Qasim Amin (1 dekabr 1863, İsgəndəriyyə[1] – 23 aprel 1908, Qahirə) — Misirli hüquqşünas, filosof, siyasi və ictimai xadim, Misir milli hərəkatının və Qahirə Universitetinin yaradıcılarından biri,qadın hüquqları uğrunda mübarizə aparan ərəb yazıçısı. [2]
Qasim Amin | |
---|---|
ərəb. قاسم أمين | |
Doğum tarixi | 1 dekabr 1863 |
Doğum yeri | |
Vəfat tarixi | 23 aprel 1908 (44 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, qadın hüquqları fəalı[d], hüquqşünas, filosof, reformasiyaçı[d], ictimai xadim, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Əmin Qasım ailəsi İsgəndəriyyəyə köçməzdən əvvəl Kürdüstanda Osmanlı valisi olmuş, həm Kürdüstanda, həm də Misirdə böyük mülklərə sahib olan nüfuzlu bir ailə idi. Milliyəti kürd idi. Misirin ən imtiyazlı məktəblərindən birində oxuyub, 1881-ci ilə qədər ilk hüquq təhsilini alıb və daha sonra xaricdə təhsilini davam etdirmək üçün dövlət təqaüdü qazandı və dörd il Fransada təhsilini davam etmişdir. O, bütün həyatı boyu Misirdə həyatın bütün sahələrinin maksimum avropalaşmasının, Qərb təhsil sisteminin tətbiqinin və misirli qadınların kişilərlə bərabər hüquqlarının təmin edilməsinin qızğın tərəfdarı olub, bir çox əsərlərində Qurani-Kərimin qadının kişidən [3], daha az hüquqa sahib olduğunu öyrətmədiyini və bunu konkret sitatlarla təsdiqlədiyini iddia etdi.