Ətrak xan

Ətrak xanQıpçaqların xanı, Şarukanın oğlu.

Ətrak xan
Şəxsi məlumatlar
Doğum tarixi XI əsr
Vəfat tarixi XII əsr
Fəaliyyəti hərbi lider[d]
Uşaqları
Dini xristianlıq
Hərbi xidmət
Mənsubiyyəti Gürcüstan çarlığı
Döyüşlər

Böyük qıpçaq xanı Ətrak XIII əsrin əvvəllərində kral IV Davidin şəxsi dəvəti üzrə öz möhtəşəm ordusu ilə birlikdə Gürcüstana gəlir və bu ölkənin hərbi-siyasi həyatında aparıcı rol oynamağa başlayır.

Onun gətirdiyi qıpçaqların çoxusu Gürcüstan ərazilərinə səpələnir və sonradan assimilyasiyaya uğrayırlar. Bunların bir qismi isə yaşayış üçün zəruri olan düzəngahlar axtararaq, Azərbaycanda Kür-Araz ovalığında məskunlaşırlar. Onlar Azərbaycan dilinin BorçalıQazax dialektlərində və həmin yerlərin toponimlərində silinməz izlər qoyurlar. Tamamilə mümkündür ki, Ətrak xan qədim türklərə məxsus Orxon yazısının Qafqazda, o cümlədən Azərbaycanda yenidən işlədilməsinə təsir göstərmişdir.

Ətrak xan haqqında tərcümeyi-hal xarakterli məlumatlar olduqca azdır. Buna görə də aşağıda söhbət yalnız Ətrak xan ordusunun Gürcüstana yayılması ilə əlaqədar bir sıra hadisələr barədə gedəcəkdir. Qıpçaqların Altaydan Qafqaza doğru yolunu izləməkdən ötrü isə bir qədər uzaqdan başlamaq lazım gəlir.

Tarixi mənbələrə əsasən, Davidin ölümündən sonra qıpçaqların bir qismi ölkəni tərk edərək şimala qayıtmışdır. Bunun səbəbi yəqin ki, ölkədə Ş.Demetri ilə Davidin ikinci oğlu arasında yaranmış vəziyyət olmuşdur. Davidin xatırlatdığına görə, onun oğlunun adı Vaxtanq idi. Vaxtanq Davidin qıpçaq əsilli arvadı Ətrak Şarukanın qızı Quranduxtun oğlu idi. Və göründüyü kimi, qıpçaqlar məhz onu dəstəkləyirdilər. Demetri qələbə çalanda qıpçaqlar ölkəni tərk etməyə məcbur oldular. Lakin onların bir qismi ölkədə qaldı. Onların hamısının geri qayıtmadığını son orta əsrlərdə mövcud olan soyadları da təsdiq edir. Bu soy adları «qıpçaq» sözündən düzəldilirdi, ancaq tədriclə yoxa çıxdı.

552-ci ildə Mərkəzi Asiyada yeni bir imperiya yaranır. Onun başında xaqan (el-xaqan) dayanır və dövlət də Türk xaqanlığı adlanırdı. Yeni dövlətin banisi el-xaqan titulunu qəbul etmiş türk knyazı Bumın idi. Bumının ilk varisləri dövründə Türk Xaqanlığı Koreya körfəzindən Qara dənizə qədər uzanırdı. Şimali Çin dövlətləri bu gənc imperiyaya xərac verirdilər. Xaqanlıq Çin imperatorluğu, Bizans və Sasani İranı ilə əlaqələr yaradır, məşhur İpək yolunu nəzarətdə saxlamağa cəhd göstərir və tezliklə həmin dövrün qabaqcıl ölkələri sırasına çıxır.

Lakin 745-ci ildə Xaqanlıq qonşu və qohum türk xalqı olan uyğurların təzyiqi nəticəsində süquta uğrayır. Həmin narahat dövrdə bir çox türk tayfaları münbit torpaqlar axtarışı yolunda şərqə doğru gedirdilər. Sonradan Avropa və Asiyanın bir çox dövlətlərinin tarixində böyük rol oynamış qıpçaqlar da onların arasında idi.

