Qondarma Dağlıq Qarabağ Respublikası pasportu

Qondarma Dağlıq Qarabağ Respublikası pasportu — demək olar ki, Ermənistan pasportu ilə eynidir. Pasportun məzmununa erməni və ingilis dilləri daxildir.

Qondarma Dağlıq Qarabağ Respublikası pasportu
erm. Լեռնային Ղարաբաղի Հանրապետություն
Tərəfindən verilib  Qondarma Dağlıq Qarabağ Respublikası
Sənəd növü Pasport
Məqsəd Şəxsiyyət doğrulama və səyahət
Bitmə müddəti 10 il

Beynəlxalq səviyyədə tanınmayan Qondarma Dağlıq Qarabağ Respublikasının pasportları 2006-cı ildə Qondarma Dağlıq Qarabağ Respublikasının konstitusiyaya edilmiş dəyişiklikləri əsasında verilir. Dövlət statusuna görə pasport beynəlxalq ictimaiyyət tərəfindən hüquqi cəhətdən tanınmır və yalnız Qondarma Dağlıq Qarabağ Respublikasının sərhədləri daxilində istifadə olunur.

Səyahət və tanınma[redaktə | mənbəni redaktə et]

Dövlət statusuna görə pasport beynəlxalq ictimaiyyət tərəfindən hüquqi cəhətdən tanınmır və yalnız Qondarma Dağlıq Qarabağ Respublikası və digər üç postsovet münaqişəsi dövlətinin sərhədləri daxilində istifadə olunur; Abxaziya, Cənubi OsetiyaDnestryanı tanınmamış dövlətlər birliyinin bütün üzvləri kimi öz vətəndaşları üçün viza tələbini ləğv etməyə razılaşıblar. Bundan əlavə, Qondarma Dağlıq Qarabağ Respublikası vətəndaşları qonşu ölkə Ermənistana vizasız gedə bilərlər.

Qondarma Dağlıq Qarabağ Respublikası ikili vətəndaşlıq prinsipini qəbul edib və nəticədə 2012-ci ildə Dağlıq Qarabağ Respublikasına köçmüş suriyalı erməni qaçqınlarına Qondarma Dağlıq Qarabağ Respublikası pasportu verilib.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Քաշաթաղ, Լիբանան, թե՞ ուր. Բերձոր եկած սիրիահայերը հեռանալու և մնալու միջև". emedia.am (erməni). 17 iyun 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2016.