Xarxat dağı

Xarxat dağı - Ordubad rayonu ərazisində dağ (hünd. 2378,1 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Xaşlıdağ yüksəkliyindən (hünd. 2689,8 m) cənub-qərbə ayrılan eyniadlı qolun suayırıcısında, Kilit kəndindən 2 km  şimalda zirvə. Alt Eosenin İpr mərtəbəsinə aid Arısu lay dəstəsinin çökmə süxurlarının Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qranodiorit, adamellit və qranitlərilə təmas zolağında yerləşən günbəzvari yüksəklikdir. İntruziyadan ayrılan maqmatik flüidlərin ətraf çökmə süxurlara kontakt təsiri nəticəsində sonuncularda epidot-qranat tərkibli zolaqlı skarnlar müşahidə edilir. Tektonik cəhətdən Zəngəzur qalxma zonasının cənub-qərb cinahında yerləşir.[1]

Xarxat dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Dağ silsiləsi Zəngəzur dağları
Mütləq hündürlüyü 2378 m
Yerləşməsi
38°53′57″ şm. e. 46°07′21″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Vilayət
Xarxat dağı xəritədə
Xarxat dağı
Xarxat dağı

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.