Qesner tülpanı [3](lat. Tulipa gesneriana L.), Bağça dağlaləsi və ya Jesner dağlaləsi- zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü.
Qesner tülpanı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
| ||||||||||
Cins: | Dağlaləsi | |||||||||
Cins: | Dağlaləsi | |||||||||
Cins: | Dağlaləsi | |||||||||
Cins: | Dağlaləsi | |||||||||
Cins: | Dağlaləsi | |||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu. “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU C2a(ii). Nadir növdür.[4]
Çoxillik ot bitkisidir. Soğanağı yumurtaşəkilli, uzunsov, qonur rəngli qınla örtülüdür. Gövdə və çiçək saplağı qısadır. Yarpaqları 3 ədəd, enli neştərşəkilli, yaşılımtıl-göydür. Çiçəkyanlığı parlaq qırmızı, qaidəsində sarı ləkələr var; ləkələr sarı və ya qırmızı ləkəli sarıdır. Ləçəklər uzunsov-yumurtaşəkilli küt və təpə hissəsi örtüklüdür.
Çiçəkləmə iyun, mеyvə əmələgətirmə iyul ayına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Aşağı və orta dağ qurşaqlarında, dağ bozqırlarında, otlu yamaclarda, daşlı-çınqıllı, qayalı yerlərdə yayılmışdır. Mezoksеrofitdir[5]. Geofit bəzək bitkidir.[6]
Naxçıvanın dağlıq rayonları (Ordubad rayonu, Nus-nus kəndi ərazisi) .
Təbii ehtiyatı azdır. Əhali tərəfindən intensiv toplanması gələcəkdə azalma təhlükəsini ehtimal etməyə əsas verir.[7]
Antropogеn, ekoloji və zoogen amillər.
Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma yerlərinin axtarılması vacibdir.
Birləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |