Qatıq muzeyi

Qatıq muzeyi (bolq. Музей на киселото мляко) – Bolqarıstanın Tran bələdiyyəsinə daxil olan Studen İzvor kəndində yerləşən muzey.[1] Dünyada qatığa həsr olunmuş ilk və yeganə muzeydir.[2]

Qatıq muzeyi
bolq. Музей на киселото мляко
Əsası qoyulub oktyabr 2006
Açılış tarixi 29 iyul 2007
Mövzu qatıq
Ölkə
Yerləşir Studen İzvor kəndi, Tran bələdiyyəsi
42°47′30″ şm. e. 22°35′48″ ş. u.
Qatıq muzeyi xəritədə
Qatıq muzeyi
Qatıq muzeyi

Haqqında[redaktə | mənbəni redaktə et]

Muzey 29 iyun 2007-ci ildə açılıb.[1] Muzeyin ikinci mərtəbəsində bolqar mikrobioloq Stamen Qriqova həsr olunmuş sərgi bölməsi var.[1] Qriqov süddən qatıq almaq üçün istifadə olunan Lactobacillus bulgaricus bakteriyasını 1905-ci ildə kəşf etməsi ilə tanınır və Studen İzvor kəndi onun anadan olduğu yerdir.[1]

Muzey ziyarətçiləri südün fermentasiya prosesi və spesifik dadının alınması haqqında məlumatlar edə bilərlər.[1] Muzeyin birinci mərtəbəsi qatıq və digər süd məhsullarının hazırlanması və saxlanılması üçün istifadə olunan əşyalara həsr olunmuşdur.[1] Bu əşyalar arasında daşımada istifadə olunan rukatka adlı gil qab, yağ almaqda istifadə olunan buçka da var.[1] Birinci mərtəbədə Tran regionunda yaşayan qadınların ənənəvi geyimləri üçün sərgi təşkil olunmuşdur.[1]

Muzeyin ikinci mərtəbəsi qatığın sənaye miqyasında istehsalına həsr olunmuş və burada süd istehsalı barədə məqalələr, modellər yerləşdirilmişdir.[1] İkinci mərtəbədə bir çox informasiya lövhəsi quraşdırılıb.[1] Bəzən muzeydə ziyarətçilərə yerli qatığın dadına baxmaq təklif olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 "Museum of Yogurt". The Tourist Portal of Bulgaria (ingiliscə). 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2021.
  2. "Qatığı dünyaya tanıdan ölkə". BBC News Azərbaycanca (az.). 19 noyabr 2018. Archived from the original on 2021-09-03. İstifadə tarixi: 3 sentyabr 2021. Grigorov-un doğulduğu Trun kəndi isə dünyanın tək qatıq muzeyinə sahibdir.