Uzun müddət Türk xaqanlığı barədə çox az şey məlum idi. Məlumatlar da əsas etibarilə Bizans mənbələrindən götürülürdü. Sonralar tarixçilər hələ indinin özündə də az öyrənilmiş qədim Çin yazılarını mənimsəməyə başladılar. Bununla həm avropalılara, həm də bu yazıları yaradan türkdilli xalqların özlərinə şərəfli keçmişi barədə yeni-yeni səhifələr açmış oldular. Bununla belə Türk Xaqanlığının tarix və mədəniyyəti haqqında ən mö'təbər mə'lumatlar türk xalqlarının Orxon çayı ətrafında tapılmış qədim yazılarında üzə çıxdı. Həmin yazılar bu mə'nada müstəsna əhəmiyyətə malik tapıntı idi.

XVII əsrin sonu -XVIII əsrin əvvəllərindən başlayaraq, Avropa və rus səyyahları Orxon və Yenisey çaylarının sahillərində üzərində qəribə yazılar, heyvan təsvirləri və naxışlar olan daşlara rast gəlirdilər. Həmin yazıların üzü çıxarılıb, nəşr olunmasına baxmayaraq, bunların "dilinin tapılıb" oxunması təqribən iki yüz il ləngiyir. 1890-cı ildə Orxon çayı vadilərində türk xalqlarına xas olai nəhəng baş daşları olan qəbirlər, türk döyüşçülərinin təsvirini verən qayaüstü rəsmlər, heyvan heykəlləri tapılır. Baş daşları üzərində o zamana qədər Avromada mə'lum olmayan qəribə işarələr cızılmışdı. Orada həmçinin Çin, bə'zən də uyğur dillərində də yazılar vardı.

İkicə il sonra Danimarkalı alim V. Tomsen həmin baş daşlarından birində yazılmış mətni oxuyaraq, bütün dünyaya indiyə qədər namə'lum qalmış türk əlifbasını nümayiş etdirir. Tomsen müəyyənləşdirə bilir ki, həmin mətnlər Türk Xaqanlığının dilində 38 işarəli, sağdan sola yazılan bir əlifba ilə yazılmışdır. Bu əlifbada işarələrin çoxluğu bununla izah olunur ki, eyni bir səs burada özündən əvvəl, yaxud sonra gələn səslərdən asılı olaraq, müxtəlif işarələrlə ifadə edilir. Misal üçün "türk" və "türklər" sözləri həmin əlifba ilə müvafiq olaraq, (krüt) və (küryüt) kimi yazılırdı. Bu əlifaba zahiri oxşarlıq baxımından qədim alman runalarını xatırlatdığı üçün elm tarixinə qədim türk runik əlifbası adı ilə daxil olmuşdur.

