Komrat Respublikası


Tarixi dövlət
Komrat Respublikası
( Qaq: Komrat Respublikası )
Bayraq
Bayraq
 

Paytaxt Komrat
Rəsmi dilləri qaqauz dili
Dövlət dini pravoslavlıq
İdarəetmə forması Yerli özünüidarəetmə
 • 19061906 Andrey Qalatsan

Komrat Respublikası — 6 yanvar 1906-cı ildə Birinci Rusiya inqilabı dövründə Bender uyezdinin kəndliləri tərəfindən elan edilmiş respublika.

1905-ci ildə baş vermiş Rusiya inqilabından sonra Bessarabiyada hökumət qüvvələri ilə kəndlilər arasında toqquşmalar başladı. Xarkov Texnologiya İnstitutunun tələbəsi eser Andrey Qalatsan Bender uyezdinin Komrat kəndində yeraltı təşkilat yaradır. Qalatsan öz tərəfdarları ilə birlikdə insanları mövcud hakimiyyəti devirməyə, mülkədarların torpaqlarını müsadirə etməyə çağırırdı.[1][2] Nəticədə o həbs olunur bu isə öz növbəsində yerli əhalinin etirazlarına səbəb olur. [1][2][3]

6 yanvar 1906-cı ildə Komratda iğtişaşlara səbəb olmuş mitinq baş tutdu. Həbs edilmiş Qalatsanın tərəfdarları pristavı, bir zabiti və yerli hakimiyyətin bir neçə təmsilçilərini həbs etdilər. Etirazçılar Komrat Respublikasının qurulduğunu elan edib Qalatsanın rəhbərlik etdiyi yerli özünüidarəetmə komitəsi qurdular. Komitənin ilk qərarı bütün vergilərin və borcların ləğvi eləcə də mülkədarların bütün torpaqlarının kəndlilərə paylanılması oldu.[3]

10 yanvar 1906-cı ildə "Russkoe slovo" qəzetinin müxbiri xəbər verirdi ki: " 10 min əhalisi olan Komrat üsyançıların əlindədir. Muxtariyyət elan olunub. Hökumət ləğv edilib təmsilçiləri həbs olunub. Draqunlar gücsüzdürlər. Dünən ora yola çıxmış vitse-qubernator ora ikinci eskadronun da göndərilməsini istəyir. [3]

6 gün sonra üsyan yatırılır. Nəticədə Qalatsan və digər üsyançılar Sibirə katorqaya göndərildilər [3] daha 40 nəfər isə həbs olundular.

Komrat Dövlət Universitetinin yerləşdiyi küçə Andrey Qalatsanın adını daşıyır. [4].

  1. 1 2 "В фокусе. 107 лет назад в Буджаке была провозглашена Комратская республика". 20 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2015.
  2. 1 2 "Гагауз-инфо. 106 лет назад была провозглашена Комратская республика". 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-08.
  3. 1 2 3 4 "История Гагауз. Влияние русской революции 1905—1907 на Бессарабию". 19 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2015.
  4. "Страница контактов КГУ". 23 iyun 20173 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2015.