«Qazaxıstan Dəmir Yolları» (QDY; qaz. Қазақстан темір жолы) — Qazaxıstanın magistral dəmir yolu şəbəkəsinin ən böyük operatoru. Tam adı - "Qazaxıstan Dəmir Yolu" Milli Şirkəti "Səhmdar Cəmiyyəti"[1][2]. Qazaxıstan Dəmir YollarınIn əsas ofisi Qazaxıstanın paytaxtı Astanadadır.
Qazaxıstan Dəmir Yolları | |
---|---|
Қазақстан Темір Жолы | |
Ümumi məlumatlar | |
Tipi | səhmdar cəmiyyəti |
Sənaye | Nəqliyyat |
Təsis tarixi | 15 mart 2002 |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı |
|
railways.kz/en/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Şirkətin yeganə səhmdarı Samruk-Kazına Milli Fondudur. Səhmlərinin 100%-i Qazaxıstan Respublikası Hökuməti tərəfindən nəzarət olunur (Qazaxıstan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Əmlak və Özəlləşdirmə Komitəsi vasitəsilə).
31 dekabr 2016-cı il tarixinə QDY kreditorlara olan ümumi borcu 1.239.679.774.000 tengə (ekvivalenti 3.6 milyard dollar) təşkil etmişdir. Kredit və digər öhdəliklərə xidmət göstərmək sərnişin daşınmasından əldə olunan gəlirləri üstələyir[3][4]. 2015-ci ilin avqustunda baş verən devalvasiyadan əvvəl borcun miqdarı 6 milyard dolları keçib[5][6]. Təqaüd fondları pensiya yığımları səbəbindən Qazaxıstan Dəmir Yollarının borclarının ödənilməsi variantlarını da nəzərdən keçirir[7]
2011-ci ilin fevral ayında Pekində, Qazaxıstan Dəmir Yolları ilə Çin Xalq Respublikasının Dəmir Yolları Nazirliyi arasında, ölkədə ilk, Orta Asiyada (Özbəkistandan sonra) ikinci, MDB-də (Rusiyadan sonra) üçüncü yüksək sürətli dəmir yolunun (HSR) inşası sahəsində əməkdaşlıq haqqında memorandum imzalanır. Astana-Almatı yüksək sürətli dəmir yolu Talqo qatarları ilə təmin olunacaqdır. Dəmir yolunun uzunluğul 1011 km olacaqdır Planlaşdırılan qatarın sürəti saatda 250 km, səyahət müddəti 5 saatdır. Xəttin inşası 2014-cü ilə planlaşdırılıb, texniki-iqtisadi əsaslandırma üzərində iş aparılır.
Qazaxıstan Astanadan Urala və Rusiyanın mərkəzi hissələrinə, uzunmüddətli perspektivdə isə Avropaya gedəcək beynəlxalq Avrasiya sürətli Pekin-Moskva şəbəkəsinin qurulmasında iştirak edəcəkdir.
8 Qazaxıstan Dəmir Yollarının 40 mərtəbəli 174 metrlik baş ofisi Astana, Qazaxıstan və Orta Asiyadakı ən hündür binalardan biridir.