Qaraquş zəngçiçəyi (lat. Campanula karakuschensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin zəngçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd + 3c. Azərbaycanın nadir növüdür.
Qaraquş zəngçiçəyi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qaraquş zəngçiçəyi |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Çoxillik, hündürlüyü 5-10 sm olan bitkidir. Kökümsovlardan yarpaq və gövdə inkişaf edir. Gövdəsi kələ-kötür, dağınıq qövsşəkilli əyilən, yuxarıdan budaqlanandır, kökətrafı yarpaqları çoxsaylıdır, budaqlanandır, kökətrafı köhnə yarpaqlar bitkini bürüyür, yataq əmələ gətirir. Rozet yarpaqları kürəkvari və ya yumurtavaridir, kənarları iti dişcikli və ya təpəciklidir. Çiçəklərinin rəngi tünd–göydür. Tacı qıfvari-boruşəkillidir, xaricdən seyrək tükcüklərlə örtülmüşdür.
İyun-iyul aylarında çiçək açır, sentyabrda toxum verir. Kserofit bitkidir. Orta dağ qurşağından subalp dağ qurşağına qədər quru, daşlı, çınqıllı yamaclarda və töküntülərdə rast gəlinir. Dekorativ bitkidir.
Naxçıvanın dağlıq hissəsidir (Şərur rayonu – Qaraquş dağı və Kəngərli rayonu — Anabadgədik dağı ətrafı).
Antropogen və iqlim təsirlərinə məruz qalması populyasiyanın təbii ehtiyatını məhdudlaşdırır.
Əhali tərəfindən soğanaqlarının və çiçəklərinin kütləvi toplanmasıdır.
Arpaçay Dövlət Yasaqlığında yayıldığı ərazinin mühafizəsi üçün tədbirlər hazırlanmışdır. Reintroduksiyası tələb olunur.