Qeyzerler

Yelloustoun parkında qeyzer

Qeyzer (isl. geysir) — təbii surətdə yer altından baş qaldıran isti su və buxar fəvvarələri. Qeyzerlər yer səthinə fəvvarə şəklində çıxan isti bulaq olmaqla vulkanik hadisələrə aiddirlər. Daha çox İslandiya, ABŞ, Yeni Zelandiya, Kamçatka, Tibetdə və s. yerlərdə rast gəlinir. Qeyzerin yaranmasına səbəb yer daxilindəki isti suyun buxarlanması nəticəsində əmələ gələn qazın yüksək təziqlə fəvvarə vurmasıdır.

Qeyzerlər, adətən, müəyyən fasilələrlə fəvvarə vurur. Müasir dövrdə qeyzerlərə ən çox İslandiya adasında, Yaponiyada, İtaliyada, Kamçatka yarımadasında və Sakit okean adalarında rast gəlinir.

Qeyzer- fasilələrlə isti su və ya isti buxar fışqırtan,kükürt yayan qaynaqdır. "Qeysir" island dilində fışqırmaq deməkdir.Yeraltı suların maqma ocaqlarına toxunması ya da yaxın yerləşməsi və qızması nəticəsində yaranırlar.

İsti su qaynaqları daha çox vulkan ocaqları və tektonik sınma zolaqlarına yaxın yerlərdə müşahidə olunur.Bu səbəbdən qütblərə yaxın olmasına baxmayaraq İslandiyada bir çox qeyzer və isti su qaynağı  mövcud olmaqdadır.Qaynaq müəyyən tempratura qədər qızır və sonra təzyiqlə partlayaraq yer səthinə çıxaraq fontan verir.

Yaranması: qeyzerlərdə,yeraltı suyun içində toplandığı quyu müxtəlif dərinlilərdə yerləşən və bir-birinə dar kanallarla bağlanan bölmələrdən ibarətdir.Belə bir quyunun müxtəlif dərinliklərində yerləşən bölmələrindəki suların qaynama tempraturları ,təzyiq fərqləri üzündən müxtəlifdir.Məsələn,su 300m dərinlikdə su ilə dolu bölmə altında qaynamaq üçün 2300 C-yə çatmalıdır.

Təzyiq artdıqca suyun qaynaması üçün daha yüksək bir tempratura ehtiyac vardır.Bu səbəblə dərinlərdə yerləşən bölmələrin içindəki sular daha böyük bir təzyiq altında olduğundan daha gec,səthə yaxın olanların içindəki sular isə daha tez qaynarlar.Nəticədə ən üst bölümdəki su əvvəl qaynayar və yaranan buxar təzyiqi səbəbiylə quyunun ağzına yüksələr və hətta çölə çıxar.Bu vəziyyət alda yer alan bölmələr içindəki  suların üstündəki təzyiqi birdən azaldar və beləliklə ,onsuzda normal qaynama tempraturunun üstündə bir istiliyə sahib olan lakin,təzyiq altında olduğu üçün qaynaya bilməyən bu sular anidən və sürətlə qaynamaya başlayar və qısa müddətdə yaranan böyük bir buxar təzyiqi ilə su və buxar sütunu halında quyunun ağzından püskürər.Partlama sonrası soyuq yer altı suyu təkrar bölmələrə sızar və dövran tekrarlanar.

