Qaz dağı

Qaz dağı – Kiçik Asiyanın şimal-qərb sahilindəki bir dağ silsiləsi, Misiyadan başlayaraq Frigiyadan uzanan Kocakatran dağ silsiləsinin ən yüksək hissəsi, Biqa (Troada) yarımadasında, Edremit körfəzinin şimalında, Türkiyənin qərbində, Çanaqqala ili ilə Balıkəsir ili arasında yerləşir. Edremitin 18 kilometr şimal-qərbində qərarlaşır. Ən yüksək zirvəsi dəniz səviyyəsindən 1774 metr yüksəklikdəki Qaz dağıdır. İl ərzində 1500 mm-ə qədər yağıntı düşür. Şimal yamacında iynəyarpaqlı meşələr, cənub yamacında palıd meşələri yayılmışdır.

Qaz dağı
Ümumi məlumatlar
Mütləq hündürlüyü 5642 m
Sahəsi
  • 700 km²
Hündür nöqtəsi Qaz dağı
Yerləşməsi
39°42′00″ şm. e. 26°49′48″ ş. u.HGYO
Ölkə  Türkiyə
Qaz dağı xəritədə
Qaz dağı
Qaz dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antik coğrafiyada Qaz dağı, Troyanın şimalında yerlədiyi İda dağı (İda dağı, q.yun. Ἴδη, türk. İda Dağı) olaraq bilinir. İda dağı Homer tərəfindən İliadada bulaqlarda bol və meşə baxımından zəngin, vəhşi heyvanlar üçün yaşayış yeri olaraq xatırlanır. İdanın ən yüksək zirvələri Qarqar (Qarqaron. Γάργᾰρον) və Kotilos (Κότυλος) adlanırdı. Qarqar Hera və Zevsin evləndiyi yerdir. Qarqarda Zevsin müqəddəs yeri, müqəddəs meşəsi və qurbangahı yerləşir. Zevs Truvalıların uğurlarını müşahidə edərək, İda üzərində oturur. İdanın yamacında, Parisin məhkəməsi baş tutur. İda eyni zamanda Kibela kultunun mərkəzi olur. Daktillər İda dağında yaşayırdılar.

Qazdağı Milli Parkı

[redaktə | mənbəni redaktə et]

Qazdağı Milli Parkı Balıkəsirdə, Edremitdə yerləşən təbiət milli parkdır. Adını Mərmərə ilə Egey bölgələri arasındakı sərhədi təşkil edən Qazdağı adından alır. Yerləşdiyi keçid iqlimi və yaxınlıqdakı bölgədəki yeganə yüksək dağdır. Biqa yarımadasında şərq-qərb istiqamətində uzanan dağ, strukturu qismən çaylar tərəfindən açılan kanyonlarla bölünmüşdür. Ən çox Şahindərəsi kanyonu ilə məşhurdur. Bütün bu xüsusi şərtlər bölgəni endemik növlərlə zəngin etmişdir. Qazdağı küknar bu endemik növlərdən biridir. Bunun xaricində dağlarda 77 endemik növ müəyyən edilmişdir. Bu növlərdən 29-u yalnız Qazdağı küknarı kimi bu silsilədə yayılmışdır.

Milli parkın sərhədləri daxilində yerləşən Pınarbaşı və Hasanboğdur gəzinti sahələri əsas gəzinti nöqtələridir. Həm də Mehmetalan kəndi milli parkın sərhədləri içində qalır. Milli parkın mədəni xüsusiyyəti Sarıkızın əfsanəsidir. Bu şəxsə aid türbənin milli parkın sərhədləri içindəki bir təpədə yerləşməsi bilinir.