Qazqolder

Qazqolder

Qazqolderlər və ya Qazometrlərhava qazı, təbii qaz, mayeləşdirilmiş qaz və bioqaz kimi yanan qazları atmosfer təzyiqində və ətraf mühitin temperaturunda saxlamaq üçün istifadə edilən tikililərdirlər.

XIX əsrdə dünyanın bir çox yerlərində kömür qazı ilə işıqlandırma və isitmə xidmətlərini təmin etmək üçün qazometrlər tikilmişdir. Qazometrlərə yerüstü qaz konteynerləri, yeraltı saxlama çənləri və yeraltı mağaralar daxildir. Onlar ümumiyyətlə poladdan tikilmiş, ətraf mühitə vizual təsir göstərən böyük həcmli tikililərdirlər. Çox istifadə olunanların həcmi ümumiyyətlə bir neçə kubmetrdən başlayır və 350.000 kubmetrə qədər çatır. Böyük qazometrlər diametri təxminən 60 metr və həcmi 50.000 km³-ə qədər olan tikililərdirlər.

Grassbrook qazqolderi, Hamburq, Almaniya

İlk dəfə müasir kimyanın banisi Antuan Lavuazye 1789-cu ildə öz təcrübələrində qazı saxlamaq və qaz axını təmin etmək üçün qazometr adlı qab hazırlamışdır. Lavuazye qazometri kimi tanınan ilk istehsal qurğusunda saxlama sistemi yox idi. Qaz işıqlandırmasının ixtiraçısı Şotland mühəndisi Uilyam Merdok bu sistemi işləyib hazırlayıb. 1798-ci ildə ilk qazometr Birmingemdəki Soho fabrikinin kiçik qaz zavodunda quraşdırılmışdır.

1825-ci ildə alman sahibkar Fridrix Avqust Neuman Almaniyada Britaniya qaz şirkəti Imperial Continental Gas Association üçün ilk qazometrləri tikdirmişdir. Eyni şirkət 1863-cü ilə qədər Avropada yetmiş səkkiz qazometr quraşdırmışdır. Vyana qazometri və 200.000 m³ həcmi ilə öz dövrünün Avropasındakı ən böyük qazometri olan Grasbrook qazometri də tikilmiş qazometrlər arasında idi. İstanbulda kömür qazı istehsalı üçün Dolmabahçe, Kuzguncuk, Yedikule və Hasanpaşa Qazxanalarının bir hissəsi olaraq dörd qazometr tikilmişdir.

İşıqlandırma texnologiyasının dəyişməsi və enerji alternativlərinin inkişafı nəticəsində bütün dünyada Kömür Qazı Zavodlarının istehsalı və funksiyaları XX əsrin ikinci yarısından etibarən dayandırılmış; qazometrlərin istifadəsinə son verilmişdir.