Tomsen həmin sirli işarələri oxumaqdan ötrü iki abidəni-şahzadə Kül-tiqin və onun qardaşı Bilkə-xaqanın şərəfinə ucaldılmış qayaüstü yazıları seçmişdi. Bilkə xaqan Qutluq (xoşbəxt) xaqanın böyük oğlu idi. Çökməkdə olan Şərq xaqanlığını iri bir dövlət halında birləşdirdiyindən onu İlteriş xaqan (ölkəni birləşdirən xaqan) da adlandırırdılar. Bilkə xaqan ( müdrik xaqan ); həqiqətən də özünü müdrik və uzaqgörən bir rəhbər kimi göstərə bilmişdi. Onun dövründəki çiçəklənmə xaqanlıq tarixində sonuncu yüksəliş idi. Onun ölümündən 11 il keçməmiş, uyğurların təzyiqi altında xaqanlıq dağılır. Kül-tiqin öz qardaşından üç il qabaq ölür. Bilkə xaqanın və Kül-tiqinin şərəfinə həmin abidələrin ucaldılmasında o zamanlar xaqanlığa dost münasibəti bəsləyən Çin imperatoru da yardım göstərir. Abidələrin ucaldılması, ehtimal olunur ki, Bilkə xaqanın yeznəsi və yaxın məsləhətçisi Tonyukukun rəhbərliyi altında başa çatır. Formaca oxşar olan yazılı baş daşları bir-birindən təqribən bir kilometr məsafədə yerləşir. Hər iki abidədə runik mətnlə paralel şəkildə Çin mətni də verilib. Abidənin çincə olan hissəsini Çin imperatorunun özü yazır və xəttat məharəti ilə qayaya həkk edir. Yazının özünə gəlincə onun haqqında Ernst Doblhofer "İşarələr və mö'cüzələr" adlı kitabında yaxşı demişdir: "Biz indinin özündə də qədim türk yazılı abidələrinə e'tinasız yanaşa bilmirik. Bilkə xaqan öz xalqına ötkəm-ötkəm müraciət edəndə də, qardaşının ölümünə acı-acı ağı söyləyəndə də, baş daşında "müdrik Tonyukuk olmasaydı, türk xalqının başına nə müsibətlər gələrdi" -deyə bu sözləri həkk etmiş, bununla öyünməyi də unutmamış qoca ə'yan Tonyukuk öz böyüklüyündən həzz alanda da bütün bu deyimlər bizə yaxın və doğma gəlir. Baxmayaraq ki, bütün bunlar türk xalqlarının nə Allahı, nə də "onun peğəmbəri" Məhəmmədi tanımadığı dövrün məhsuludur." Doğrudan da təqribən Bilkə xaqanın 1300 il bundan qabaq yazılmış ağısını indi də həyacansız oxumaq mümkün deyil:" Tanrı tək göylərdə doğulmuş türk müdrik xaqanı bu vaxt (taxta) oturdum. Sözümü tükənənə qədər eşit-məndən sonra duran kiçik qardaş və qohumlarım, oğlanım, birləşmiş qəbiləm, xalqım. . . Üstdə mavi göy, altda qonur yer yaradıldıqda ikisinin arasında insan oğlu yaranmış. İnsan oğlunun üzərində əcdadım Bumın xaqan, İstəmi xaqan (taxta) oturmuş. Oturub türk xalqının elini, qanununu yaratmış, tərtib etmiş. Dörd tərəf tamam yağı imiş. Qoşun çəkib dörd tərəfdəki xalqı bütünlüklə almış, bütünlüklə tabe etmiş, başlını səcdə etdirmiş, dizlini çökdürmüş. . . Kiçik qardaşım Kül -tiqin həlak oldu, özüm düşündüm. Görən gözüm görməz tək, bilən biliyim bilməz tək oldu, özüm düşündüm. Vaxtı (taleyi) Tanrı yazar, insan oğlunun hamısı ölümlü törənmiş."

Yaxud Tonyukuk abidəsindən bir parçaya nəzər salaq: "Müdrik Tonyukuk mən özüm Tabqaç elində tərbiyə aldım. Türk xalqı Tabqaça baxırdı (tabe idi). . . Tanrı yar olsun! Bu türk xalqının üzərinə yaraqlı yağı gətirmədim (buraxmadım), düyünlü at yürütmədim. İlteriş xaqan qazanmasa, ardınca mən özüm qazanmasam, el də, xalq da yox olacaqdı. Qazandığı üçün, ardınca özüm qazandığım üçün el (dövlət) də el oldu, xalq da xalq oldu. Özüm qoca oldum (qocaldım), ulu oldum. Hər hansı bir yerdəki xaqanlı xalqa (başçı olaraq bir) avara varsa, (o xalqın) nə qədər dərdi olası imiş. Türk Bilkə-xaqan eli üçün yazdırdım, mən, müdrik Tonyukuk..."

Tomsenin türk xalqları, o cümlədən də Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. Görünür, həmin yazıların Danimarka alimi tərəfindən oxunması qanunauyğun sayılmalıdır. German xalqlarının "Qədim Edda", "Nibelunqlar haqqında nəğmələr" kimi çoxsaylı eposlarının klassik ən'ənələri ruhunda tərbiyə tapmış Tomsen üçün hunların-türklərə qohum olan bu xalqın mə'nəvi dünyası yaxın olmalıydı. Həmin folklor nümunələrinin qəhrəmanları Budlı, Atlı, Oddrun, Beyti, Xumlu, Anqantürk və başqaları Tomsenə dilini öy-rəndiyi bu mətnlərdəki Türk xaqanlarını xatırladırdı. Özü də bu xatırlatmalar yalnız qəhrəmanların adlarının türk mənşəyi ilə şərtlənmirdi. Üstəlik qədim türk yazıları da Tomsenin yadına heyrətamiz bir dərəcədə ona yaxşı mə'lum olan skandinav runlarını salırdı.

