Qardaşəli Teyyubov

Qardaşəli Teyyubov (tam adı: Qardaşəli Ağaqardaş oğlu Teyyubov; 7 noyabr 1938, Əngəxaran, Şamaxı rayonu27 noyabr 2012, Bakı) — SSRİ Jurnalistlər Birliyinin üzvü

Qardaşəli Teyyubov
Qardaşəli Ağaqardaş oğlu Teyyubov
Doğum tarixi 7 noyabr 1938(1938-11-07)
Doğum yeri
Vəfat tarixi 27 noyabr 2012(2012-11-27) (74 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Fəaliyyəti jurnalist
Fəaliyyət illəri 1962-ci ildən

Qardaşəli Teyyubov 1938-ci il 7 noyabr tarixində Şamaxı rayonu Əngəxaran kəndində anadan olmuşdur. Bakıda Sənaye Texnikomunu bitirdikdən sonra

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistikə fakültəsinə daxil olmuş, oranı 1967-ci ildə bitirmişdir.

Universitetə daxil olduğu ildən "Azərbaycan pioneri" qəzetinin ştatdankənar əməkdaşı olmuş, "Bakı", "Kommunist" qəzetlərində, "Təşviqatçı" jurnalında çalışmış, radioda ayda bir dəfə 20 dəqiqəlik veriliş ilə çıxış etmişdir. Şamaxida "Yeni Şirvan" qəzetinə mutəxəsis dəvət olunmuş, sonradan hemin qəzetdə məsul katibin müavini olmuşdur. Həmçinin Qardaşəli Teyyubov 1975-ci ildən 1991-ci ilə qədər 10.000 tirajla cixan "Texniki tərəqqi uğrunda" qəzetin baş redaktoru olmuşdur. 1991-ci ildən ömrunun sonuna qədər Həmkarlar İttifaqinin orqanı olan "Ülfət" qəzetinin qurucusu ve şöbə mudiri vəzifəsində çalışmışdır. 1986-ci ildə SSRİ Jurnalistlər İttifaqının üzvü seçilmişdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Mehbalıyev tərəfindən 2005-ci ilinin 19 iyun tarixində Milli Mətbuat Günü ilə bağlı əlaqədar Azərbaycan Həmkarlar İttifaqlarının Mətbuat Orqanlarında səmərəli yaradıcılığına görə "Fəxri Fərman"la təltif edilmişdir. "Qızıl Qələm" mükafatını layiq görülmüş, həmçinin SSRİ "Əmək Veteranı"dır.

2012-ci il 27 noyabr vəfat etmiş, doğulduğu Şamaxı rayonu Əngəxaran kəndində torpağa tapşırılmışdır.[1]

  1. Azərbaycanlı siyasətçinin ailəsinə ağır itki üz verib