Qara İbrahim Paşa (ö. iyul 1676) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.
Qara İbrahim Paşa | |
---|---|
Əvvəlki | Qaraqaş Əli Paşa |
Sonrakı | Canpoladzadə Hüseyn Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi |
Doğum tarixi haqqında məlumat yoxdur. Əslən boşnak olub, Əndərunda təlim-tərbiyə edildikdən sonra saray katibi olaraq xidmət etməyə başladı. Ardından tərsanə əmini oldu. Bu vəzifədə ikən 60 gəminin qısa zamanda hazırlanması ilə sədrəzəm Körpülü Mehmed Paşanın diqqətini cəlb etdi. Belə ki, paşanın vəfatından sonra 1661-ci ildə sədarətə gətirilən oğlu Fazil Əhməd Paşaya kəndxuda olaraq xidmətə başladı. Ardından 1668-ci ilin sentyabrında vəzir rütbəsiylə Hələb, 1670-ci ilin yanvarında Misir, 1673-cü ilin iyununda Şam, 1674-cü ildə yenidən Hələb bəylərbəyi olub, Babadağı mühafizəsi ilə vəzifələndirildi. Bu vəzifədə ikən 1676-cı ilin iyulunda Dunay çayı sahilində vəfat etdi. Herseq sancağında öz adına məscid, mədrəsə və çeşmələr, Çorlu və Gəbzədə bir çox yerdə çeşmələr inşa etdirmişdir.