Qazlı su — mineral sərinləşdirici içki və ya karbon qazı ilə doymuş adi su.
QOST 28188-2014 uyğun olaraq karbon dioksid ilə doyma baxımından üç növ karbonlu su var:
Təbii qazlı su qədim dövrlərdən bəri tanınır və dərman vasitələri kimi istifadə olunur. Hippokrat öz əsərinin bir bütöv fəslini suya həsr etmiş və suyu xəstənin yalnız içməsi üçün deyil, onun içində üzməsi üçün də olduğunu söyləmişdir. XVIII əsrdə mənbələrdən alınan mineral su butulkalarda dünyaya yayılmağa başlanmışdır. Ancaq çox bahalı idi və tez xarab olurdu. Buna görə də sonradan suyun süni şəkildə qazlaşdırmasına cəhdlər edilmişdir. Qazlı suyu ilk dəfə 1767-ci ildə ingilis kimyaçısı Cozef Pristli yaratmışdır.