Qlenn Teodor Siborq

Qlenn Teodor Siborq (19 aprel 1912[1][2][…], İşpeminq[d], Miçiqan25 fevral 1999[1][2][…]) — Amerikalı kimyaçı,Nobel mükafatı laureatı.

Qlenn Teodor Siborq
ing. Glenn Theodore Seaborg
isv. Glenn Teodor Sjöberg
Doğum adı Glen Theodore Seaborg
Doğum tarixi 19 aprel 1912(1912-04-19)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 25 fevral 1999(1999-02-25)[1][2][…] (86 yaşında)
Vəfat səbəbi insult
Elm sahələri Nüvə kimyası
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları "Fəxri legion" ordeni
"Qütb ulduzu" ordeni Kimya üzrə "Nobel" mükafatı Enriko Fermi mükafatı
ABŞ Milli Elmlər medalı American Institute of Chemists Gold Medal
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qlenn Teodor Siborq 1912-ci ildə aprelin 19-da Miçiqan ştatında İşpeminq şəhərində anadan olmuşdur. 1934-cü ildə Los-Ancelesdə Kaliforniya universitetini bitirmişdir. 1934–1942, 1946–1961-ci illərdə və 1971-ci ildən Berklidə Kaliforniya universitetində işləmiş, 1958–1961-ci illərdə universitetin prezidenti olmuş, 1942–1946-cı illərdə Çikaqo metallurgiya laboratoriyasında, 1961–1971-ci illərdə ABŞ-nin atom enerjisi üzrə komisiyasının sədri olmuşdur.

1959–1961-ci illərdə elmi məsləhət komitəsinin prezidenti olmuşdur. 1966-cı ildən elmi bilikləri gənclər arasında populyarlaşdırma üzrə Elmi xidmətin prezidenti olmuşdur. 1959–1974-cü illərdə ABŞ-də kimya təhsilinin yeni proqramını hazırlamaq üzrə Komitənin sədri olmuşdur.

Siborqun əsas tədqiqatları transuran elementlərinin sintezinə və təbii filizlərdən ayrılmasına həsr olunmuşdur. 1940-cı ildə E.M. Makmillan, C. Kennedi və Val ilə birlikdə 94 nömrəli elementin izotopu olan plutonium −238-i, 1941-ci ildə C. Kennedi, A. Val və E. Seqre ilə birlikdə plutonium −239-u sintez etmişdir. Göstərmişdir ki, plutonium −239 səmərəli nüvə yanacağıdır. Əməkdaşları ilə birlikdə 93 nömrəli elementin izotopu neptunium −237-ni (1942-ci ildə), 96 nömrəli elementin izotopu küri −242-ni (1944-cü ildə), 95 nömrəli elementin izotopu amerisium −241-i (1945-ci ildə), 97 nömrəli elementin izotopu berklium −243-ü (1949-cu ildə), 98 nömrəli elementin izotopu kalifornium −244-ü (1950-ci ildə), 101 nömrəli elementin izotopu mendeleevium −256-ı (1955-ci ildə) sintez etmişdir. Sıra nömrəsi 102 olan elamentin sintezində iştirak etmişdir. 1948-ci ildə M. Perlman ilə birlikdə uranın qətranlı filizindən plutoniumun izlərini ayırmışdır. 1952-ci ildə bir qrup əməkdaşı ilə birlikdə termonüvə partlayışından sonra topladıqları nümunədə sıra nömrələri 99 və 100 olan elementlərin izotoplarını aşkar etmişdir. 1945-ci ildə dövri sistemdə Z>89 olan elementlərin yerləşməsinin aktinid nəzəriyəsini təklif etmişdir. 1966-cı ildə V. Vayalo ilə birlikdə Z=110, 114, 126 nüvələrinin nisbi stabilliyinin nəzəri qiymətləndirilməsini aparmışdır. 1963-cü ildə dövrü sistemdə superağır hipotetik elementlərin yerləşdirilməsinin "superaktinid" hipotezini irəli sürmüşdür.[5]

Atom bombası və Nobel mükafatı

[redaktə | mənbəni redaktə et]

Siborq 1942-ci ildən 1946-cı ilə qədər Manhetten layihəsi çərçivəsində (İkinci Dünya Müharibəsi üçün ilk atom bombası yaratmaq üzrə amerika proqramı) kimya və nüvə fizikası tədqiqatları ilə məşğul olmuşdur.

Siborq atom bombasının Xirosimaya atılmasının təşəbbüskarlarından biri olmuşdur. Ona elə gəlirdi ki, bu, çoxlu sayda həyat bahasına olsa da müharibəni dayandırmaq üçün vacib addım idi. Siborq 1951-ci ildə "transuran elementləri sahəsində kəşflərinə görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür (Edvin Makmillan ilə birlikdə).

Siborq 1990-cı ilin fevralın 25-də ABŞ-də, Lafayetdə vəfat etmişdir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Glenn T. Seaborg // Internet Speculative Fiction Database (ing.). 1995.
  3. 1 2 3 4 Glenn T. Seaborg (ing.). Nobel Foundation.
  4. 1 2 3 4 NNDB (ing.). 2002.
  5. "AMEA,Kataliz və qeyri-üzvi Kimya İnstitu,Qlenn Siborq haqq;nda". 2021-10-20 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]