Qasım xan(1445–1521) — Qazax xanlığının hökmdarı (1511–1521).
Qasım xan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1455 |
Doğum yeri | |
Vəfat tarixi | 1522 |
Vəfat yeri | |
Dəfn yeri | |
Ailəsi | Çingizlilər |
Dini | islam, sünni islam |
Qazax xanlığının ən güçlü olduğu dönəm, XVI əsrin birinci çərəyində, özəlliklə Qasım xan (1511–1521) dönəmidir. Gerçəkdə o, xanlığı daha Burunduq dövründə idarə etməyə başlamışdı. Onun taxta çıxmasından sonra, Canıbək soyundan gələnlərin əlinə keçti. Burunduq ilə Qasım öz aralarında anlaşmazlıqlar yaşadığı sırada, Məhəmməd Şeybani Qazax torpaqlarına bir neçə dəfə hücum etdi.
Qazax xanları da Türkistanın cənubundakı şəhərləri ilə Mavəraünnəhrə səfərlərə çıxdı. Məhəmməd Şeybaninin səfərlərindən (1509) birinə qatılan Fəzlullah bin Ruzbehan İsfəhani, məğlubiyyətə uğrayan Canıs Sultan ulusundan ələ keçirilən qənimətin çox böyük və çox çeşidli olduğunu söyləyir. O səfərdə, ev alətləri və əşyaları, geyəcək və hər cür ticari mallar ilə birlikdə arabalara yüklənmiş on mindən artıq Qazax keçə çadırı, çox sayda minik atları, inəklər, dəvələr və qoyunlar ələ keçmişdi. Bu bilgilər qazaxların sadəcə iqtisadi baxımdan nə qədər güclü olduqları haqqında deyil, eyni zamanda sürəkli savaşların onlara nə qədər böyük zərərlər verdiyi mövzusunda da bizə bəzi bilgilər verməkdədir. Şeybani xan qazaxlara qarşı apardığı üç səfərin nəticəsində, Qazax valilərini Türkistan bölgəsinin bayırına keçici olaraq atmakda bacarıqlı oldu.
Ertəsi il, yəni 1510-cu ildə Məhəmməd Şeybani Sığnağa təkrar gəldi. Fəqət Qasım xanın əsgərləri qarşısında ağır bir məğlubiyyətə uğradı; məğlubiyyətə uğrayan və dağılan özbəklərin sağ qalanları Səmərqəndə qaçdı. Eyni ilin sonunda, Məhəmməd Şeybani Mərv önlərində, Xorasanda Səfəvi şahı ilə aparılan savaşda öldü.
Sırdəryada hakimiyətini sağlamlaşdırmaq istəyən Qasım xan, Orta Asiyada yaranmaqda olan yeni siyasi durumdan faydalanmasını bildi. Məhəmməd Şeybani oğullarının Teymurlu xanədanından Zahirəddin Məhəmməd Babur ilə çəkişmələri, Şeybanilərin diqqətlərinin Türkistanın xaricinə çevrilməsinə səbəb oldu. Onun cənubundakı bəzi şəhərləri Baburun hakimiyətini tanıdı. Babur Sayram ilə onun çevrəsinə Katta Bəki vali olaraq təyin etdi. Fəqət çox keçmədən 1512-ci ildə Şeybani Ubeydullah Sultan, Baburu məğlub etdi. Baburun valiləri bunların bölgəsindən qovuldu. Sayramda mühasirə altına alınan Katta Bək, özbəklərə qarşı dirəndi; şəhəri bütün qış boyunca nəzarəti altında tutdu. 1513-cü ildə baharın əvvəlində Karadalda qışlamaqda olan Qasım xanın qalanı ona təslim edəcəyi vəədiylə yardıma çağırdı. Qasım xan bu təklifi qəbul etdi; bundan sonra Katta Bək Qasım xanı o sırada Daşkəndi əlində tutan Şeybani Süyin xocaya qarşı səfərə çıxmağa məcbur etdi. Şəhər çevrəsini yağmalayan qazaxlar Sayrama döndü.
Qasım xan Moğolustan xanı Sultan Səid ilə dostluq münasibətlərini pozmadı. Moğolustan xanı Qasım xana o il yayın sonlarına doğru, Daşkəndə birlikdə səfərə çıxmağı təklif etdi. Ancaq Qasım xan "qış hazırlığı görməm gərək və bu mövsümdə ordunu toplamaq və savaşa hazırlamaq mümkün deyil" şəklində bir bahanə irəli sürərək təklifi qəbul etmədi.
Qasım xan, Qazax xanlığının əngin bozqırlarıdakı hökmranlığını sağlamlaşdırdı. 1514-cü ildə Sultan Səidin Şərqi Türkistana getməsi Qazax xanlığının Jetisudakı hakimiyətinin qüvvətlənməsinə səbəb oldu. Xanlığın qərbdəki hakimiyət sahəsinə, qargaşa içindəki Noğay Ordasının qəbilələri ilə boyları qruplar halında köç edərək girdi. Xanlığın sınırları Jayık (Yayık) çayı civarına qədər gənişlədi. Qasım xanın hakimiyəti, cənubdakı Sayram vilayətini də içində alaraq Sırdəryaya qədər şimal və şimal-şərqdə Uludağ ilə Balxaş gölündən ötələrə yayıldı.
Monqol işğalçılarından sonra, Jetisu da daxil olmaq üzrə Qazaxıstan torpaqları və Qazax tayfaları ilə boylarının həmən tamamı ilk dəfə bir dövlətin damı altında birləşdi. Qasım xana tabe olanların sayını, o dönəm qaynaqları (Məhəmməd Heydər Dulat) bir milyon olaraq göstərməkdədir. Onun dövründə, Qazax dövlətindən Qərb ölkələri də xəbərdar oldu. Qazax xanlığı ilə Moskva dövləti arasında elçisi gəliş-gediş edərək ikili münasibətlər başladı. Krım xanları Osmanlı sultanlarına məktub yazaraq qazaxların qərb yönündəki torpaqlarının genişləməsindən dolayı əndişələrini dilə gətirdilər.
Qasım xan öldükdən sonra, 1520-ci illərdə, Cuci xanədanından sultanların iç çəkişmələri Qazax xanın taxt varislərindən Mamaş öldürüldü.