Sonralar bəlli olur ki, qədim türk runik yazıları Orxondan Dunaya, Yakutiyadan Qobiyə qədər nəhəng bir ərazidə, türk ayağının dəydiyi bütün torpaqlarda yayılmışdır. Abidələrin janrları da rəngarəngdir. Qəbirüstü abidələrdən başqa bunların arasında tarixi və tərcümeyi-hal səciyyəli yazılar da az deyil. Həmin yazılarda türk əyanlarının həyatı, onların iştirakı ilə baş vermiş tarixi hadisələr öz əksini tapır. Özü də bu tipli mətnlər həm əyanların sağlığında yazılır, həm də onların xatirəsinə həsr olunurdu. Bunlardan başqa runik yazılar içərisində həm dini, həm də makiya xarakterli mətnlər, habelə hüquqi sənədlər də vardı. Əşya və xırda pullar üzərində həkk olunmuş runik yazılar və müxtəlif işarələr həm qədimliyinə, həm də uzunömürlülüyünə görə fərqlənir. Əşyalar üzərində adətən bunların sahiblərinin adı yazılır, yaxud nişan vurulurdu. Qədim türk runlarının sirli tarixçəsi bununla da bitmədi.

Əsrimizin əvvəllərində arxivlərdən hans Dernşvan adlı bir şəxsin əlyaz-ması tapıldı. 0, burada 1553-1555-ci illərdə I Ferdinandın səfirliyinin əməkdaşları arasında İstambulda, türk sultanı I Süleymanın sarayında olmasından söz açırdı. Əlyazmadakı maraqlı materiallar arasında tədqiqatçıların diqqətini Dernşvanın aşağıdakı qeydləri daha çox cəlb edirdi: "Bu yazıların üzünü mən mərmər daş üzərindən köçürdüm. Həmin daş isə tövlənin ("Səfirlər Evi"nin tövləsi nəzərdə tutulur) divarlarına hörülmüşdü. Yazılar yaxşı oxuna bilər." Qeydlərə əlavə olunmuş bu qeydlər Orxon çayının vadilərində tapılmış runik yazıları xatırlatdığından oxunmaq üçün tə'cili surətdə Kopenhagenə -Tomsenə göndərilir. Tomsen və digər görkəmli şərqşünaslar müəyyənləşdirir ki, həmin qeydlər qədim macar (hun) dilində edilmişdir. Bu əlifba da runik olub, Orxonda tapılan işarələrdin daha qədim idi, özü də soldan sağa yazılırdı. Ən maraqlısı isə odur ki, həmin əlifba ilə (ancaq sağdan sola) yazılmış mətnlər Macarıstan ərazisinin özlərini hunların birbaşa varisləri hesab edən sekellər yaşayan bölkələrində tapılmışdı. Buna görə də macar alim-ləri həmin əlifbanı qədim hun əlifbası adlandırırlar.

Arxivdən tapılmış qeyddəki yazının işarələri qədim türk runlarına o qədər yaxındır ki, bunların hun yazılarına aidiyyatı böyük şübhə doğurur. Üstəlik də Macarıstanda sekel runlarına ilk dəfə XVI əsrdə rast gəlinir. Bəs həmin işarələr sekellərə necə gedib çıxıb?

Bu suala cavab verən bir neçə fərziyyə mövcuddur. Bunların ən ağlabatanı komanların (qıpçaqlar, polovetslər) qədim türklərlə sekellər arasında vasitəçi olmasıdır. Komanlar öz mənşəyini oğuzlardan götürmüş və XII-XIII əsrlər arasında sekellərin qonşuluğunda yaşamışdılar. Həmin əlifbanı da Macarıstana məhz onlar aparmışdılar. Əgər bu, belədirsə, VIII-XVI əsrlər arasında qədim türk yazılarından sekel runlarına qədərki əlaqədə xronoloji qırıqlıq növbəti sirr olaraq qalır. Oğuzların həmin zaman məsafəsində məskunlaşdıqları yeni ərazilərdə runik yazıların qeydə alınmaması da müəmmalıdır. Arxeoloqların yeni tapıntılarını gözləmədən həmin yazıları haralarda axtarmalı?

