Səttar Mehbalıyev

Səttar Suliddin oğlu Möhbalıyev (28 oktyabr 1955, Qıvraq, Noraşen rayonu) — Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sabiq sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı.

Səttar Möhbalıyev
bayraq
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
bayraq2
6 fevral 1993 – 26 avqust 2024
SonrakıSahib Məmmədov
Şəxsi məlumatlar
Doğum adı Səttar Suliddin oğlu Möhbalıyev
Doğum tarixi 28 oktyabr 1955(1955-10-28) (69 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti iqtisadçı, siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Şöhrət" ordeni — 2005 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı Milli Məclisin fəxri medalı
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

Səttar Möhbalıyev 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq kəndində anadan olmuşdur. 1979-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1973-cü ildə Bakı şəhərində müxtəlif müəssisələrdə əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində işləmişdir. 1980–1993-cü illərdə Avtonəqliyyat və Şose Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri işləmişdir. 1991-ci ildən 2010-cu ilə kimi isə həmin komitənin sədri vəzifəsində çalışmışdır. 6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmişdir. Eyni zamanda, 2006-cı ildən isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsininin sədridir.

İqtisad elmləri doktoru, professordur. Evlidir, üç övladı var.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1992-ci ildə S. Möhbalıyevin rəhbərliyi ilə Azərbaycan Həmkarlar İttifaqları Şurasının və ümumilikdə həmkarlar ittifaqlarında struktur islahatlarının aparılması və yeni nizamnamənin hazırlanması məqsədilə təşkilat komissiyası yaradılmış və 1993-cü ilin fevralında AHİK-in təsis qurultayı keçirilmişdir. Təsis qurultayının iştirakçılarının yekdil təklif və səsi ilə S. Möhbalıyev AHİK-in sədri seçilmişdir. 1998, 2003, 2008, 2013, 2018-ci illərdə AHİK-in I, II, III, IV və V qurultaylarında yenidən bu vəzifəyə seçilmişdir. 2006-cı ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarının Məclisində İttifaqın sədri seçilmişdir.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) 2014-cü il mayın 18-dən 23-dək Almaniyanın Berlin şəhərində keçirilmiş 3-cü qurultayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S. Möhbalıyev qurumun vitse-prezitenti seçilmişdir.

2024-cü il oktyabrın 8-də Azərbaycan - Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[1]

  • "Şöhrət" ordeni;
  • Ümumhəmkarlar İttifaqları Konfederasiyasının gümüş medalı;
  • Rusiya Federasiyasının Rabitə İşçilərinin Ümumrusiya Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin Rəyasət Heyətinin qızıl ordeni;
  • Neftqaztikinti həmkarlar ittifaqları Beynəlxalq Federasiyasının diplomu və mükafatı.
  1. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]