Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qara Teyfur oğlu Mustafayev (25 dekabr 1931 – 8 oktyabr 2018) — məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiri.
Qara Mustafayev | |
---|---|
Qara Teyfur oğlu Mustafayev | |
Doğum tarixi | |
Doğum yeri | Kürdəmir, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | biologiya |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Elmi adları |
alim professor |
İş yeri | Bakı Dövlət Universiteti |
Təhsili | Azərbaycan Dövlət Universiteti Biologiya fakültəsi |
Mükafatları |
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü |
25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olub. 1954-cü ildə ADU-nun biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1954–1957-ci illərdə aspiranturada təhsil alıb. 1958-ci ildə elmlər namizədi (1958) və elmlər doktoru (1985) alimlik dərəcələrini və sonra professor elmi adını alıb. 1958–1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960–2018-ci illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsində çalışmışdır.
Bu müddətdə o baş müəllim, dosent, dekan müavini, dekan, professor vəzifələrində çalışıb, 1992-ci ildən "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiridir. Elmdə və təhsildəki xidmətlərinə görə o 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunmuş, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilmiş və "Şöhrət Ordeni"nə layiq görülmüşdür. 3 övladı, 7 nəvəsi var idi.
Qara Mustafayev 2018-ci il, 8 oktyabrda vəfat etmişdir.
1954-cü il, ADU-nun biologiya fakültəsi 1958-ci il, biologiya elmləri namizədi, "Azərbaycanda Corvidae fəsiləsinə aid quşların ekologiyası", 1985-ci il, biologiya elmləri doktoru, "Azərbaycan quru sahə ekosistemlərinin quşları"
1958–1960, AMEA-nın Zoologiya İnstitutu, elmi işçi; 1960-cı ildən 1992-ci ilə qədər Bakı Dövlət Universiteti, baş müəllim, dosent, dekan müavini, dekan, professor. "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiri, 1992-ci ildən indiyə kimi Apardığı dərslər: Ekologiya, Azərbaycan faunası, Onurğalı heyvanların ekologiyası, Onurğalılar zoologiyası, Ornitologiya və s. Çoxlu sayda elmi və tədris-metodiki işin müəllifidir, o cümlədən: 600-dən çox məqalə 65 kitab, onlardan 15 monoqrafiya, 14 dərslik, 28 dərs vəsaiti, 5 telefilm və s. 9 elmlər namizədi və 2 elmlər doktoru yetişdirib. 18 yeni elmi konsepsiya irəli sürmüş, "biotik əlaqələr" adlı təbii qanun kəşf etmişdir. 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplomatlar, digər mükafat və qiymətli hədiyyələrlə təltif olunub. Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür, Həsən Əliyev adına mükafata və "Şöhrət Ordeni"nə layiq görülüb.
Ornitologiya və ekologiya. Tədqiqatlarında bu elmin müxtəlif elm sahələri ilə inteqrasiyasına üstünlük verir. BEYNƏLXALQ SEMİNAR,
20-dən çox ölkədə keçirilmiş 60-dan çox Beynəlxalq və respublika səviyyəli konfrans və konqreslərdə iştirak etmiş, məruzələrlə çıxışlar etmişdir, o cümlədən: 1962–1985-ci illər, Keçmiş SSRİ II–VIII Zoocoğrafi konfranslarda; 1962–2005-ci illər, Keçmiş SSRİ Ornitoloji konfranslarda; 1973–1985-ci illər, Keçmiş SSRİ III–VI herpetoloji konfranslarda; 1978-ci ildə, Aşqabadda BTQI-nin XIV baş məclisində iştirak edib; 1982-ci ildə, Moskvada XVIII Beynəlxalq Ornitoloji Konqresdə; 1986-cı ildə, Moskvada keçmiş SSRİ ornitoloji cəmiyyətinin təsisçilərindən biri olub; 2007-ci ildə, Stavropolda "Qafqazın quşları" adlı Beynəlxalq konfransda; 2008-ci ildə, "Heydər Əliyev-85" adlı Beynəlxalq konfransda iştirak etmişdir.
5 (beş) Dövlət və Beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etmişdir. O cümlədən: Şimal neft kəmərinin ətraf mühitə təsiri; Qərb neft kəmərinin ətraf mühitə təsiri; Bakı-Böyükkənd dəmir yolu ilə neft daşınmasının ətraf mühitə təsiri; Ələt-Astara avtomobil magistralının ətraf mühitə təsiri; Səngəçal terminalı sahəsində quşların nöqtəvi üsulla monitorinqində iştirak etmişdir.