Türklərdə geniş yayılmış belə bir adət var: onlar öz şəcərə işarələrini, damğalarını qoymağa meylli olmuşlar. Bə'zən bunun üçün həmin runik yazılardan, bə'zən isə adi şərti işarələrdən istifadə etmişlər. Elə bunu nəzərə alaraq, görünür, ilk növbədə həmin dövrlər arasında qıpçaqların, yaxud onlara qohum olan digər xalqların, qədim türk yazılı abidələrinin daşıyıcılarının yayıldıqları ərazilərdə tapılmış möhür və sikkələrə diqqət yetirmək lazımdır. Qara dənizin şimal hissəsində-qıpçaqların tarixən daha yığcam yaşadıqları yerlərdə, Ətrak xanın ordusunun yayıldığı Kürmüstanda bu istiqamətdə axtarış-lar aparmaq, həmçinin rus və gürcü pullarına, möhürlərinə də xüsusi yanaşmaq zərurəti vardır. Həmin dövrdəki rus knyazlıqlarının tarixi-ruslarla türklər arasında sülh və mübarizənin, habelə onların bir yerdə ümumi düşmənlərə qarşı apardıqları müharibələrin tarixidir. Rus torpaqlarına yeni-yeni türk axınları həddən artıq intensiv olmuşdur. Şimaldan bərəkətli örüşlər axtarışında gələn xəzər, peçeneq və qıpçaqlar burada məskunlaşaraq, ya muzdlular sırasına daxil olur, yaxud da oturaq həyat tərzinə keçirdilər.

Monqollar bu ərazidə peyda olana qədər buradakı ruslar qıpçaq (polovets) dilini öyrənmiş və onlardan çox şey əxz etmişdilər. Qıpçaq dili həmin dövrdə beynəlmiləl səciyyə daşıyırdı. Svyatopolkdan Monomaxa qədər davam edən uzun bir tarixi mərhələdə bu və ya digər knyazın vəziyyəti yalnız onun hərbi və siyasi bacarığından deyil, həm də daha artıq bir dərəcədə bozqır sakinləri ilə dil Tanmaq məharətindən asılı idi. Buna görə də rus və türk əyanlarının ailələri arasında çoxsaylı nikahların bağlandığı, bu xalqlar arasında əmin-amanlıq dövrlərinin uzun olduğu, bunların bir yerdə bizanslılar, xəzərlər, bolqarlar üzərinə yürüşə getdikləri tez-tez xatırlanır. Rus və türk əyanlarının nümayəndələri ailə qurur, nikah bağlayırdılar. Rus knyazlarının qıpçaq mənşəli familiyaları da mə'lumdur. Böyük knyaz Svyatopolk İzyaslaviç qıpçaqlarla bir neçə döyüşdə məğlubiyyətə uğradıqdan sonra sülh bağlamaq məqsədi ilə məşhur polovets xanı Tuqorxanın qızına evlənmək məcburiyyətində qalmışdı. Başqa bir böyük knyaz Yuri Dolqoruki Ayap xanın qızına evlənmiş, Vladimir Monomax isə oğlu Andreyə Tuyurkan xanın nəvəsini almışdı. Belə misalların sayını çox ar-tırmaq olar. Belə bir şəraitdə knyazlıqlarda və bozqırda işlək olmuş rus sikkələrinin üzərində hər iki tərəfin başa düşəcəyi və Rürikoviçlərin birinciliyini əks etdirən işarə olmalı idi. Məntiqə görə, həmin işarələrin bozqırda da anlaşılması üçün sikkələrin üzərində türk əlifbası ilə nə isə yazıla da bilərdi. Həqiqətən də, ilk rus sikkələrinin üzərində türk runik əlifbasındakı "R" (bu həmçinin Rürikoviçlər familyasının ilk hərfi idi) hərfinə oxşar iki dişli işarə olduğu bəllidir. Bundan başqa son dövrlərdə Ukrayna və Şimali Qafqaz ərazisində aparılmış arxeoloji qazıntılar zamanı üzərində iti uclu əşya ilə cızılmış yazılar, şəkillər olan külli miqdarda sikkələr və əşyalar (su qabları, dulusçuluq mə'mulatları, kərpiclər, daşlar, müxtəlif qabların qırıqları və s.) tapılmışdır ki, alimlər bu yazıları da runik türk yazılarına aid edirlər. Bu cür işarələrə ən çox IX-X əsrlərin kufi ərəb dirhəmlərində rast gəlinir. Həmin dirhəmlərin üzərində iki və üç dişli işarələrin müxtəlif şəkillərinə rast gəlinir ki, qraffitilər barədə kitab yazmış müəlliflər bunları müvafiq olaraq Rürikoviçlərin və knyaz Vladimir Svyatoslaviçin şəcərə işarələri hesab edirlər. Tamamilə mümkündür ki, şəcərə damğalı bu kufi dirhəmləri rus knyazları tərəfindən öz gümüş pullarını kəsməzdən əvvəlki dövrdə, yaxud da onlarla paralel şəkildə işlədilmiş olsun. Opacı da var ki, bu cür iki və üç dişli işarələr Svyatopolkun, Vladimirin və Yaroslavın da gümüş sikkələrində həkk edilmişdir. Həmin sikkələrə diqqətlə baxanda asanlıqla görmək olur ki,burada üç deyil, iki diş (türk yazısının "R" hərfi) təsvir olunub.

