Qayalıq qarağatı

Qayalıq qarağatı (lat. Ribes petraeum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü.

Qayalıq qarağatı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqaz və Kiçik Asiyada yayılmışdır. Subalp zolağında, dağ zonasının meşələrində, qayalarda və çayların ətrafında bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları açıq rəngdə, çılpaqdır. Qabığı boz, əvvəlcə hamar, sonradan ensiz zolaqlarla çatlayandır. Yarpaqları nazik, 5 dilimli, uzunluğu 10 sm, eni 13 mm, qaidəsi dərin ürəkvari, hər iki tərəfdən çılpaq, bəzən alt tərəfdən tüklüdür. Salxımın uzunluğu 4-12 sm, əvvəlcə üfüqi halda, meyvələrdə isə salxımdır. May-iyun aylarında çiçəkləyir. Çiçəklərin uzunluğu 5–6 mm, sayı 12-50-yə qədər, ləçəkləri tünd qırmızı rəngdədir. Çiçək saplağının uzunluğu 2–3 mm-dir. Sütuncuğu enli-konusvari, uzunluğu 2 mm-ə qədərdir. Yumurtalığı yarımaşağıdır. Meyvələri xırda, diametri 6–7 mm, girdə, qırmızı, iyulda yetişir. 5 yaşından meyvə verir, giləmeyvələri iyulun ikinci yarısında yetişir. Toxum və qələm vasitəsilə artırılır. Həşəratlarla tozlanır.

Dağ qurşaqlarında, meşə ətraflarında, daşlı-qayalı sahələrdə bitir. Qışadavamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqazda, Naxçıvanda geniş yayılmışdır. Oğuz rayonunda "Xalxal başı" ərazisində, Quruçayın sol sahilində qarışıq meşələrdə üstünlük təşkil edir.

Meyvələri yeməli, dadı turşdur, jele və içkilərin düzəldilməsi üçün istifadə olunur. Giləmeyvələrində çox miqdarda vitaminlər, mikroelementlər və bioloji fəal maddələr vardır. P və C vitaminləri ilə birlikdə ürək-damar xəstəliklərinin müalicəsində istifadə edilir.