Qaratəpə-Aslandaş Milli Parkı (türk. Qaratəpə-Aslandaş Milli Parkı) ― Türkiyənin cənubunda yerləşən, 1958-ci ildə qurulmuş milli park. Su anbarının sahilində yerləşən bu ərazidə arxeoloji açıq hava muzeyi var.
Qaratəpə-Aslandaş Milli Parkı | |
---|---|
Sahəsi | 4 145 hektar |
Yaradılma tarixi | 29 may 1958 |
Yerləşməsi | |
37°18′59″ şm. e. 36°14′19″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşməsi | Osmaniyyə ili |
karatepeaslantas.tabiat.gov.tr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Milli park ərazidəki əhəmiyyətli arxeoloji tapıntıların aşkarlanmasından sonra ölkənin bu tipli ikinci qorunan ərazisi olaraq 28 sentyabr 1958-ci ildə qurulmuşdur.[2][3][4]
Qaratəpə-Aslandaş Milli Parkı Osmaniyyə ilinin Kadirli və Düziçi bölgələrindədir.[5] Qorunan ərazi Osmaniyyənin 30 kilometr (19 mil) şimalında və Kadirlinin 22 kilometr (14 mil) cənub-şərqində yerləşir.[2] Ən yaxın hava limanı 125 kilometr (78 mil) məsafədə yeləşən Adana Şakirpaşa Hava Limanıdır.[6]
Milli park Tavr dağlarının ətəkləri ilə Ceyhan çayının keçdiyi Çukurova düzənliyi arasındakı ərazidə yerləşir.[2] Park bit hissəsi Aslantaş bəndinin yaratdığı su anbarının sahilindədir.[5][2] Ceyhan çayının qolları olan və Aslantaş su anbarına tökülən Hillik, Kırağı, Kışla və Kaplan çayları qorunan ərazinin sərhədlərıni təşkil edir.[2]
Milli parkın dəniz səviyyəsindən ortalama hündürlüyü 65–538 metr (213–1,765 ft) arasında dəyişir.[2]
Bundan başqa ərazidə İncirlitəpə (377 metr (1,237 ft)), Kalitəpə (345 metr (1,132 ft)), Karadağtəpə (492 metr (1,614 ft)), Qarzədətəpə (479 metr (1,572 ft)), Gavurtaştəpə (401 metr (1,316 ft)), Bocayücetəpə (338 metr (1,109 ft)), Kartəpə (538 metr (1,765 ft)) kimi görkəmli təpələr də daxil olmaqla hündür nöqtələr var.[2]
Milli park həmçinin, Türkiyənin ilk qurulmuş eyni adlə açıq hava muzeyini ehtiva edir.[2][3][7] Yerli olaraq "Hitit yarımadası" adlandırılan əraziyə milli parkın girişindən başlayan 1 200 metr uzunluğundakı daş döşənmiş cığırla getmək mümkündür.[6][4][7][8]
Açıq səma altındakı muzey arxeoloji bir məkandır və neo-hititlərin 8-ci əsrdən qalma qədim divarlı yaşayış məskənini nümayiş etdirir. 1946–1952-ci illər arasında aşkarlanmış istehkamın içindəki əsərlər, daş heykəllər və qabartmalar əvvəlki yerindəcə qalır.[5][2][3] Əraziyə adını daş üzərindəki aslan heykəlləri (türk. Aslantaş) vermişdir.[6][3][9]
Milli park Aralıq dənizi iqliminin bir çox tipik flora növünə ev sahibliyi edir.[5] Parkdakı meşələri Pinus brutia və palıd (Quercus) təşkil edir.[5] Digər bitkilərə Pistacia terebinthus və sumaq (Rhus) daxildir.[3] Milli parkın piknik sahələrində Sciadopitys, qoz ağacı (Juglans), çinar (Platanus), Morus , ballınanə və hortenziya (Hydrangea) əkilmişdir.[10]
Milli parkda 15 məməli, 12 sürünən, 5 amfibiya və 22 balıq növü müşahidə olunur.[3]
Milli park ziyarətçilər üçün hər gün açıqdır. İstirahət üçün açıq hava fəaliyyəti kimi təklif olunan imkanlar gəzinti,[6] pinik və düşərgədir.[4][8] Düşərgəyə yalnız təyin olunmuş piknik yerlərində icazə verilir. Qonaqların qalması üçün nəzərdə tutulmuş evlər Kadirli və Osmaniyyədə mövcuddur.[3]