Vaxtilə məşhur Azərbaycan numizmat alimi A. Paxomov gürcü sikkələrini tədqiq edərək göstərmişdi ki, Baqrationların gürcü sikkələrində həkk olunmuş nəsil damğası yuxarıda təsvir edilmiş işarə ilə oxşar cəhətlər daşıyır. Görünür, intuisiyası alimi aldatmamışdır. Gürcü sikkələrində həkk olunmuş işarə sözsüz ki, türk runik əlifbasında "B" səsini (Baqrationların çar familinin ilk hərfi) verən işarəsini xatırladır. Tamamilə mümkündür ki, bu, intuisiyadan daha çox elmi kəşf idi. Paxomov həmin işarələrin runik mənşəyini kəşf etmiş, lakin həmin çətin illərdə bunu söyləyə bilməmişdi. Nəzərə alaq ki, hələ bizim günlərdə də qraffitilər barədə kitabın müəllifləri iki dişli işarənin türk əlifbasındakı "R" hərfi olduğunu e'tiraf etmirlər. Hərçənd ki, bu, açıq-aydın belədir. Belə çıxır ki, türklər öz yazılarını nəinki Macarıstana qədər, hətta Qafqaz sıra dağlarından keçirərək Gürcüstana qədər yaya bilmişlər. XII əsrin sonları- XŞ əsrin əvvəllərində polovetslər Qara dəniz sahillərindəki mövqelərindən bir çoxunu itirirlər. Qıpçaq ordularının yerdəyişməsi dövrü başlanır. Belə qıpçaq dəstələrindən biri, məşhur Şarakun xanın oğlu Sırqanın başçılıq etdiyi hissə Don çayının cağ axarı sahillərində yerləşir. Sonralar Sırqanın qardaşı Ətrakın rəhbərliyi altında bir neçə polovets qoşunu buradan cənuba çəkilərək, Şimali Qafqazda yerləşir. Cənub tərəfdən də Qafqaza türklər gəlirdi. Bunlar İranı və bütün Ön Asiyanı işğal edərək, oradan Qafqaza yayılan səlcuqlar idilər. Türklər gözəl döyüşçü idilər və onlarla mübarizə aparmaqdan ötrü bir çox xristian ölkələri digər türklərdən ibarət muzdlu qoşunlar saxlamaq məcburiyyətində qalırdılar. XI əsrin başlanğıcında Bizansda Konstinopolu qıpçaqlar peçeneqlərin işğalından xilas etmişdilər. Macarıstanda da belə oldu: türk-monqolların ölkəyə hücumundan çəkinən macar-lar şərq sərhədlərində 40 min nəfərlik qıpçaq qoşunu yerləşdirdilər. XII əsrin ortalarında Kiyev knyazları cənubdan onları təhdid edən qıpçaqlarla mübarizə aparmaq məqsədilə hərbi xidmətlərində "qara ucuşişlər" ("klobuki") adlandırdıqları türk dəstə-ləri saxlayırdılar. Volqaboyu Bolqarıstan rus knyazları tərəfindən zəbt edilmək ərəfəsində yenə köməyə qıpçaqlar çağrılmışdı. Bu cür misalları çox gətirmək olar. 1098-ci ildə birinci xaç yürüşünün başlanması və tayfalararası mübarizə səlcuqilərin qüvvələrini Qafqazdan yayın-dırdı və Gürcüstanda hakimiyyətə gələn Qurucu David var gücü ilə ölkəsinin müstəqilliyi uğrunda mübarizəyə qalxdı. Gənc hökmdarın ilk uğurlu cəhdlərinə baxmayaraq, qüvvələr bərabər olmadığından o, sonrakı vuruşlarda muzdlu döyüşçülərin gücündən istifadə etmək qərarına gəldi. Bundan ötrü o, şəxsən Ətrak xanın qərargahına gedir və onu öz ordusu ilə birlikdə Gürcüstana də'vət edir. Qıpçaqlar Dəryal dərəsindən keçərək, bütün Gürcüstana yayılırlar. Gürçüstana cəmisi 40000 qıpçaq ailəsi gətirilmişdi. Əgər hər ailəni beş nəfərlik külfət hesabı ilə götürsək, hamısı bir yerdə 200 000 nəfər eləyir. Razılaşmaya görə, hər ailə çarın qoşununa bir nəfər döyüşçü verməli idi. Buradan belə bir nəticə çıxır ki, çarın 20 minlik ordusuna hər il daha 40 min nəfər qıpçaq əlavə olunur və gürcü qoşununun üçdə ikisini türklər təşkil edirdi.

