Qapıdaşqaya dağ silsiləsi — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ silsiləsi. Küküçayla Naxçıvançayın arasında yerləşir. Dağların çoxu sıldırım yamaclıdır. Dərələyəz silsiləsinin suayırıcısındakı Keçəldağ zirvəsindən (3118,9 m) cənub-şərqə ayrılan Təklə qolunun cənub-qərbə istiqamətlənmiş eyniadlı şaxəsinin qurtaracağına cavab verir. Naxçıvançayın İşgəsuçay və Qışlaqçay sağ qollarının suayrıcısıdır. Uzunluğu təqribən 12 km-dir. Ən yüksək zirvəsinin hündürlüyü 2285,6 m-dir. Orta və Üst Eosenin çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş diaklinal morfostruktur əmələ gətirir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid edilir. Geoloji quruluşunda bir sıra antiklinal və sinklinal qırışıqlar, həmçinin müxtəlif istiqamətli fay və fay-yerdəyişmə qırılmaları müşahidə olunur.[1]
Qapıdaşqaya dağ silsiləsi | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1782 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |