Qarpız sukatı - Qarpız dilimlərindən hazırlanmış quru mürəbbə
Bu məqsədlə qalınqabıq qarpız sortlarından istifadə edilməlidir. Qarpızın yumşaq hissəsi və bərk yaşıl qabığı təmizlənib kənar edilir. Sonra müxtəlif formada (dördbucaq, kvadrat, ulduz, üçbucaq və s.) doğranmış ağ rəngli qabıqları 5-10 dəqiqə suda bişirirlər. Qarpız qabıqlarını süzgəcə töküb suyunu süzür və şəkər qatıb şərbət hazırlayırlar. Sonra qarpız qabıqlarını qaynar şəkər şirəsinə töküb 10-12 saat saxlayır, arada 6-8 saat saxlamaq şərtilə hər dəfə 8-10 dəqiqə qaynadıb 3-4 dəfəyə bişirirlər.
Bişmiş kəhrəba rəngli şəffaf qarpız tikələrini şirədən çıxarır, soyuduqdan sonra toz-şəkərlə urvalayıb qurudurlar.