Zəfər yatağı

Zəfər yatağıGədəbəy rayonunda yerləşən sənaye əhəmiyyətli mis-qızıl yatağı.[1][2]

Zəfər yatağı
40°35′59″ şm. e. 45°46′07″ ş. u.
Ölkə  Azərbaycan
RayonGədəbəy
Kəşfi2020
İstismarı2022-ci ildə planlaşdırılır
Yataq tipiepitermal
Ehtiyatı51000 ton mis, 82000 unsiya qızıl, 40000 ton sink
Hasilat üsulu:Yeraltı mədən
Zəfər yatağı (Azərbaycan)

Adlandırılması[redaktə | mənbəni redaktə et]

Yataq “Anglo Asian Mining PLC”nin törəmə müəssisəsi olan Azərbaycan Beynəxalq Mədən Əməliyyat Sirkətinin (ing. Azerbaijan Interntional Mining Company - AIMC) yerli geoloqları tərəfindən 2020-ci ilin oktyabr-noyabr aylarında kəşf olunub. Əsas filiz kütləsi 44 günlük Vətən Müharibəsi günlərinə rast gəlindiyi üçün qazanılan qələbələrin şərəfinə yataq "Zəfər" adlandırılıb.[1]

Coğrafi mövqeyi[redaktə | mənbəni redaktə et]

Yataq inzibati cəhətdən Gədəbəy rayonunda yerləşir və rayon mərkəzindən təxminən 5 km Şimal-Qərbdə, Gədəbəy yatağından 3.8 km Şimal-Qərbdə və Uğur yatağından 2.5 km Cənub-Qərbdədir. Ərazi müəyyən yerlərdə hətta 2000 m-i keçən yüksək dağlıq relyefə və ot örtüyünə sahibdir.

Kəşfiyyatı[redaktə | mənbəni redaktə et]

Həmin sahədə kəşfiyyat işlərinə 2016-cı ildən başlanılmışdır. Aparılan kompleks axtarış-kəşfiyyat işlərinin – çöl sınaqlaşdırması, geokimyəvi sınaqlaşdırma, xəritəalma, geofiziki tədqiatlar nəticəsində kəşf olunub.[1] Əsas filiz kütləsi 2020-ci ilin oktyabr-noyabr aylarında quyularla kəsilmişdir. Yatağın kəşfi ilə bağlı rəsmi elan isə 2021-ci ilin yanvar ayında verilib.[3][4] Bu şirkətin Gədəbəy müqavilə sahəsində[5] fəaliyyətdə olduğu 2005-ci ildən bəri kəşf etdiyi sayca 3-cü yataqdır. Belə ki, 2012-ci ildə Qədir və 2015-ci ildə Uğur yataqları kəşf olunmuşdur.[1][3]

Geoloji quruluşu[redaktə | mənbəni redaktə et]

Metallogeniyası[redaktə | mənbəni redaktə et]

Yataq Kiçik Qafqaz dağlarının Lök-Qarabağ vulkanik qövslərində, yerli Gədəbəy-Bittibulaq qırılması üzərində yerləşir. Bu qırılma üzərində Zəfər yatağında başqa Gədəbəy, Qədir, Uğur yataqları və Bittibulaq təzahürü mövcuddur. Zəfər yatağı isə Qədir və Uğur yataqları arasında mövqe tutur.

Genezisi[redaktə | mənbəni redaktə et]

İndiyə qədər yataqla bağlı həm Azərbaycanda, həm də Azərbaycandan kənarda pertoqrafik, mineraloji, kimyəvi və "XRD" analizləri aparılmışdır. Tədiqatlarda mineral tərkibi və münasibətlərinə görə yatağın epitermal sinfə aid olduğu müəyyən edilmişdir. Epitermal sistemin aşağı, orta və yaxud yüksək sulfidli növlərindən hansına aid olmasını təyin etmək məqsədi ilə hazırda elmi-tədqiqat işləri aparılır.[6]

Süxur və minerallar[redaktə | mənbəni redaktə et]

Yataq böyük ölçüdə Üst Bayos yaşlı süxurlardan təşkil olunmuşdur. Quyulardan götürülümüş nümunələrin üzərində aparılan petroqrafik tədqiqatlarla yataqda yayılmış süxurların daha çox turş və orta tərkibli törəmə kvarsit, andezibazalt, andezit, andezit tufları, dasit, riolit və riolit tuflarından ibarət olduğu müəyyən edilmişdir.[1][6]

Zəfər yatağında sulfid mineralları üstünlük təşkil edir. Əsas filiz saxlayan kütlə müxətif formalı – kristallik, massiv, yarımmassiv pirit, xalkopirit, bornit, sfalerit, qalenit, kovellit, tetrahedrit, tennantit, yəşəmbaritdən ibarətdir. Yer səthindən dərinliyə doğu oksid mineralları olan hematitlimonit, dəyişilmə minerallarından isə xloritepidot qrupu mineralları müşahidə olunur. Filiz mineralları arasında yerdəyişmə teksturu üstünlük təşkil edir.[1][6]

Filiz kütləsi[redaktə | mənbəni redaktə et]

Filiz kütləsi Yer səthindən təxminən 250 m dərinlikdən etibarən başlayır və 500 m, bəzən daha da dərinliklərə qədər uzanır. Bu filizlər əsas etibarı ilə riolitlərdə toplanıb.[1][6]

Ehtiyatları[redaktə | mənbəni redaktə et]

Yataq əsas etibarı ilə mis, ondan az miqdarda isə qızılsink kütləsindən ibarətdir. 16 avqust 2021-ci ildə təqdim olunmuş "The Maiden JORC mineral resource” hesabatına görə yataqda 51000 ton mis, 82000 unsiya qızıl və 40000 ton sink mövcuddur.[7]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 Vəliyev A.Ə. və b. 2021. Zəfər yatağının geologiyası, mineraloji tərkibi və genetik tipi. Bakı Dövlət Universiteti. GEOLOGİYA: PROBLEMLƏR, PERSPEKTİVLƏR» mövzusunda Respublika Elmi Konfransının M A T E R İ A L L A R I.
  2. New Copper and Gold Discovery at its Gedabek Licence Area Arxivləşdirilib 2021-01-19 at the Wayback Machine. polaris.brighterir.com
  3. 1 2 Azərbaycanda yeni porfir mis-qızıl yatağı aşkar edilib – Adı “Zəfər”dir Arxivləşdirilib 2021-04-15 at the Wayback Machine. aztv.az
  4. Azərbaycanda yeni “Zəfər” qızıl-mis yatağı kəşf edilib Arxivləşdirilib 2021-08-05 at the Wayback Machine. report.az
  5. Qanunvericilik // Hasilatın pay bölgüsü haqqında Sazişə dair protokollar (PSA) Arxivləşdirilib 2022-06-21 at the Wayback Machine. taxes.gov.az
  6. 1 2 3 4 Westhead et al. 2022. Geological setting and mineralisation styles of the Zəfər (Zafar) epithermal deposit in the Lök-Qarabağ volcanic arc, the Lesser Caucasus, Azerbaijan; a newly discovered deposit in Western Asia. SEG 2022 Conference: Minerals For Our Future
  7. In 2018, Anglo Asian Mining commenced a three year comprehensive exploration programme of its three contract areas. Arxivləşdirilib 2022-05-31 at the Wayback Machine. angloasianmining.com