Qaratəpə (Osmaniyyə)

Qaratəpə (türk. Karatəpə; het Azatiwataya) ― Türkiyənin cənubundakı Osmaniyyə ilində keçmiş Hett qalası və açıq hava muzeyi. Obyekt Ceyhan çayının sağ sahilindəki Tavr dağlarında yerləşir. Ərazi Qaratəpə-Aslandaş Milli Parkı daxilindədir.

Qaratəpə
Karatepe
37°17′44″ şm. e. 36°15′13″ ş. u.
Yer Osmaniyyə ili, Türkiyə
Tip Yaşayış məntəqəsi
Tarix
Mədəniyyətlər Hettlər
Yer qeydləri
Vəziyyəti Dağıntı
Qaratəpə xəritədə
Qaratəpə
Qaratəpə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bura Şərqi Anadoludan şimali Suriya düzənliyinə qədərki keçidi idarə edən qədim Kilikiya şəhəri idi. Şəhər ramızdan əvvəl 12-ci əsrin sonlarında Hett imperiyasının süqutundan sonra mühüm Neo-Hett mərkəzi olmuşdur. Ərazidə aşkarlanan tapıtılar arasında nəhəng tarixi lövhələr, heykəllər, ovçuluq və döyüş səhnələri təsvir olunmuş relyefi olan iki abidə qapısı və avarlı qayıq var.

Qaratəpə yazısı

[redaktə | mənbəni redaktə et]
KaratepeNVl6-8

Finikiya və Luvi dilində yazılmış e.ə. səkkizinci əsrə aid iki dilli kitabədə Adana krallarının Luvi dilində mu-ka-sa- (tez-tez "Moxos" olaraq göstərilmişdir), finikiya dilində isə mpš - Mopsos olaraq qeyd edilmiş "Mopsos evi"ndəki fəaliyyətləri əks olunmuşdur. Kitabə əvvəlcə finikiya dilində yazılmış, daha sonra isə luvi hiyeroqlifinə tərcümə edilmişdir.[1] Rozetta daşı kimi bu yazı da arxeoloqlara müvafiq qliflərin şifrəsini açmaq üçün köməklik etmişdir.[2][3][4]

Yazıda qeyd olunana görə, onun müəllifi həm də şəhərin hökmdarı olan Azativadadır (və ya Azativata). O, özünün qədim Kue krallığı olan Adanava (Adana) kralı Avarikuna tabe olduğunu etiraf edirdi. Kitabəyə görə, Azativanın Adanavanın sərhəd qəsəbələrindən biri olduğu görünür.[5][6]

Troya nəzəriyyəsi

[redaktə | mənbəni redaktə et]

Yazıçı və tərcüməçi Raul Skrott Qaratəpədəki qala və ətrafındadakı mənzərənin Homerin İliadasındakı Troya təsvirlərinə əhəmiyyətli dərəcədə bənzədiyini qeyd etmişdir.[7]

 1946-cı ildə kəşf edilmiş Qaratəpədə 1947-1957-ci illərdə Helmut Teodor Bossertin (1889-1961) rəhbərlik etdiyi bir qrup tərəfindən qazıntı işləri aparılmış və kral Azativatasın istehkam şəhərinin dağıntıları aşkarlanmışdır.[8][9] Sonrakı bərpa işləri uzun illər boyu davam etmişdir. 1990-cı illərin sonlarında ərazidəki sarayda Halet Çambelin (1916–2014) rəhbə

rliyi ilə arxeoloji işlər aparılmışdır.[10]

Azativatas hökmranlığının tarixləri eramızdan əvvəl 8-ci əsrin əvvəllərindən 7-ci əsrin əvvəllərinə qədər dəyişir.[4][11][12]

Əşyalar bu gün Qaratepe-Aslandaş Milli Parkının bir hissəsi olan Qaratepe-Aslandaş Açıq Hava Muzeyində sərgilənir.[13]

  1. Ilya Yakubovich. "Phoenician and Luwian in Early Iron Age Cilicia". Anatolian Studies (ingilis). 65. 2015: 35–53. doi:10.1017/s0066154615000010.
  2. Cyrus H. Gordon, Azitawadd's Phoenician Inscription, Journal of Near Eastern Studies, vol. 8, No. 2, pp. 108–115, 1949
  3. R. D. Barnett, Karatepe, the Key to the Hittite Hieroglyphs, Anatolian Studies, vol. 3, pp. 53–95, 1953
  4. 1 2 J. D. Hawkins and A. Morpurgo Davies, On the Problems of Karatepe: The Hieroglyphic Text, Anatolian Studies, vol. 28, pp. 103–119, 1978
  5. Yakubovich, 50
  6. Trevor Bryce, The World of The Neo-Hittite Kingdoms: A Political and Military History. Arxivləşdirilib 2021-08-29 at the Wayback Machine Oxford University Press, 2012 ISBN 0199218722
  7. http://www.zdf.de/ZDFmediathek/#/beitrag/video/951028/Der-Fall-Troia/ Arxivləşdirilib 2010-11-24 at the Wayback Machine
  8. Halet Çambel, Karatepe: An Archeological Introduction to a Recently Discovered Hittite Site in Southern Anatolia, Oriens, vol. 1, no. 2, pp. 147–162, 1948
  9. Helmuth Theodor Bossert, Karatepe kazilari (birinci ön-rapor) Die Ausgrabungen auf dem Karatepe (erster Vorbericht), Türk Tarih Kurumu Basimevi, 1950
  10. Halet Çambel and Asli Özyar, Karatepe-Aslantas, azatiwataya, die bildwerke, Verlag Philipp von Zabern, 2003, ISBN 3-8053-3085-5
  11. Irene J. Winter, On the Problems of Karatepe: The Reliefs and Their Context, Anatolian Studies, vol. 29, pp. 115–151, 1979
  12. David Ussishkin, The Date of the Neo-Hittite Enclosure in Karatepe, Anatolian Studies, vol. 19, pp. 121–137, 1969
  13. "Karatepe-Aslantaş Milli Parkı" (türk). Doğa Koruma ve Milli Parklar genel Müdürlüğü. 2018-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-26.