Tarixin sonrakı gedişi sübut etdi ki, qıpçaqlar onlara göstərilmiş e'timadı doğrultmuşlar və Gürcüstanın dirçəlməsində onların xidmətləri çox olmuşdur. Qıpçaqların Gürcüstana dəvət olunmalarında çar Davidin Ətrak xanın qızı Quranduxtla evlənməsi də az rol oynamamışdı. Qohumluq əlaqələrinə və öz siyasi nüfuzuna görə Ətrak tezliklə sarayda seçilən əyanlardan birinə çevrilir.

O dövrün əlyazmaları göstərir gi, get-gedə gürcü sarayında qıpçaq əyanlarının sayı və çəkisi artır. Gürcü əyanlarının 1223 -cü ildə çar III Georgiyə qarşı təşkil etdikləri sui-qəsdin qarşısı yalnız qıpçaq Kubasarın beş minlik qoşununun müdaxiləsi sayəsində alınır. Georginin vəfatından sonra onun taxtına əyləşən qızı Tamara (Ətrak xanın nəticəsi) Kubasarı dövlətim ikinci adamı edərək, onu sözün indiki mə'nasında eyni vaxtda həm ali baş komandan, həm də daxili işlər naziri təyin edir.

Tamara hökumətin maliyyə işlərini türkmənşəli Qutlu Arslana etibar edir. 0, çariça Tamaraya qarşı düzəldilmiş uğursuz çevriliş cəhdinin təşkilatçısı idi. Çevrilişçilərin planına görə, Tamaranın hakimiyyəti yalnız icra funksiyaları ilə məhdudlaşmalıydı. Qanunverici hakimiyyət isə xüsusi yaradılacaq seçkili orqana verilməli idi. hakimiyyətin bu strukturu türk dövlətçiliyinə xas olan hərbi demokratiya orqanını-xalq məclislərini xatırladırdı. Hərbi rəislər olan xanlar belə qurumlarda yalnız icra məsələləri ilə məşğul olurdular. Tamara üçün də məhz buna oxşar funksiyalar nəzərdə tutulmuşdu. Əlbət ki, hakimiyyətin bu cür quruluşunu yalnız türk ordusu ilə yaxından tanış olan bir şəxs təklif eləyə bilərdi. Belə bir adam isə həm adı, həm də mənşəyi ilə qıpçaq olan Qutlu Arslan idi.

Qıpçaqlar bu ölkənin həyatında hələ uzun müddət əhəmiyyətli rol oynayırlar. Buna görə də gürcü sikkələrində onlara və qonşu azərbaycanlılara anlaşıqlı olan işarələrin üzə çıxması tamamilə qanunauyğundur. Baqrationların "f" həmin işarəsinə Tamaranın, Rusudanın (1230-cu il), II Dmitrinin (1260-cı il) və VII Davidin (1293-1311) dirhəm və falslarında da rast gəlmək mümkündür. Sonuncudan sonra qədim run əlifbası ilə yazılmış və həm gəlmə qıpçaqlara, həm də Gürcüstanın qonşuluqunda yaşayan azərbaycanlılara anlaşıqlı olan şəcərə işarələri gürcü sikkələrində müşahidə edilmir. Sonradan gücrü sikkələrinin uyğur əlifbası ilə kəsilməsi, ehtimal ki, ya qıpçaqların artıq yerli xalqla assimilyasiyaya uğraması, ya da türk-monqol ordasının buraya gəlişi ilə bağlıdır.

Gürcü çarı qıpçaq knyazının qızı (Ətrəkin qızı Quranduxt – Ə. Ç.) ilə evlənmisdi və kürəkənlə qayınata arasında razılıq əldə edilməsi asanlasırdı.

Ətrak xanın Qonçaq xan adlı oğlu vardı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]