Qaqarin abidəsi (Moskva)

Qaqarin heykəli (Moskva)

Qaqarin heykəli
Памятник Гагарину Ю.А.
Map
Ölkə Rusiya Federasiyası
Yerləşir Moskva
Ünvan Lenin prospekti, Qaqarin meydanı
Heykəltaraş P.İ. Bandarenko
Tikilib 4 iyul 1980
Hündürlüyü 42,5 m.
Material Titan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Heykəltəraş Pavel Bondarenkonun əsəri olan Yerin ilk kosmonavtı Yuri Qaqarinin heykəli 4 iyul 1980-ci ildə Moskvada, Lenin prospektindəki eyni adlı meydanda ucaldılmışdır. Abidə kosmik gəmilərin inşasında istifadə olunan metaldan — titandan hazırlanmışdır. Müəyyən edilmiş mədəni irs obyekti statusuna malikdir[1].

Təsviri[redaktə | mənbəni redaktə et]

Abidə 1980-ci ildə Moskvada Olimpiya Oyunları üçün Lenin prospektindəki Qaqarin meydanında ucaldılmışdır[2]. Abidənin müəllifləri heykəltaraş Pavel Bondarenko, memarlar Yakov Belopolski və Fyodr Qajevski, konstruktor Aleksey Sudakovdur[3]. Yuri Qaqarinin titandan hazırlanmış heykəli hündür yivli postament üzərində quraşdırılmışdır. Abidənin hündürlüyü 42,5 metr, ümumi çəkisi 12 tondur[2]. Abidənin ətəyində, Yuri Qaqarinin 12 aprel 1961-ci ildə kosmosa ilk uçuşunu həyata keçirdiyi "Vostok" gəmisinin eniş aparatının eynisi vardır[3].

Abidənin ucaldılacağı yer təsadüfən seçilməmişdir — Yuri Qaqarin kosmosa ilk uçuşunun nəticələri haqqında Sov.İKP MK-aya məlumat vermək üçün, "Vnukovo" hava limanından çıxıb Lenin prospekti ilə şəhərə daxil omuşdu[4]. 1960-cı ilə qədər indiki Qaqarin Meydanı Moskva sərhədi idi. Memarların planına görə, abidə Moskva dairəvi avtomobil yolundan görünməli idi[2]. Hesab edilir ki, abidə hər hansı bir istiqamətdə köçürülərsə müəllifin niyyəti pozulacaq.

Müəlliflər kömək üçün Ümumittifaq Elmi-Tədqiqat Aviasiya Materialları İnstitutunun (ÜETAMİ) mütəxəssislərinə müraciət etmişlər. Mütəxəssislər heykəl üçün texnoloji cəhətdən ən inkişaf etmiş metal kimi, parlaq bir səthə və məqbul rəng tonuna malik titan tökmə ərintisi VT5L-ni tövsiyə etdilər. Bundan əlavvə, ÜETAMİ-nin mütəxəssisləri xüsusi texniki şərtlər hazırladılar. Verxnesaldinskiy Metallurgiya İstehsalat Birliyinə aşağı oksigen (0,12 %) tərkibli VT5L ərintisindən külçələr göndərilmişdi.

Abidə ən qısa müddətdə Balaşixa Döküm və Mexanika Zavodunda hazırlanmışdır: sifariş üzərində iş 1979-cu ildə başlamışdır. Titan heykəl, boltlarla birləşdirilib qaynaqlanan 238 tökmə seqmentdən yığılmışdır. Ən böyük problemlər ən iri seqmentin — kosmonavtın üzünü hazırlayarkən ortaya çıxdı. Onun kütləsi 300 kq idi ki, bu da vakuum sobasında bir ərimə üçün icazə veriləndən daha çox idi. Heykəl, dünyada titandan tökülmüş ilk iri ölçülü abidə oldu[2][5].

Qaqarinin fiquru yüksəkliyə doğru yönəldilmişdir. Yüksək yivli postament kompozisiyanın ən vacib hissəsidir və kosmik raketin buraxılmasını simvollaşdırır[6]. Abidənin üzərindəki yazı belədir:

"12 aprel 1961-ci ildə Sovet kosmik gəmisi "Vostok" göyərtəsində bir nəfərlə Yer kürəsi ətrafında dövrə vurdu. Kosmosa ilk girən şəxs Sovet Sosialist Respublikaları İttifaqının vətəndaşı Yuri Alekseyeviç Qaqarindir"

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Литейно-механический завод // Подмосковная Балашиха: Город. Люди. История / Коллектив авторов под руководством А. В. Рогачёва: Н. Б. Ефимочкина, Н. С. Любимов, С. Г. Нелипович, Т. С. Никулина, М. А. Чернова, Д. Б. Шустова; Отв. ред. В. Бармин. — М.: АСТ-ПРЕСС, 2000. — С. 69. — 192 с. — 5000 экз. — ISBN 5-7805-0720-1.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Памятник Гагарину Ю.А." reestr.answerpro.ru. 2012-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-28.
  2. 1 2 3 4 "Титан из Подмосковья". ivanovo.kp.ru. 2013-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-01.
  3. 1 2 "Памятник Гагарину в Москве может рухнуть". newsru.com. 2003-01-29. 2014-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-01.
  4. "Памятник Гагарину". 2011-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-30.
  5. "Искусство литья в XX веке". uzcm.ru. 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-01.
  6. "Памятники Москвы. Памятник Ю. А. Гагарину на Проспекте Ленина". 2011-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-23.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]