OPEK

Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir.

Neft İxrac Edən Ölkələr Birliyi
OPEC
Neft İxrac Edən Ölkələr Birliyi
Loqonun şəkli
Yaranma tarixi 14 sentyabr 1960[1][2]
Rəsmi dili
Mərkəzi Vyana, Avstriya
Prezident Haitham al-Ghais
opec.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə ƏrəbistanıVenesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub.

Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib.

Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Afrika
Anqola Anqola 10 yanvar 2007
Liviya Liviya dekabr 1962
Nigeriya Nigeriya iyul 1971
Əlcəzair Əlcəzair 1969

Orta Şərq
İran İran Sentyabr 1960
İraq İraq Sentyabr 1960
Küveyt Küveyt Sentyabr 1960
Qətər Qatar Dekabr 1961
Səudiyyə ƏrəbistanıSəudiyyə Ərəbistanı Sentyabr 1960
Birləşmiş Ərəb Əmirlikləri BƏƏ Noyabr 1967

Cənubi Amerika
Venesuela Venesuela Sentyabr 1960
Ekvador Ekvador Noyabr 2007

Cənub-Şərqi Asiya
İndoneziya dekabr 1962 üzvlüyü görüş altında çünki İndoneziya OPEC tərəfindən artıq dəqiq neft ixracatçısı olaraq qəbul edilməməkdədir.

Köhnə üzvlər
Qabon (bütün ümumi üzvlük 1975-dən 1995-ə qədər)

üzvlüyü gözlənilənlər
Azərbaycan,Boliviya, Meksika, SudanSuriya OPECə iştirak etməyə dəvət edildilər. SudanEkvador hazırda ümumi üzvlük üçün namizətdirlər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]