Qarabatdaq balıqçılığı

Yaponiyada qarabatdaq balıqçılığı.

Qarabatdaq balıqçılığı – kiçik çaylarda balıq tutmaq üçün istifadə olunan ənənəvi metod.[1] Əsasən YaponiyaÇində yayılmışdır.[1] Bu metodda xüsusi təlim keçilmiş qarabatdaqın köməyin istifadə olunur.[1]

Yaponiyada qarabatdaq balıqçılığı ukay (鵜飼?) adlanır.[1] Yaponiyada bu cür balıqçılığın tarixi VII–VIII əsrlərə gedib çıxır.[1] Ən məşhur qarabatdaq balıqçılığı yeri Gifu prefekturasının Naqara çayıdır.[1] Burada 1300 ildən çoxdur ki, qarabatdan balıqçılığı metodu ilə balıq tuturlar.[2] Oda Nobunaqa bu çayda ukay metodu ilə tutulmuş ayunu elə bəyənmişdi ki, bu metodla balıq tutan yüzlərlə balıqçıya uşo titulu vermişdir.[2]

Qarabatdaq balıqçıları may–oktyabr aylarında kiçik qayıqlara minib çay axını boyunca hərəkət edirlər.[1] Adətən bir qayıqda iki balıqçı və iki qayıqçı olur.[1] Balıqları cəzb etmək üçün içində od olan vedrələrdən istifadə olunur.[1] Baş balıqçı onlarla qarabatdağı manipulyasiya edir, kiçik balıqçı isə onlardan dördünü və ya altısını 3,3 metr uzunluğunda olan kəndirlə bağlayır.[1] Qarabatdaqın boğazının aşağı hissəsinə xüsusi xalta bağlanır ki, quş tutduğu balığı uda bilməsin.[1] Qarabatdaq balıq tutanda balıqçı kəndiri çəkir və ovu götürür.[1] Daha sonra növbəti ov üçün quşu buraxır.[1]

Yaponiyada qarabatdaq balıqçılığı metodu ilə ayu, golyan balığı, Leuciscus leuciscus, karp kimi balıqlar ovlanır.[1] Lakin bu metod tor və qarmaq balıqçılığından daha az effektivdir.[1] Qarabatdaq balıqçıları ənənəvi geyimləri və unikal metodları ilə diqqət cəlb etdikləri üçün Yaponiyada turizm sənayesinin bir hissəsinə çevriliblər.[1] Hazırda Yaponiyanın 3 çayında ukay ənənəsi davam etdirilir: Naqara çayı (Gifu), Hici çayı (Ehime) və Mikuma çayı (Oita).[3]

Digər ölkələr

[redaktə | mənbəni redaktə et]

Şimali Makedoniya ilə Yunanıstan sərhədində yerləşən Doyran gölündə qarabatdaq balıqçılığı ilə balıq tutmaq ənənədir.[4] XVI–XVII əsrlərdə Fransaİngiltərə zadəganları bu metodla balıq tuturdular.[5]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Kodansha Encyclopedia of Japan
  2. 1 2 "The Japanese Seabirds Who Fish for the Emperor". Atlas Obscura (ingiliscə). 27 iyul 2020. 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2022.
  3. "Cormorant Fishing - 5 Spots To Witness A Treasured Fishing Tradition". Matcha (ingiliscə). 21 iyul 2017. 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2022.
  4. "Macedonian cities - Dojran". macedonia.co.uk. Macedonian Cultural and Information Centre. 2020-06-14 tarixində arxivləşdirilib.
  5. Beike, Marcus. "The history of Cormorant fishing in Europe" (PDF). Vogelwelt. 133. 2014: 1–21. 2020-08-16 tarixində arxivləşdirilib (PDF).