Qoşa Qızıl yatağı (Tovuz)

Qoşa qızıl yatağı
Şablon:Qoşa qızıl yatağı
Ölkə  Azərbaycan
RayonGədəbəy
KəşfiXX əsrin 50-ci illərində

Qoşa qızıl yatağı – XX əsrin 50-ci illərinə aid, Tovuz rayonunda yerləşən Qoşa qızıl yatağı.

Tovuz ərazisində bir çox filiz, qeyri-filiz, tikinti materialları kimi geniş istifadə olunan faydalı qazıntı yataqları vardır. Tovuz rayonunun və ümumiyyətlə Kiçik Qafqazın Azərbaycan hissəsinin əsas çay hövzələrinin allüvial çöküntülərində müəyyən edilmiş səpinti qızıl ehtiyatına aid məlumatlar hələ XX əsrin 50-ci illərində toplanmışdır. Tovuz rayonu ərazisində axan çaylardan Tovuz çayın və Zəyəmçayın çöküntülərində də qızıl olması müəyyən edilmişdir. Tovuzçayın hövzəsində olan qum yataqlarında (Günəşli, Öysüzlü, Tovuz) qızıl az miqdarda müəyyən edilmişdir.

Zəyəmçay hövzəsi Kiçik Qafqazın səpinti qızıl yataqları üçün çox perspektivli sayılır. Əsrikçayda mis-sink filizləri təzahürü var. Əsriçay hövzəsində 220 metrə qədər qazılmış quyu vasitəsi ilə pirit-xalkoperit-sfalerit filizləri müəyyən olunmuşdur.

Yuxarı Öysüzlü kəndində Ağdağ seolit yatağı və böyük miqdarda sement xammalı vardır. Yuxarı Öysüzlü əhəng daşı yatağı, Tovuz gil yatağı, qum-çınqıl yatağı və Hacallı tuf yataqları rayonun faydalı qazıntılarına aiddir.

Qoşa yatağı – Gədəbəy filiz rayonunun qərb hissəsində, Tovuz şəhərindən 30 km cənubda yerləşir. Yataq daxilində 9 damar tipli qızıllı sulfid zonaları ayrılmışdır. Bu zonaların əksəriyyəti şimal-qərb və meridiana yaxın istiqamətdə uzanırlar, onların qalınlığı 2,0 m-dən 15 m-ə qədərdir. Bu zonalarda filiz kütlələrinin qalınlığı 0,5–3,0 m təşkil edir. Yatağın əsas faydalı komponentləri qızıl və gümüşdür. Şimal qərb istiqamətləri zonalarda qızılın miqdarı 4–8 q/t; meridional zonalarda isə 10 q/t-a qədər olmaqla tək-tək sınaqlarda 1000 q/t-a çatır. Laboratoriya şəraitində hazırlanmış texnoloji sxemə əsasən flotasiya üsulu ilə tərkibində 35,6 % qızıl olan konsentrat alınır.[1]

Zəfər yatağı

Qızılbulaq yatağı

  1. "Arxivlənmiş surət". 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]