Qantiadi kilsəsi

Qantiadi kilsəsi (gürc. განთიადის ეკლესია, translit. Qantiadis eklesiya) — Gürcüstan Respublikası əraziləri daxilində de-fakto müstəqil olan Abxaziya Respublikasının Qaqra rayonunun Qantiadi şəhər tipli qəsəbəsində VI əsrə aid gürcü ortodoks kilsəsi. Kilsə VIII–X əsrlərdə tez-tez sökülmüş və yenidən tikilmişdir. Kilsə 1576-cı ildə Osmanlı imperiyasının regionu işğal etməsi zamanı qismən dağıdılmışdır. Bu, AbxaziyaGürcüstandakı ən qədim kilsələrdən biridir. Mövcud abidənin sadəcə basilika hissəsi bu günə kimi qalmışdır.

Pravoslav ortodoks
Qantiadi kilsəsi
gürc. განთიადის ეკლესია
Din
İlahi gücü  gürcü ortodoks kilsəsi
Yerləşməsi
Ölkə  Gürcüstan
Bölgə Abxaziya
Şəhər Qantiadi
Memarlıq
İnşa tarixi VI əsr
Dövrü  orta əsrlər
Tikdirəni  I Yustinian
Üslubu Bizans memarlığı
Dağılıb  1576 (qismən)
Vəziyyəti  Fəaliyyət göstərmir
Qantiadi kilsəsi xəritədə
Qantiadi kilsəsi
Qantiadi kilsəsi

Kilsə üç naflı bir basilikadır. Ortamiqyaslı əhəngdaşlarıyla tikilmiş bu kilsənin üç apsidası var.

Mütəxəssislər iddia edilər ki, kilsə Bizans imperatoru I Yustinianın buyruğuyla xristianlığı qəbul edən abaza və abxaz tayfaları üçün inşa edilmişdir. Bazilikanın xarabalıqlarında üzərində yunan unisial yazıları olan başdaşının bir fraqmenti tapılmışdır. Ehtimal olunur ki, bu yazılar Abxaziyanın klerikal və ya dünyəvi bir əyanının başdaşına aiddir. Dəfn edilən şəxsin adı itmişdir. Yazılar VI əsrə təsadüf edir.

XX əsrin əvvəllərində knyaz Olderburqlu Petroviç çalışır ki, kilsədə bərpa işləri aparsın. Kilsədə qazıntı işləri sovet dövründə aparılmışdır.

  • R. Rcheulishvili, V. Jaoshvili. Gürcüstan Sovet Ensiklopediyası (gürcü) (2). Tbilisi. 1977. səh.  680.