"Qoca və dəniz" (ing. The Old Man and the Sea) — yazıçı Ernest Heminqueyin eyniadlı povesti əsasında rejissor Con Störcesin filmi.
Qoca və dəniz | |
---|---|
ing. The Old Man and the Sea | |
Janr | dram |
Rejissor | Con Störces |
Prodüser | Liland Heyuord |
Əsərin müəllifi | Ernest Heminquey |
Ssenari müəllifi | Piter Virtel |
Baş rollarda |
Spenser Treysi Felipe Pazos |
Operator | Ceyms Vonq Hou |
Bəstəkar | Dmitri Tyomkin |
Rəssamlar |
Art Loel Edvard Karrer |
İstehsalçılar |
Warner Bros. Leland Hayward Productions |
Distribütor | Warner Bros., Netflix |
İlk baxış tarixi | 1958, 7 oktyabr 1958[3], 11 oktyabr 1958[3], 17 oktyabr 1958[3] |
Filmin növü | bədii film |
Müddət | 86 dəqiqə[1] |
Büdcə | 5 milyon $[2] |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
İl | 1958 |
Texniki məlumatlar | WarnerColor |
Rəng | rəngli |
Çəkiliş yeri |
Kuba Havay adaları Baham adaları Kolumbiya Qalapaqos adaları (Ekvador) Panama Peru |
IMDb | ID0052027 |
Vikianbarda əlaqəli mediafayllar |
Artıq ardıcıl olaraq 84 gündür ki, qoca balıqçı hər səhər dənizə çıxır və əliboş geri qayıdır. Əvvəllər ona balaca oğlan kömək edirdi. Lakin indi atası onu daha şanslı balıqçının yanına getməyə məcbur edib. Buna baxmayaraq, qoca bir gün bu uğursuzluğun başa çatacağına inanmağa davam edir. Nəhayət, 85-ci gün o, həmişəkindən daha uzağa üzür və tezliklə onun tilovuna nəhəng balıq düşür…