İsti qaynaqlar və qeyzerlərdəki  yeraltı sular səthə axdığı zaman bu axışdakı hissəciklər çox zaman həll olur və kimyəvi özüllü qaya yığımı  əmələ gəlir.Suyun tərkibində həll olmuş silisyum olduğu zaman  bu məmulata Silisli Sinter(isti su qaynaqları tərəfindən həll edilən,dəlikli,az sıxlıqlı və açıq rəngli silisyumlu qayacıqlar) adı verilir. və bu məmulat qeyzerit qaynağının ətrafında toplanır.Suyun tərkibində həll olmuş kalsiyum-karbonat  olduğu zaman travertin yaranır.Qeyzerlərin püskürtdüyü suyun tərkibində fərqli kimyəvi maddələr vardır.Suyun içində irəlilədiyi kanaldakı süxurların tərkibinə görə silisyum-dioksit(SiO2), kalsiyum karbonat (CaCO3), arsen (As), civə (Hg), karbondioksit (CO2), hidrogen sulfat(H2S) vəvə başqa kimyəvi maddələr ola bilir.

Yerləşməsi-Qeyzerlərin əksəriyyəti vulkanik prosseslər gedən bölgələrdə ortaya çıxır.Qeyzerlərdə ard-arda iki püskürmə arasındakı zaman periodu adətən fərqlidir.Amerikadakı Yelluston Milli parkındakı  qeyzerin suyu  fasilələrlə saatda bir dəfə, 50m yüksəyə püskürməkdədir.Yeni Zellandiyada,Çilidə,Yaponiyada ,Rusiyada,   İtaliyada,İslandiyada da qeyzerlər mövcuddur.

Dünyadakı qeyzerlərin yayıldığı ərazilər

Yeni Zellandiyada 1886-cı ildən Taravera vulkanının püskürməsindən sonra su,buxar,palçıq və daşları 4saat ərzində 240m-ə qədər yüksəyə püskürdən 7 ədəd qeyzer əmələ gəlmiş və 1904-cü ildə bitişik Taravera gölünün sularının axıdılması ilə bu qeyzerlərdən 450m-ə qədər su püskürtən birinin fəaliyyəti dayanmışdır.Dünya üzərindəki 1000-ə qədər qeyzerin təqribən yarıya qədəri ABŞ-dəki Yelluston milli parkındadır.Bütün qeyzerlər arasında isə ən bilinəni bu parkın içindəki Old Faithfuldur,yenə eyni park içində yer alan Steamboat adlı qeyzer isə 100m-e yaxınlığı ilə ən hündürə su püskürən qeyzerdir.

Qeyzer fəaliyyətlərinin aydınlaşdırılması üçün pükürən suyun kimyəvi tərkibi və həcminin araşdırılması üçün ,isti su qaynaqlarının mövcud olduğu yerde açılan quyuların tədqiqindən istifadə olunur.Bununla bərabər qeyzerlərin periodik olaraq püskürmə mexanizması hələ də tam anlaşılmamışdır.İslandiyadakı bir qeyzerin tədqiqi nəticəsində əldə olunan nəticələrin  digər qeyzerlərə də  tətbiq olunmasına çalışılmışsa da bir uğur əldə olunmamışdır.

İstifadəsi- Qeyzerlər elektrik istehsalı,istiliklə təchizat  və turizm kimi müxtəlif  fəaliyyətlərdə istifadə  olunmaqdadır.Geotermal ehtiyatları bütün dünyada mövcuddur.İslandiyada bəzi qeyzer əraziləri  dünyanın ticari cəhətdən ən dəyərli əraziləridir.1920-ci illərdən bəri qeyzerlərdən yönləndirilən isti su parniklərin isinməsində istifadə olunmaqdadır.Bu sayədə İslandiyanın soyuq iqlimində tərəvəzçilik fəaliyyət göstərə bilməkdədir.Qeyzerlərdən gələn buxar və isti su 1943-cü ildən  evləri isitmək üçün istifadə olunmaqdadır.Bununla bərabər qeyzerlərdən çıxan buxardan turbinlər qurularaq  elektrik istehsal  olunur.ABŞ.İtaliya,İslandiya,Rusiya,Yeni Zellandiya,Yaponiya bu yolla  elektrik istehsal edib sənayeni inkişaf etdirməkdə,düzən əraziləri dirçəltməkdədir.

Qeyzerin hərəkət sxemi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]