Qaqauziyanın Başqanı — Qaqauziyada ali icra vəzifəsinin adı. Vəzifə 23 dekabr 1994-cü il tarixli 344-XIII saylı Qaqauziyanın hüquqi stattusu haqqında qanunun 14-cü maddəsinə əsasən təsis edilib. Ona bölgənin bütün hakimiyyət orqanları tabedir. Başqan ümumi, bərabər, birbaşa, gizli və azad səsvermə ilə dörd il müddətinə seçilir. Eyni şəxs iki dəfədən artıq başqan seçilə bilməz. O Moldova vətəndaşı olmalı, yaşı 35-dən yuxarı olmalı və qaqauz dilini bilməlidir.
Başqan Moldova prezidentini tərəfindən hökumət üzvü təsdiq edilir. Başqanın Qaqauziya ərazisində məcburi olan sərəncamlar vermək hüququ vardır.