Qara Dəniz Taxıl Təşəbbüsü

Qara Dəniz Taxıl Təşəbbüsü (ing. Black Sea Grain Initiative) TürkiyəBirləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə 2022-ci il iyulun 22-də RusiyaUkrayna arasında imzalanmış sazişdır. Bu saziş Rusiyanın Ukraynaya hərbi təcavüzü ərzində Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasını nəzərdə tutur.[1]

Qara Dəniz Taxıl Təşəbbüsü
Black Sea Grain Initiative
Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasına dair təşəbbüs
İmzalanma tarixi 22 iyul 2022- indiyədək
İmzalanma yeri İstanbul, Türkiyə
İmzalayanlar Ukrayna
Rusiya[a]
Türkiyə
Birləşmiş Millətlər Təşkilatı
Məqsədi Taxıl, həmçinin əlaqədar qida məhsulları və gübrələrin ixracını təmin etmək

2022-ci ilin fevral ayında Rusiyanın Ukraynaya hücumu əvvəllər Qara dəniz vasitəsilə əsas taxıl ixracatçısı hesab edilən Ukraynadan dənizlə taxıl daşımalarının tamamilə dayanmasına səbəb oldu. Bu hal dünyada ərzaq qiymətlərinin bahalaşması ilə nəticələnməklə yanaşı, aşağı gəlirli ölkələrdə mümkün aclıq təhlükəsinin yaranmasına dair narahatlıqlara yol açdı. Meydana gəlmiş problemi həll etmək üçün həmin ilin aprel ayında Qara dənizdə dəniz marşrutlarına nəzarət edən Türkiyənin ev sahibliyi və BMT-nin dəstəyi ilə müzakirələr başladı. Nəticədə 22 iyul 2022-ci il tarixində İstanbulda saziş imzalandı. Razılaşmanın qüvvədə olma müddəti ilkin olaraq 120 gün müəyyənləşdirilmişdi. İstanbul sazişi 2022-ci il ərzaq böhranının həll edilməsi üçün müəyyən limanlardan taxılın təhlükəsiz ixracı istiqamətində mexanizm formalaşdırdı. Sazişin icrası istiqamətində Türkiyədə BMT-nin də katiblik qismində iştirak etdiyi "Birgə Koordinasiya və Təftiş Mərkəzi" yaradıldı.

İlkin müqavilənin müddətinin 19 noyabr 2022-ci il tarixində başa çatmasına dair razılıq əldə edilmişdi. Buna baxmayaraq, Rusiya Qara dənizin digər bölgələrində hərbi gəmilərinə qarşı pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilmiş hücuma reaksiya olaraq müqavilədə iştirakını bir neçə gün müddətinə dayandırdı, lakin müxtəlif tərəflərin vasitəçi missiyasından sonra yenidən sazişin icrasına qayıtdı.[2] 17 noyabr 2022-ci il tarixində BMT və Ukrayna razılaşmanın daha 120 gün müddətinə uzadıldığını elan etdilər.[3] 2023-cü ilin mart ayinda Türkiyə və BMT səyləri nəticəsində müqavilənin müddətinin ən azı 60 gün ərzində 2-ci dəfə uzadılmasına nail olduqları barədə məlumat yaydılar.[4] 2023-cü ilin may ayında müqavilə yenidən 18 iyul tarixinə qədər 60 gün müddətinə uzadıldı.[5]

Saziş imzalandığı gündən 2023-cü ilin may ayının ortalarına qədər Ukrayna limanlarından 950-dən çox gəmi vasitəsilə 40-dan artıq ölkəyə 30 milyon tondan çox taxıl və digər ərzaq məhsulları daşınması həyata keçirilib.

Arxa plan[redaktə | mənbəni redaktə et]

Rusiyanın Ukraynaya təcavüzünün də qismən təsir etdiyi ərzaq qiymətlərinin qlobal miqyasda kəskin bahalaşması prosesi səbəbindən 2022-ci ildə dünyada təxminən 47 milyon insanın kəskin aclıq fenomenindən əziyyət çəkdiyi təxmin edilirdi. Taxıl və yanacaq idxalından kəskin asılı olan Afrika, AsiyaLatın Amerikasında yerləşən inkişaf etməkdə olan ölkələr sözügedən müharibədən daha çox zərər görmüşlər.[6]

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, Ukrayna hər il qlobal bazara 45 milyon tondan çox taxıl ixrac etməklə dünyanın aparıcı taxıl ixracatçıları sırasında qərarlaşıb.[7] BBC-nin məlumatına görə, Ukraynanın liman şəhəri olan Odessada müharibənin meydana gətirdiyi ixrac problemləri səbəbindən təqribən 20 milyon ton taxıl yığılıb qalıb.[8] Ukraynanın demək olar ki, bütün buğda, qarğıdalıgünəbaxan yağı kimi əmtəələri münaqişədən əvvəl Qara dəniz limanları vasitəsilə ixrac edilirdi. Razılaşmadan əvvəl bəzi limanların infrastrukturu müharibə nəticəsində zərər görmüş halda, bəziləri isə Rusiyanın nəzarətində idi. Digər bir qism limanların ərazisi isə minalanmış vəziyyətdə idi.[9] Mina təmizləmə işlərinin genişmiqyaslı olması və bunun Rusiyanı limanlara hücum etməyə təşviq etmə ehtimallarını nəzərə alaraq əvvəl Ukrayna hökuməti sulardakı minaları təmizləməkdə maraqlı deyil idi.[10]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]


Sitat səhvi: <ref> tags exist for a group named "lower-alpha", but no corresponding <references group="lower-alpha"/> tag was found

  1. "Joint Coordination Centre opens in Istanbul to facilitate safe export of commercial foodstuffs and fertilizers from Ukrainian ports". reliefweb.int (ingilis). United Nations Office for the Coordination of Humanitarian Affairs. 27 July 2022. 31 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2022.
  2. "Russia returns to Black Sea grain deal in sudden U-turn". Reuters (ingilis). 2022-11-02. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-02.
  3. "Ukraine, UN Announce Grain Deal Extension". The Moscow Times. November 17, 2022. November 18, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 17, 2022.
  4. Erkoyun, Ezgi. "Turkey says it is working to renew Black Sea grain deal". Reuters (ingilis). 5 March 2023. 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  5. "Russia confirms Black Sea grain deal renewed for two months". Reuters (ingilis). 2023-05-17. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-17.
  6. Watson, Cameron. "Metis Insights: Black Sea Grain Initiative Analysis". channel16.dryadglobal.com (ingilis). Dryad Global. 26 July 2022. 1 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2022.
  7. "Black Sea grain exports deal 'a beacon of hope' amid Ukraine war - Guterres". UN News (ingilis). 22 July 2022. 1 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2022.
  8. "Food crisis: Ukraine grain export deal reached with Russia, says Turkey". BBC News. 22 July 2022. 1 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2022.
  9. Youssef, Nancy. "Mines, Port Damage Threaten Revival of Sea Route for Ukraine Grain". Wall Street Journal. 2 July 2022. 1 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2022.
  10. Boffey, Daniel. "Plan to ship grain out of Ukraine dealt blow due to mines". The Guardian (ingilis). 7 June 2022. 1 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2022.