Qaz İxracatçısı Ölkələrinin Forumu (QİÖF; ing. Gas Exporting Countries Forum (GECF)) — dünyada təbii qaz ixracaatında liderlik edən ölkələrin birliyidir. Neft ixracatçıları ölkələri təşkilatı təçkilatına uyğunlaşdıraraq birliyi qeyri-rəsmi olaraq "qaz OPEK-i" adlandırırlar. Baxmayaraq ki, təşkilat üzvlərinin bəziləri birliyi kartel olmasının əleyhinədirlər.
Qaz İxracatçısı Ölkələrinin Forumu | |
---|---|
Növü | Beynəlxalq təşkilat |
Fəaliyyəti | gaz ixraci sənayesi |
Yaranma tarixi | 23.12.2008 |
Mərkəzi | Qətər, Doha, Tornado Tower, 47th & 48th Floors, West Bay |
gecf.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Təşkilat 2001-ci ildə Tehranda yaradılıb, rəsmi olaraq isə 2008-ci ildə Moskvada təsis edilib. Təşkilata dünyanın ən iri qqaz ixracatçıları daxildir ki, onlar dünyada mövcud olan qaz yataqlarının 42%-nə malikdirlər. Həmin ölkələrdə təsdiqlənmiş qaz ehtiyatlarının 70%-i, boru ilə qaz nəqli həcminin 40%-i, maye təbii qaz bazarının 65%-i cəmləşib.
Azərbaycan 18 noyabr 2016-cı ildə QİÖF-a üzv qəbul edilib[1]