Qara Mustafa Paşa (ö. 1626) — I Mustafa və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.[1]
Qara Mustafa Paşa | |
---|---|
osman. قره مصطفى پاشا | |
Əvvəlki | Silahdar İbrahim Paşa |
Sonrakı | Çeştəçi Əli Paşa |
Əvvəlki | Çeştəçi Əli Paşa |
Sonrakı | Bayram Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVI əsr |
Vəfat tarixi | |
Vəfat yeri | Misir əyaləti, Osmanlı imperiyası |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Fatma Sultan |
Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Əndərunda yetişdikdən sonra sarayda bərbər olaraq çalışmışdır. Ardından Sultan Mustafa səltənətində baş miraxur, 1623-cü ildə isə yeniçəri ağası təyin edildi.1623-cü ildə qısa müddətliyinə Misir bəylərbəyi oldu. Ardından 1624-cü ildə vəzir rütbəsi alaraq yenidən Misir bəylərbəyliyinə yüksəldi. 1625-ci ildə İstanbula gəldi və Sultan Əhmədin qızı Fatma Sultanla nigahlandı. Ancaq Misir əhalisindən gələn şikayətlərin ardından 1626-cı ildə Sultan Murad tərəfindən edam edildi.