Qolovinka (adıq Шэхап) — Krasnodar diyarında, Soçi şəhərində mikrorayon. Soçi kurort şəhərinin Lazarevski rayonuna daxildir.
Qolovinka | |
---|---|
adıq Шэхап | |
43°47′28″ şm. e. 39°27′47″ ş. u. | |
Ölkə | Rusiya |
Region | Krasnodar diyarı |
Rayon | Lazarevski rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1839 |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 862 |
Poçt indeksi | 354 202 |
Qolovinka Şahe çayının mənsəbində, Qara dəniz sahilində yerləşir. Regional mərkəz olan Lazarevskidən 25 km cənub-şərqdə, Soçinin mərkəzindən 43 km şimalda və Krasnodar şəhərindən 250 km cənubda (yolla) yerləşir.
Şəhər aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: şimal-qərbdən Qlubokaya Şellə, cənub-şərqdən Malıy Kiçmay ilə, şimal-şərqdən Şaxe və Axintamla, cənub-şərqdə isə Yakornaya Şellə.
Qolovinkadan A-147 "Cubqa-Adler" federal avtomobil yolu və Şimali Qafqaz dəmir yolunun qolu keçir. Qolovinka və Lazurnıy Bereq dəmir yolu platformaları var.
Kurort Baş Qafqaz silsiləsinin cənub yamacında, düzənlik ərazidə yerləşir. Qolovinkanın orta yüksəkliyi dəniz səviyyəsindən təxminən 30 metrdir. Ən hündür nöqtə 224 metr hündürlüyündə adsız dağdır.
Hidroqrafik şəbəkə əsasən Şaxa çayı ilə xarakterizə olunur. Çayın dənizə qovuşduğu yerdən uzaqda Şaxa bir neçə qola ayrılaraq delta əmələ gətirir. Osoxoy çayı şəhərin cənub kənarı boyunca axır. Şimaldan Matrosskaya Şel çay axır. Ərazi bulaqlarla da zəngindir. Şaxa çayının yuxarı axınında "33 şəlalə" bölgəsinə gedən turizm yolu başlayır.[1]
Mikrorayonda iqlim rütubətli subtropikdir. Orta illik hava temperaturu təxminən + 13,7 °C, iyulun orta temperaturu + 24,3 °C, yanvarın orta temperaturu isə + 6,2 °C-dir. Orta illik yağıntı təxminən 1450 mm-dir. Yağıntıların çoxu qışda düşür.
Müasir qəsəbənin əsası 12 aprel 1839-cüu ildə qoyulmuşdur. Fort Qolovinski[2] adı verilən məntəqənin əsasını general-leytenant N.N.Raevski-kiçik qoymuşdur. Məntəqnin tikintisində Sibirə sürgünündən Qafqaza gətirilən dekabristlər iştirak etmişdir.
1961-ci il fevralın 10-da Qolovinka qəsəbəsinə şəhərdaxili mikrorayon statusu verilməklə kurort şəhəri Soçinin tərkibinə daxil edilmişdir.[3]
Qolovinkanın əhalisi 12 min nəfərdir.[4] Əhalinin milli tərkibi: ruslar, ermənilər və adıqlar.
Şəhərin iqtisadiyyatının əsasını kurort turizmi və bağçılıq təşkil edir. Şaha çayının mənsəbində, sağ sahilində müxtəlif tərəvəz və meyvələr yetişdirilən istixanalar var.