Qurddağ — Azərbaycanın Babək rayonu ərazisində dağ. Naxçıvan çökəkliyinin şimal-şərq hissəsində yerləşir (hünd. 1319,0 m). Naxçıvan çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin suayırıcısında zirvə. Tirəni eninə kəsən Sirabçayla Qahabçayın arasında, Sirab kəndindən 3 km şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit və kvarslı andezit tərkibli ekstruziv günbəzdir. Cənub-qərb yamaclarında iki daha kiçik eynitərkibli maqmatik kütlə açılır, həmçinin şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılma pozulmaları izlənilir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında müşahidə edilən Sirab sinklinalını şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik fay qırılmasının yatan qanadında yerləşir.[1]
Qurddağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1319 m |
Yerləşməsi | |
40°54′21″ şm. e. 47°16′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Vilayət | |
|