Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[5] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[6] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[6][7] Qiyaslı məscidi də bu dövrdə ibadətə bağlanıb. 1929–1932-ci illərdə məscidinin binasında kolxozun inzibati mərkəzi, 1960–1970-ci illərdə kənd mağazası, 1985–1989-cu illərdə isə "Yaşıl aptek" fəaliyyət göstərib.[8] 1989-cu ildə məscid yerli sakinlər tərəfindən təmir olunu və yenidən dindarların istifadəsinə verilib.[8]
Birinci Qarabağ müharibəsi dövründə 1993-cü ildə Ağdam rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.[9] İşğaldan sonra bölgədəki tarix memarlıq abidələri o cümlədən yaşayış məskənləri dağıdılıb.[10] Təkcə Ağdam rayonunda yerləşən 135 tarixi abidədən 75-i dağıdılıb.[11]Qiyaslı kəndi və Qiyaslı məscidi də bu dövrdə dağıntılara məruz qalıb.[12] Məscidin binası binasından inək və donuz saxlamaq üçün istifadə olunub.[2][13][14][15]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[16]
Kənd azad olunduqdan sonra məsciddə restavrasiya işlərinə başlanılıb.[20][21]
2021-ci il sentyabrın 17-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdamda Cümə məscidinə və Qiyaslı məscidinə baş çəkib.[22][23] Toivo Klaara işğal dövründə Ağdamda baş vermiş müharibə cinayətləri barədə məlumat verilib.[22][24]
Now, you stumble into the wretched misery of Agdam, once a city of 50,000 and famed for its orchards. It’s all but empty. Every single Azeri house in the town has been blown up to discourage return.