Qasım Qasımov (mühəndis)

Qasımov Qasım Məmməd oğlu — "Şəms-95" tikinti firmasının Baş direktoru[1] Əməkdar Mühəndis

Qasım Qasımov
Qasım Məmməd oğlu Qasımov
Qasım Qasımov (inşaatçı-mühəndis).tif
“Şəms-95” tikinti firmasının
Baş direktoru
Şəxsi məlumatlar
Doğum tarixi (70 yaş)
Doğum yeri SSRİ, Azərbaycan SSR, Ağdam rayonu Ətyeməzli kəndi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Partiya Yeni Azərbaycan Partiyasının loqosu.png Yeni Azərbaycan Partiyası
Təhsili Azərbaycan Politexnik İnstitutu
İxtisası İqtisadçı-mühəndis

Təltifləri "Tərəqqi" medalı
Əməkdar Mühəndis
Dini İslam

Həyatı[redaktə | mənbəni redaktə et]

Qasımov Qasım Məmməd oğlu 20 yanvar 1952-ci ildə Ağdam rayonunun Ətyeməzli kəndində ziyalı ailəsində anadan olub. Atası Məmməd Mikayıl oğlu uzun müddət Ağdam rayon Partiya Komitəsində, Ağdam rayon XDS İcraiyyə Komitəsində məsul vəzifələrdə çalışıb, rayonun sayılıb-seçilən, nüfuzlu kişilərindən olub. Anası Şəmi xanım isə uzun illər uşaq bağçasında tərbiyəçi və müdir vəzifəsində işləyib.

Q.M. Qasımov 1959–1967-ci illərdə Ətyeməzli kənd 8 illik məktəbində oxumuş, 1969-cu ildə Ağdam şəhər 1 nömrəli orta məktəbini bitirmişdir.

O, 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin tikintinin iqtisadiyyatı və təşkili şöbəsinə qəbul olunub və 1974-cü ildə həmin fakültəni bitirərək iqtisadçı-mühəndis ixtisasına yiyələnmişdir.

O, institutda hərbi təhsil alaraq leytenant rütbəsinə yiyələnmişdir. Hazırda ehtiyatda olan baş leytenantdır.

Q.M. Qasımov 1974–1977-ci illərdə Ağdam 50 nömrəli kənd orta texniki peşə məktəbində usta və müəllim, 1977–1983-cü illərdə isə Ağdam metiz-furnitur zavodunda iqtisadçı və əsaslı tikinti şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 1978–1983-cü illər ərzində zavod həmkarlar təşkilatının sədri olmuşdur.

1975-ci ildə Ağdam rayonunun "Şəfəq" futbol komandasının yaradılmasında təşkilatçılardan biri olmuş (indiki "Qarabağ" komandası) və bu illər ərzində komandanın əsas oyunçularından biri olmuşdur.

O, 1983–2002-ci illərdə "Azəraqrartikinti" ATSC-nin Ağdam 1 nömrəli "Aqrartikinti" filialında baş mühəndis və rəis vəzifələrində çalışmışdır. (Əvvəllər həmn təşkilat "Başkolxozsovzoztikinti" Birliyinin Ağdam tikinti sahəsi, sonra isə Ağdam 40 nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstə adlanırdı.)

Q.M. Qasımov 1995-ci ildə Ağdam rayonunda "Şəms-95" firmasını təsis etmiş və bu illər ərzində kollektivə səriştə ilə rəhbərlik edir. "Şəms-95" firması yarandığı gündən keyfiyyətli iş onun başlıca devizi olmuş və bu gün də kollektivin gücü ilə təhvil verilən hər bir obyekt keyfiyyəti ilə sifarişçini razı salır.

Lakin respublikada hər sahədə olduğu kimi tikinti sektorunda da işsizlik hökm sürürdü. Odur ki, 2001-ci ilə kimi iş tapmaq müskül məsələyə çevrilmişdi. Ancaq "Şəms-95" firması 2001-ci ildən başlayaraq keçirilən tenderlərdə iştirak etmiş və müxtəlif layihələrin qalibi olmuşdur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Qasım müəllim ailəlidir, bir oğlu, iki qızı, altı nəvəsi var.

Tikintisinə rəhbərlik elədiyi obyektlər[redaktə | mənbəni redaktə et]

"Şəms-95" firması fəaliyyətdə olduğu dövrlər ərzində respublikanın müxtəlif şəhər və rayonlarının ərazisində, eləcə də Bakı şəhəri ərazisində müxtəlif sosial-məişət obyektlərinin tikintisini yerinə yetirmişdir.

Sifarişçi təşkilat kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidənqurulması üzrə Agentliyin və Ağdam rayon İcra Hakimiyyətinin sifarişləri yerinə yetirilmişdir.

Ümumiləşdirilmiş şəkildə deyə bilərik ki, 2000–2015-ci illər ərzində "Şəms-95" firması inşaatçılarının qüvvəsi ilə respublikamızın paytaxtında və ayrı-ayrı bölgələrimizdə 6 ədəd 5 mərtəbəli 60 mənzilli, 1 ədəd 5 mərtəbəli 80 mənzilli,1 ədəd 5 mərtəbəli 40 mənzilli, 1 ədəd 4 mərtəbəli 32 mənzilli, 1 ədəd 4 mərtəbəli 16 mənzilli, 2 ədəd 9 mərtəbəli 54 mənzilli, 1 ədəd 7 mərtəbəli 42 mənzilli yaşayış binası, 2343 ədəd fərdi yaşayış evi, 9 ədəd uşaq bağçası, 8606 şagird yerlik 27 məktəb binalarının tikintisi, 23 ədəd məktəb binasının təmiri və bərpası, 8 məktəb üçün əlavə sinif otaqları, 9 ədəd feldşer-mama məntəqəsi, 1 ədəd 25 yerlik xəstəxana, 7 ədəd ambulatoriya, 1 ədəd 500 yerlik mədəniyyət sarayı, 2 ədəd musiqi məktəbi, 9 ədəd inzibati bina, 7 ədəd icma mərkəzi, 2 ədəd rabitə evi, 4 ədəd Poçt şöbəsi, 17 ədəd hamam binası və digər sosial təyinatlı obyektlər tikilərək sifarişçiyə təhvil verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev "Şəms-95" firmasının 2003–2015 illər ərzində inşa etdiyi obyektlərin açılışında 13 dəfə şəxsən iştirak etmişdir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasında inşaat sahəsi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında inşaat sahəsində səmərəli fəaliyyətinə görə Qasımov Qasım Məmməd oğlu "Tərəqqi" medalı ilə təltif edilmişdir.[2].

10 aprel 2017-ci il tarixdə Qasımov Qasım Məmməd oğlu Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə "Əməkdar Mühəndis" fəxri adı ilə təltif edilmişdir[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) kitabı, I cild, səhifə: 215–219.
  2. "Azərbaycan Respublikasında inşaat sahəsi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli, 2152 nömrəli Sərəncamı". e-qanun.az (azərb.). 10 aprel 2012. İstifadə tarixi: 25 may 2016.
  3. "İnşaat işçilərinə "Əməkdar Mühəndis" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2017-ci il tarixli Sərəncamı". e-qanun.az (azərb.). 10 aprel 2017. 2018-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2017.