinə ağzına gələni demişdi.

Amerika qəzetlərində Şon Pennlə bağlı tez-tez belə məlumatlara rast gəlmək olar: "Şon Penn yenə məhkəməlik oldu", "Şon Penn yenə müttəhimlər kürsüsündə", "Penn arvadını yumruqlayıb" və s. və i.

Hətta elə vaxtlar olub ki, Penn məhkəmə salonlarını tərk etməyib, bir istintaqın dalınca, o biri gəlib.

1985–89-cu illər dönəmində Madonnayla evli olarkən Penn medianın ən sevimli personajı idi. Qəzet manşetlərində "Əri Madonnanı yenə döydü" sözləri tez-tez yazılırdı.

Siyasi düşüncələri

[redaktə | mənbəni redaktə et]

2002-ci ildə Penn "The Washington Post" qəzetinə külli miqdarda pul ödəməklə Amerikanın o dövrkü prezidenti Corc Buşa açıq məktub yazdı. Məktubda Amerika ordusunun İraqa girməsini və hökumətin siyasətini kəskin şəkildə tənqid edirdi.

11 sentyabr hadisələrindən 1 il sonra Penn bütün dünyanı özünün rəhbəriyi altında çəkilən yeni filmi ilə təəccübləndirdi. "11 sentyabr"ı amerikalılar antiamerika ovqatında çəkilmiş film hesab elədilər və buna görə Penn çox ciddi şəkildə tənqid olundu. 11 sentyabr" filmini 11 sentyabr hadisələri əsasında dünyanın müxtəlif ölkələrindən olan 11 rejossor çəkib. Hər rejissor 11 dəqiqədən ibarət qısametrajlı film lentə alıb, bu filmlər birləşərək tammetrajlı film əmələ gətirir. Filmin ideya müəllifi təbii ki, Şon Penndir. Ən qalmaqallı hissəni də məhz o çəkib.

Onun filminin qəhrəmanı əkiz göydələnlərin yaxınlığında yaşayan qoca dul kişidir. Göydələnlərin uçmasından sonra qocanın evinə pəncərələrdən işıq düşür və birdən-birə dibçəklər çiçəkləyir. Əvvəllər göydələnlər günəş şüalarının qarşısını kəsirdi, indi isə otağa par-par parıldayan günəş şüaları dolur, qoca sevincindən ağlayır…

Atyor
Rejissor
Ssenarist
  1. 1 2 Sean Penn // Internet Broadway Database (ing.). 2000.
  2. 1 2 Sean Penn // filmportal.de. 2005.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #129660833 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]