Qara-Qırğız Muxtar Vilayəti (rus. Кара-Киргизская АО) — Orta Asiyasiyadakı Sovet vilayətlərindən biri idi. 14 oktyabr 1924-cü ildə Rusiya Sovet Federativ Sosialist Respublikası daxilində qurulmuşdur.
Tarixi dövlət | |
Qara-Qırğız Muxtar Vilayəti | |
---|---|
|
|
Paytaxt | Bişkek |
Ərazisi |
|
Əhalisi |
|
14 oktyabr 1924-cü ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin (ali qanunverici orqan) Mərkəzi Asiyada milli-ərazi bölgüsü haqqında qərarından sonra Stalin regionda sovet respublikalarının xəritəsini çəkməyə başlayıb. Moskvanın qərarı ilə RSFSR tərkibində Qara-Qırğız muxtar vilayəti yaradılıb. Muxtar vilayət 2 il sonra muxtar respublikaya, 1936-cı ildə isə SSRİ-nin subyekti kimi Qırğızıstan SSR-ə çevrildi. Eyni gündə Özbəkistan SSR tərkibində Tacikistan MSSR yaradılıb. 1929-cu ildə muxtar respublika Tacikistan SSR-ə çevrildi. Bir qədər sonra (27 oktyabr) Türkmənistan SSR yaradıldı.[3]